Şəklimi çək (mahnı)


Şəklimi çək — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri şair İsmayıl Dadaşova , musiqisi bəstəkar Vaqif Gərayzadəyə aiddir. Mahnının bek-vokallarını müğənni Natavan Həbibi ifa etmişdir. Mahnıya klipi rejissor Ülviyyə Könül çəkmişdir. Klipdə Aygün xanımın tərəf müqabilləri Rus Dram Teatrının aktyorları olub. Klip çəklişlərə Aygün Kazımıvanın evində və Bakı Əyləncə Mərkəzində baş tutub.[1] 2003-cü ildə Türkiyədə fəaliyyət göstərən, azərbaycanlı müğənni Günel Zeynalova ifa etmiş, klip çəkmiş və "Azeri Kızı Günel" albomuna daxil etmişdir.[2] 2006-cı ildə Özbəkistanın Shahrizoda adlı qızlardan ibarət musiqi qrupu mahnını "Qalbim Yondi" adı ilə özbəkçə ifa etmiş və "Oynasun" adlı albomlarına daxil etmişdirlər.[3]

sinql
Şəklimi çək
İfaçı Aygün Kazımova
Albom Sevdim
Yayımlanıb 2001
Janr pop
Dil azərbaycanca
Müddət 03:50
Bəstəkar Vaqif Gərayzadə
Sözlərin müəllifi İsmayıl Dadaşov
Prodüser Aygün Kazımova

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://azxeber.com/az/aygun-kazimovanin-iller-nce-cekilmis-videosu-yayildi-video/
  2. "Arxivlənmiş surət". 2018-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  3. "Oynasun - 2006". 2019-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]