Elif Şafak
Elif Şafak (türk. Elif Şafak) — türk əsilli romançı.
1971-ci ildə Strasburqda doğulub. 2009-cu ildə çap edilən "Eşq" ("Aşk") romanı ən az müddətdə ən çox satılan türk romanı ünvanına sahib olub.
== Həyatı ==
Atasının o dövrdə həkimlik etdiyi Strasburqda dünyaya gəlib. Atası psixoloq Nuri Bilgin, anası diplomat Şafak Ataymandır. Doğulanda qısa bir müddət keçəndən sonra atası və anası ayrılıb, anasının himayəsində böyüyüb və soyadı kimi anasının adını götürüb.
Orta təhsilini anasının çalışdığı yer olan Madriddə, daha sonra lisey təhsilini Ankara Atatürk Anadolu Lisesi"ndə alıb. Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində alıb.
2017-ci ilin oktyabrında biseksual olduğunu açıqlayıb.