Xeyir və Şər (film, 1980)
== Məzmun ==
Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin törətdiyi bədxah əməllərdən danışılır.
Film-nağıl xeyirlə şərin əbədi mübarizəsindən, son nəticədə Xeyirin qələbə çalmasından, yaxşılığın, xeyirxahlığın qüdrətindən bəhs edir.
== Film haqqında ==
Applikasiya filmidir.
Film Nizami Gəncəvinin "Yeddi Gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmişdir.
Kinolent böyüklər üçün nəzərdə tutulmuşdur.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Əsərin müəllifi: Nizami Gəncəvi
Ssenari müəllifi: Ədhəm Qulubəyov
Rejissor: Nazim Məmmədov
Quruluşçu rəssam: Rafiz İsmayılov
Operator: Antonina Korotnitskaya
Bəstəkar: Cavanşir Quliyev
Səs operatoru: Kamal Seyidov
Mətni oxuyan: Həsənağa Turabov
Rəssam: N.Ağayeva, Cəvahir Quliyeva, V.Bessarabova, Y.Melkumova, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Sahibə İbadova, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov
Montaj edən: Lidiya Vyalsova
Rejissor assistenti: Sima Qurbanova
Rəssam assistenti: Y.Uznadze
Redaktor: D.Tahirova
Filmin direktoru: T.Həmidov
== Sitatlar ==
İncimə, ey hökmdar
Eşit, sənə sözüm var
Dünyanın nə varında, nə pulunda gözüm var.
Min-min güllər içində bircə gülüm var mənim
Sənin qızın bacımdır, öz sevgilim var mənim
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".