şaircik
şairlik
OBASTAN VİKİ
Şairə
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Səhər (şairə)
Əhmədova Səhər İsmayıl qızı (14 may 1972, Şilyan, Kürdəmir rayonu) — şair, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 "Xəzər" jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet dərgilərdə yayımlanmışdır. Kulis.az saytının köşə yazarıdır.
Zülfiyyə (şairə)
Zülfiyyə (1 (14) mart 1915, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 1 avqust 1996 və ya 23 avqust 1996, Daşkənd) — Özbəkistan şairi, Özbəkistanın xalq şairi (1965), Sosialist Əməyi Qəhrəmanı (1985) . Zülfiyyə 1915-ci ildə Daşkənddə dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini bitirdikdən sonra, qızlar üçün açılmış pedaqoji məktəbdə oxumuşdur. Burada o, böyük ədəbiyyat dünyasına daxil olmuş və ilk şeirlərini yazmışdır. Bu, 1930-cu ilə təsadüf etmişdir. İlk şeirini mətbuatda-qəzetdə dərc etdirmiş və sonralar mütəmadi olaraq müxtəlif qəzet və jurnallarda çap olunmuşdur. 1932-ci ildə "Həyat səhifələri" adlı ilk şeirlər kitabı çapdan çıxdı. Bu uğurlarına baxmayaraq, o, özünü zəif görürdü, həyat təcrübəsi az olduğundan hər addım çətin görünürdü. Əslində, ilk addımı atmışdı. O, məqalələrinin birində yazırdı: "Mənim üçün həyatımın ən xoşbəxt çağları Həmid Alimcanla olan 10 illik ailə həyatım olmuşdur.
Elmira Qasımova (şairə)
Elmira Məmməd qızı Qasımova (1 dekabr 1942, Naxçıvan) — Azərbaycanlı şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). == Həyatı == Elmira Qasımova 1942-ci il dekabrın 1-də Azərbaycanda Naxçıvan şəhərində həkim ailəsində anadan olub. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra 1959-64-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun alman dili şöbəsində təhsil alır. 1964-74-cü illərdə Naxçıvan şəhərində 2 saylı məktəbin müəllimi, 1974-76-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 1976-78-ci ildə 10 saylı orta məktəbin direktoru vəzifələrində çalışmışdır. 1978-1979-cu illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin katibi seçilmişdir. 1979-80-ci illərdə Naxçıvan Muxtar Respublikasının maarif naziri vəzifəsində, 1980-1983-cü illər Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifəsində, 1977-2009-cu illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin İdeoloji şöbəsinin müdiri, Naxçıvan şəhər Xalq Deputatları Məclisinin sədr müavini, sədri, Naxçıvan şəhər təhsil şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1979-1984-cü illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. == Yaradıcılığı == E.Qasımova ədəbi yaradıcılığa məktəbdə təhsil aldığı illərdə başlayır. "Yay gecəsi" adlı ilk mətbu şeiri 1956-cı ildə "Şərq qapısı"nda dərc olunub. "Sevil" qadınlar məclisinin sədr müavini olan şairə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur.
Nəzakət Məmmədova (şairə)
Nəzakət Məmmədova (tam adı: Nəzakət Salah qızı Məmmədova; 13 yanvar 1962, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009). Azərbaycan Respublikası "Xatirə Kitabı" Redaksiyasının baş redaktoru. Nəzakət Məmmədova 2010-cu ildə "Qızıl qələm", 2014-cü ildə Prezident mükafatlarına, 2016-cı ildə Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülmüşdür. Həzi Aslanov yubiley medalı, Rusiya Federasiyasının “Qələbə 75” medalı və Moskvanın “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə “Yurd dediyim bu torpaq” kitabı dərc olunmuşdur. Kitabda “Şəhid zirvəsi” poeması da yer almışdır. Tehranda “Ərdəbilim” adlı şeirlər toplusu nəşr olunmuşdur (2018). 2010-cu ildən “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalının təsisçisi və baş redaktorudur. 2011-ci ildən nəşrə başlayan və ötən illər ərzində təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda böyük oxucu auditoriyası qazanmış “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalı milli-mənəvi dəyərlərimizin təbliğində, Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılmasında, dünyasını dəyişmiş məşhur elm, ədəbiyyat, incəsənət xadimlərinin yad edilməsində, ədəbi gəncliyin ən son uğurlarının işıqlandırılmasında müstəsna rol oynamış, böyük uğurlar qazanmışdır. Respublika Mətbuat Şurasının, Türk Dünyası Ədəbiyyat Dərgilər Birliyinin üzvü olan “Yada düşdü” jurnalının qardaş Türkiyə Respublikasında, Rusiya Federasiyasında təmsilçiləri vardır.
Ruhəngiz Əliyeva (şairə)
Ruhəngiz Əliyeva (Əliyeva Ruhəngiz Məmməd qızı; 13 mart 1981, Naxçıvan) — Azərbaycanlı pedaqoq, şairə, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, Azərbaycan Yazıçılar Birliyinin və Naxçıvan Yazıçılar Birliyinin üzvü. Ruhəngiz Məmməd qızı Əliyeva 13 mart 1981-ci ildə Naxçıvan şəhərində anadan olub. Məktəbi fərqlənmə attestatı ilə bitirib. Təhsilin bakalavr, magistratura və doktorantura pillələrini bitirib. Pedaqogika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib. "Qarabağ" adlı şeri ilk dəfə 1996-cı ildə "Şərq Qapısı" qazetində çap olunub. 2003-cü ildə "Həsrət çiçəyi", 2005-ci ildə "Dərsliklərdəki bədii nümunələrdə tərbiyə məsələləri", 2008-ci ildə "Tərbiyə ruhun özülüdür", 2012-ci ildə "Poeziya, səni aparacağam", 2018-ci ildə "Səssizliyin səsi", 2019-cu ildə "Məmməd Səid Ordubadinin maarifçi görüşləri" adlı kitabları işıq üzü görüb. Nüfuzlu nəşrlərdə dərc olunmuş 42 elmi, 130-a yaxın publisistik məqalənin müəllifidir. Əsərləri İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Özbəkistan və İranda çap olunub. Qızıl Qələm" və "Dövlətçilik ənənələrinin qorunub saxlanılması və təbliği sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu" mövzusunda dövri mətbuatdakı çıxışlarına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının "Azərbaycan bayrağı" mükafatına layiq görülüb.

Значение слова в других словарях