Şər qarışanda — rejissor Samir Kərimoğlu tərəfindən 2016-cı ildə çəkilən Azərbaycan tammetrajlı bədii qorxu janrlı filmi.
Şər qarışanda | |
---|---|
Janr | qorxu, triller |
Rejissor | Samir Kərimoğlu |
Prodüser | Oksana Rəsulova |
Əsərin müəllifi | Fariz Əliyev |
Ssenari müəllifləri | Fariz Əliyev, Rəşad Süleymanoğlu |
Baş rollarda |
Oksana Rəsulova Ramiz Novruz Əlibəy Məmmədli İlhamə Qasımova Cövdət Şükürov Günəş Mehdizadə Kəmalə Piriyeva Ülvi Həsənli |
Operator | Nadir Mehdiyev |
Bəstəkar | Sevinc Ağasıyeva |
Rəssam | Cavid Hüseynov |
İstehsalçı | “OksiMedia” production |
İlk baxış tarixi | 2016 |
Filmin növü | tammetrajlı bədii |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2016 |
Sonrakı film | 125 dəqiqə |
Texniki məlumatlar | CNF production |
Rəng | rəngli |
Çəkiliş yeri | Nabran, Şabran |
IMDb | ID8989186 |
Filmdə əhvalat rayonlardan birində baş verir. Əsas personajlardan biri Aidə (Oksana Rəsulova) müəllimdir və 11-ci sinfin şagirdlərinin sinif rəhbəridir. Günlərin birində məktəbə yeni tarix müəllimi Seyran (Ramiz Novruz) gəlir. Aidə onunla ilk görüşdə həyəcanlanır. O, Aidənin rəhbərlik etdiyi sinfin uşaqlarını ələ alır, onlarla gəzintiyə aparır, yaxından ünsiyyət qurmağa çalışır. Hadisələrin gedişatında aydınlaşır ki, Seyranın həqiqi adı Fərruxdur. Aidənin əsl adi isə Günel... Fərrux, 1990-cı illərin əvvəllərində Günelə orta məktəbdə dərs deyib və onun gözü qarşısında sinif yoldaşlarını qətlə yetirib. Güneli isə azad edib. Fərrux 20 il həbs həyatı sürəndən sonra çıxır və Güneli tapır. Onun məqsədi yeni şagirdlərini və Güneli öldürməkdir. O da aydın olur ki, rayon təhsil şöbəsi Fərruxu tarix müəllimi kimi məktəbə göndərməyib. Finalda Günelin sayıqlığı nəticəsində uşaqlar xilas olur...