şər
şər-böhtançı
OBASTAN VİKİ
Böhtan
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" ; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!"Hz. Əlidən nəql olunan hədisdə böhtan atma həyasızlıq və abırsızlıq kimi dəyərləndirilir: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur."Əli ibn Hüseyndən nəql olunan hədisdən aydın olur ki, camaatın eyblərini açan, onların qeybətini edən şəxslər bu dünyada böhtana məruz qalarlar: "Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər." Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər hədis nəql olunub.
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. == Ümumi məlumat == İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
Şər problemi
Pislik və ya şər problemi — din fəlsəfəsində mütləq yaxşı olan bir Tanrı varlığının necə uyğunlaşması məsələsidir. Epikür əvvəlcə problemi məntiqi bir düsturla təqdim etdi və o vaxtdan bəri demək olar ki, hər kəsin, fəlsəfə ilə əlaqəsi olmayan insanlardan tutmuş filosoflara qədər düşüncələrini tutdu. === Təqdimat və problemin versiyaları === M.Ş. II. 18-ci əsrdə yaşamış bir kilsə atası Laktantyusun (e.ə 360) nəqlinə görə, Epikür pislik problemini bir dilemma şəklində ifadə etmişdir: Allah ya pisliyi aradan qaldırmaq istəyir, ya da yox; ya da ola bilər, amma istəmir; ya nə çıxarmaq istəmir, nə də çıxara bilmir; ya da hər ikisini də çıxarmaq istəyir və çıxara bilər. Əgər məhv etmək istəyirsə və edə bilmirsə, O, hər şeyə qadir deyil; bu, Allahın xarakterinə ziddir; ləğv edə bilər, amma ləğv etmək istəmirsə, zərərlidir; bu da Allaha uyğun deyil; nə aradan qaldırmaq istəsə, nə də edə bilməzsə, o da zərərli və hər şeyə qadir deyil; bu vəziyyətdə o Allah deyil; əgər hər ikisi aradan qaldırmaq istəyirsə və yalnız Allaha uyğun olanı edə bilərsə, pisliyin mənbəyi nədir? Yoxsa onları niyə aradan qaldırmır? Epikuros Problemin başqa bir təqdimatı əsrlər sonra David Hume tərəfindən Dinlə Dialoqlarında Filonun ağzı ilə edildi: Allah pisliyin qarşısını almaq istəyir və buna qadir deyil? Sonra zəifdir. Yoxsa pisliyi dayandıra bilmir? Buna görə də yaxşı niyyətdə deyil. Həm güclü, həm də yaxşı olsaydı, bu qədər pislik necə mövcud idi?
Böhtan (film, 2008)
== Məzmun == Böhtan: Habil(İlqar Cahangirov) sadə emalatxana işçisidir. Günlərin bir günü qonşusu vəkil Rüstəm(Sərvər Əliyev) ona tələ qurur və Habil həbs edilir. Lakin, ədalət öz yerini tapır. Atılan böhtan öz sahibini tapır. == Səhv == Böhtan:Prodüserin adı titrlərdə filmin əvvəlində Emin Abbasov, sonunda Emin Abbaszadə kimi göstərilmişdir. == Seriyaları == Yaşananlar. Tamahkar Yaşananlar. Böhtan Yaşananlar. Nəfs Yaşananlar: "Kor həqiqət" Yaşananlar.
Xeyir və Şər
Xeyir və Şər - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmiş cizgi filmi. Xeyir və Şər - Tofiq Bakıxanovun şair Nizami Gəncəvinin “Xəmsə”si əsasında yaratdığı bir pərdəli balet. Xeyir və Şər - Oqtay Rəcəbovun şair Nizami Gəncəvinin “Yeddi Gözəl” poeması motivləri əsasında yaratdığı opera.
Böhtan və pis güman
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" ; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!"Hz. Əlidən nəql olunan hədisdə böhtan atma həyasızlıq və abırsızlıq kimi dəyərləndirilir: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur."Əli ibn Hüseyndən nəql olunan hədisdən aydın olur ki, camaatın eyblərini açan, onların qeybətini edən şəxslər bu dünyada böhtana məruz qalarlar: "Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər." Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər hədis nəql olunub.
Xeyir və Şər (balet)
"Xeyir və Şər" və yaxud "Ehtiras meteoriti" — bəstəkar Tofiq Bakıxanovun şair Nizami Gəncəvinin "Xəmsə"si əsasında yaratdığı birpərdəli, üçeskizli balet, rəqs draması. Bu balet dahi Azərbaycan şairi Nizaminin 850 illyinə həsr olunmuş müsabiqədə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı mükafata layiq görülmüşdür. Baletin librettisti Rəşid Əhmədovundur, xoreoqrafı Tamilla Şirəliyevadır. == Məzmun == Əsərin iştirakçıları – mərhəmətli Xeyir, qəzəbli Şər, qızlar, quşlar, simvolik güllər, onları əhatə edən reallıqda baletin dramaturji konfliktinin əsas qütblərini təşkil edir.
