Şeytanqanqalı
Şeytanqanqalı (lat. Carduus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
=== Bioloji təsviri ===
Cinsin nümayəndələrinin əksəriyyəti tikanlı ot bitkiləridir. Bir çox cəhətdən o, qanqala (Cirsium) bənzəyir, əsasən pappus hissəsi ilə fərqlənir, hansı ki, lələkvari tüklərdən deyil, kapilyarlardan ibarətdir və gövdəsi adətən tikanlıdır; toxumları dördbucaqlı və ya bir qədər yastılaşmş, 5-10 və ya daha çox sinirli və ya sinirsiz.
Bəzi qanqal növləri ilə kəpənək sürfələri və tırtıllar qidalanır.
=== İqtisadi əhəmiyyəti ===
Demək olar ki, bütün qanqallar arılar üçün yaxşı bal bitkiləridir. Bəziləri dekorativdir, lakin eyni zamanda da alaq otlarıdır. Toxumları isə çox yağlıdır.
=== Simvolizmdə və heraldikada ===
Qanqal Şotlandiyanın simvoludur. Qanqal ordeni cəngavərlərinin emblemində yazılan devizi latın dilində Nemo me impune lacessit (“Heç kim mənə cəzasızlıqla toxunmayacaq”).