ŞİHAB

ə. alov, şölə. Şihabi-saqib axan ulduz; meteor.

ŞİFTƏHAL
ŞİHABDAR
OBASTAN VİKİ
II Bəşir Şihab
Bəşir əs-Sani əş-Şihabi (ərəb. بشير الثاني الشهابي‎; 2 yanvar 1767, Qəzir[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1850[…], Konstantinopol) — 1788–1840-cı illərdə Cəbəli-Lübnan əmiri.
I Bəşir Şihab
I Bəşir Şihab (ərəb. بشير_الأول_الشهابي‎) — XVIII əsrin əvvəllərində Cəbəl-Lübnanı idarə etmiş Livan hakimi. O, Şihab ailəsinin ikinci hakimi və ümumiyyətlə sülalənin banisi hesab edilir.
Muayyad Şihabəddin Əhməd
Muayyad Şihabəddin Əhməd — Seyfəddin İnalın oğlu və 26 fevral — 28 iyun 1461-ci il aralığında Misir Məmlük sultanı.
Şihabəddin Yəhya Sührəvərdi
Şihabəddin Yəhya Sührəvərdi (fars. شهاب‌الدین سهروردی‎) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır. Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır. Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir.
Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin siyahısı
Şihabəddin Yəhya Sührəvərdi orta əsrlərdə fəlsəfənin inkişafında böyük rolu olan filosof və şair, İşraqilik fəlsəfi məktəbinin yaradıcısıdır. Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin və onlara yazılmış şərhlərin əlyazma nüsxələri dünyanın bir sıra fond və kitabxanalarında saxlanılır. Tədqiqatçılar həmin əsərləri yazıldığı mövzulara uyğun olaraq müxtəlif qruplara bölmüşlər. Şihabəddin Sührəvərdinin əsərlərinin mövzu etibarıya təsnifatı şərtidir. Mütəfəkkirin ayrı-ayrı fəlsəfi cərəyanlarla məşğul olduğu dövrlərə mütləq hədd qoymaq mümkün deyil. Məsələn, alim "İşraq fəlsəfəsi" kitabını yaza-yaza digər mövzular üzərində də işləmişdir. Şihabəddin Sührəvərdinin şeirləri isə mütəfəkkirin ümumi yaradıcılığının bir hissəsi olmaqla onun fəlsəfəsinin müəyyən cəhətlərini əks etdirir. Aşağıdakı siyahıda Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin mövzulara uyğun qruplaşdırılması AMEA-nın müxbir üzvü Zakir Məmmədovun tədqiqatlarına istinadən hazırlanmışdır. Əsərlərin həm orijinal adı, həm də Azərbaycan dilində adı göstərilmiş, yazıldığı dil qeyd edilmişdir. Qeydlər bölməsində əsər haqqında qısa məlumat göstərilmişdir.
Şihabəddin Ömər Sührəvərdi
Şihabəddin Ömər Sührəvərdi (fars. عمر سهروردى‎; 1145—1234) – Fars hüquqşünas alim, sufi nəzəriyyəçi, ictimai-siyasi xadim. Əbuhəfs Sührəvərdi 1145–ci ilin yanvarında Zəncan yaxınlığındakı Sührəvərd şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov filosofun gəncliyində Bağdada gedib, orada Nizamiyyə mədrəsəsinin müəllimi, əmisi Əbunnəcib Sührəvərdi, Əbdülqadir Cili-Cilani, Əbuzürə Müqəddəsi və başqalarından təhsil aldığını, onun fiqh, təsəvvüf və ədəbiyyata dərindən yiyələndiyini, geniş əhatəli, mükəmməl biliyi ilə şöhrət qazandığını qeyd etmişdir. Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin müəllimi və yaxın dostu, Qadiriyyə sufi təriqətinin banisi Əbdülqadir Cili-Cilaninin şagirdinin gələcəyinə böyük ümid bəsləyib, ona "sən İraqda məşhurların axırıncısısan" dediyini yazmışdır. Tədqiqatçı mənbələr əsasında bildirmişdir ki, Azərbaycan mütəfəkkiri ömrü boyu ziyarətlərdə, səyahətlərdə olmuş, dövrün böyük şəxsiyyətləri, yaradıcı ziyalıları ilə görüşmüşdür. Əbdürrəhman Cami belə bir əhvalatı xatırladır ki, Əbuhəfs Sührəvərdi "bəzi abdallarla (dərvişlərlə) birlkdə Əbbadan adasında Xızır əleyhissəlamı dinləmişdir". Bağdadda baş şeyx rütbəsini tutmuş, xilafətə elçilik (səfirlik) etmiş Şihabəddin Əbuhəfs Sührəvərdi varid olduğu yerlərdə böyük hörmət və ehtiramla qarşılanmışdır. İbn Bibi onun Kiçik Asiyaya gəlməsini təsvir edərkən yazır ki, elçinin Aqsaraya yetişməsini eşidincə sultanla bərabər qazilər, imamlar, şeyxlər, sufilər, əxilər və fütüvvə sahibləri pişvaza çıxdılar. Sultan Əlaəddin Şeyx Şihabəddin Sührəvərdi ilə görüşərkən onun əlini öpdü.
Şihabəddin Məhəmməd ən-Nəşəvi
Şihabəddin Məhəmməd ən-Nəşəvi (fars. شهاب الدین محمد النساوی‎; vəfat 1249/1250) milliyətcə fars olan naşir, bioqraf, tarixçi və dövlət xadimidir. Böyük Xorasan vilayətinin Nisa şəhərində anadan olmuşdur. O, 1225-ci ildən ölümünə qədər Cəlaləddin Mənguberdinin yanında olmuşdur. Onun yanında vəzir və səfir vəzifələrində xidmət etmişdir. Cəlaləddin Xarəzmşahın vəfatından sonra Məyyafərikinə getmiş və orada Əyyubi hökmdarının xidmətinə girmişdir. Burada qaldığı müddət ərzində Nəfs̱ətü'l-maṣdur (1234-35) adlı əsərini başa çatdırmışdır. Daha sonra isə Hələbə getmiş və oradakı Əyyubi hökmdarının xidmətinə qəbul edilərək (1246) monqolların yanına səfir göndərilmişdir. Ömrünün son illərini Hələbdə keçirmiş və elə orada da vəfat etmişdir. O, monqolların Xorasanı almasını, Cəlaləddinin sonrakı qaçışlarını və daha sonrakı hərbi macəralarını öz gözləri ilə görmüş və bu hadisələrin hamısını 1241-ci ildə ərəb dilində qələmə aldığı “Sirətus-Sultan Cəlaləddin Mənguberdi” adlı əsərində qeyd etmişdir.