Xeyir və Şər (dəqiqləşdirmə)
Xeyir və Şər - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmiş cizgi filmi. Xeyir və Şər - Tofiq Bakıxanovun şair Nizami Gəncəvinin “Xəmsə”si əsasında yaratdığı bir pərdəli balet. Xeyir və Şər - Oqtay Rəcəbovun şair Nizami Gəncəvinin “Yeddi Gözəl” poeması motivləri əsasında yaratdığı opera.
Xeyir və Şər (opera)
Xeyir və Şər — Bəstəkar Oqtay Rəcəbovun 1991-ci ildə Nizami Gəncəvinin "Yeddi gözəl" poeması motivləri əsasında yazdığı opera. == Tarixçə == Operanın televiziya versiyası İncəsənət Gimnaziyası şagirdlərinin iştirakı ilə çəkilib.
Şər qarışanda (film, 2016)
Şər qarışanda — rejissor Samir Kərimoğlu tərəfindən 2016-cı ildə çəkilən Azərbaycan tammetrajlı bədii qorxu janrlı filmi. == Məzmun == Filmdə əhvalat rayonlardan birində baş verir. Əsas personajlardan biri Aidə (Oksana Rəsulova) müəllimdir və 11-ci sinfin şagirdlərinin sinif rəhbəridir. Günlərin birində məktəbə yeni tarix müəllimi Seyran (Ramiz Novruz) gəlir. Aidə onunla ilk görüşdə həyəcanlanır. O, Aidənin rəhbərlik etdiyi sinfin uşaqlarını ələ alır, onlarla gəzintiyə aparır, yaxından ünsiyyət qurmağa çalışır. Hadisələrin gedişatında aydınlaşır ki, Seyranın həqiqi adı Fərruxdur. Aidənin əsl adi isə Günel... Fərrux, 1990-cı illərin əvvəllərində Günelə orta məktəbdə dərs deyib və onun gözü qarşısında sinif yoldaşlarını qətlə yetirib. Güneli isə azad edib.
Şər yuvası: Qiyamət (film)
Şər yuvası: Qiyamət (ing. Resident Evil: Apocalypse) — 2004-cü il istehsallı amerikan qorxu və macəra filmi. Şər yuvası-nın davam filmidir. Aleksander Vitt tərəfindən çəkilən, Paul Anderson tərəfindən yazılmışdır. Şər yuvası oyununun filmləşdirilmiş versiyasıdır. 10 Sentyabr 2004 tarixində kinoteatrlarda göstərilmiş və 130 milyon dollar gəlir əldə edilmişdir. == Hekayə == Film seriyasının birinci filmi Şər yuvasının son anlarında Alisin Racoon City küçələrində olduğu görünür. Bu filmdə isə Umbrella şirkəti təkrar "Hive"ı açmaq qərarına gəlir lakin bu virusun daha da yayılmasına səbəb olur və şirkət şəhərdən bütün professorlarını köçürmək qərarına gəlir. Ancaq professorlardan biri olan Şarl Aşford qızının itməsinə görə getməyəcəyini bildirir və qızını tapılması üçün şəhərdə sağ qalan insanları axtarır. Əvvəlki seriyada Umbrella işçiləri Alis ilə Mettyu Eddison-u saxlayırlar və Alisi "Alis proyekti", Mett-i isə "Nemesis proyekti" üçün özləriylə götürürlər.
Şər yuvası (film, 2002)
Şər Yuvası (Əsl adı: Resident Evil) 2002-ci ildə çıxmış bir qorxu filmi. Rejissor Paul Anderson, Capcom'un Resident Evil adlı video oyunundan ilhamlanaraq hazırlanmışdır. == Hekayə == Umbrella (Çətir) şirkətinin dünyanın bir çox yerində qurumları vardır. Amma əsas mərkəz şimali Amerikadaki Raccoon City-dir. Şirkət bir çox tekniki avadanlıqların istehsalı ilə dünyada məşhurdur. Amma Umbrellanın əsas gəlir məmbəsi istehsal etdiyi virus silahlarıdır. Bu viruslardan ən təhlükəli olanı T-virusudur. Umbrella şirkətinin virus istehsalı ilə məşğul olduğu sahə, yer altı Hive-də T-virusu yayılmağa başlar. Bunu izləyən şirkətin bütün gücünü əlində saxlayan Qızıl-Şahzadə adlı super kopyuter, virusun yayılmasının qarşısını almaq üçün, şirkətin bütün işçilərinin həyatı bahasına olsa belə, şirkətdəki bütün giriş və çıxış qapılarını bağlayır. Alis və dostları şirkət işçilərinə nə olduğunu öyrənmək üçün xüsusi təyinatlı S.T.A.R.S adlı hərbi komanda ilə birlikdə Umbrella şirkətinə gedərlər.
Star şər qüvvələrə qarşı
Star şər qüvvələrə qarşı (ing. Star vs. the Forces of Evil) — Daron Nefsi tərəfindən yaradılmış amerikan cizgi serialı. Animasiyası "Disney Television Animation" tərəfindən hazırlanmışdır. Serial 18 yanvar 2015-ci ildən 19 may 2019-cu ilə qədər Disney Channel və Disney XD telekanalında yayımlanmışdır. == Məzmun == Star Batterflay Myuni adlı bir kainatdan olan sehrli qabiliyyətlərə malik şahzadədir. O, Batterflay Krallığının kraliçası olmağa hazırlaşır. Onun valideynləri adətə sadiq qalaraq ona 14 yaşı tamam olanda sehrli çubuq verməli olur. Lakin kral ailəsinin üzvləri arasında o, ən enerjili və oynaq olması ilə tanınır. Bir gün o səhvən ailə qəsrini yandırdıqdan sonra valideynləri Kral River və Kraliça Mun, Starı Yer kürəsinə təhsil almağa göndərməyin ən yaxşı seçim olduğuna qərar verirlər.
Xeyir və Şər (film, 1980)
== Məzmun == Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin törətdiyi bədxah əməllərdən danışılır. Film-nağıl xeyirlə şərin əbədi mübarizəsindən, son nəticədə Xeyirin qələbə çalmasından, yaxşılığın, xeyirxahlığın qüdrətindən bəhs edir. == Film haqqında == Applikasiya filmidir. Film Nizami Gəncəvinin "Yeddi Gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmişdir. Kinolent böyüklər üçün nəzərdə tutulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Nizami Gəncəvi Ssenari müəllifi: Ədhəm Qulubəyov Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Kamal Seyidov Mətni oxuyan: Həsənağa Turabov Rəssam: N.Ağayeva, Cəvahir Quliyeva, V.Bessarabova, Y.Melkumova, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Sahibə İbadova, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov Montaj edən: Lidiya Vyalsova Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Y.Uznadze Redaktor: D.Tahirova Filmin direktoru: T.Həmidov == Sitatlar == İncimə, ey hökmdar Eşit, sənə sözüm var Dünyanın nə varında, nə pulunda gözüm var. Min-min güllər içində bircə gülüm var mənim Sənin qızın bacımdır, öz sevgilim var mənim == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Şər yuvası: Qiyamət (film, 2004)
Şər yuvası: Qiyamət (ing. Resident Evil: Apocalypse) — 2004-cü il istehsallı amerikan qorxu və macəra filmi. Şər yuvası-nın davam filmidir. Aleksander Vitt tərəfindən çəkilən, Paul Anderson tərəfindən yazılmışdır. Şər yuvası oyununun filmləşdirilmiş versiyasıdır. 10 Sentyabr 2004 tarixində kinoteatrlarda göstərilmiş və 130 milyon dollar gəlir əldə edilmişdir. == Hekayə == Film seriyasının birinci filmi Şər yuvasının son anlarında Alisin Racoon City küçələrində olduğu görünür. Bu filmdə isə Umbrella şirkəti təkrar "Hive"ı açmaq qərarına gəlir lakin bu virusun daha da yayılmasına səbəb olur və şirkət şəhərdən bütün professorlarını köçürmək qərarına gəlir. Ancaq professorlardan biri olan Şarl Aşford qızının itməsinə görə getməyəcəyini bildirir və qızını tapılması üçün şəhərdə sağ qalan insanları axtarır. Əvvəlki seriyada Umbrella işçiləri Alis ilə Mettyu Eddison-u saxlayırlar və Alisi "Alis proyekti", Mett-i isə "Nemesis proyekti" üçün özləriylə götürürlər.
адапти́ровать двудо́мные развлека́тельный фотоэксперти́за в ста́тусе паркова́ться стеклопла́стики тестомеси́лка бязь absorbable adipsy astrodynamics calalu cawk finesse mud bath paddle-box polybasic redden supremacy uniformity urinate нашаркать огреть Сатурн