ŞOFƏRƏ
ŞOĞARRAMA
OBASTAN VİKİ
Şoğakat TV
"Şoğakat" (erm. «Շողակաթ») — Erməni Həvari kilsəsinin sahibləndiyi Ermənistan dini-mədəni özəl telekanalı. Telekanal 1998-ci ildə Erməni Həvari kilsəsinin rəhbəri II Qaregin tərəfindən İrəvan şəhərində təsis edilmişdir. Telekanal Erməni Həvari kilsəsinin dini və ictimai fəaliyyətini əhatə edir və dini təbliğat yayımlayır. 1999-cu ildə II Qaregin Erməni Həvari kilsəsinin rəhbəri seçiləndə telekanal baş qərargahını Üçkilsə şəhərinə köçürmüşdür. "Şoğakat" telekanalı 2002-ci ilin noyabr ayından bəri Ermənistan və Dağlıq Qarabağ Respublikasında tam şəkildə yayımlanır. Telekanalın 2.000.000-dan çox abunəçisi mövcuddur. "Şoğakat" telekanalı mədəniyyət, tarix, din, təbiət, milli-mənəvi dəyərlər, sosial-iqtisadi problemlər barədə məzmun yayımlayır. Telekanalın icraçı direktoru Manya Kazaryandır.
Şoğakn
"Şoğakn" zavodu (keçmiş adı: "Kristal" zavodu) — Ermənistanın ən böyük almaz emalı müəssisəsi. Ermənistanda kəsilmiş brilyantların ilk partiyası 1971-ci ilin martında Nor Açində yerləşən "Kristal" fabrikində istehsal edilmişdir. Sonrakı illərdə "Kristal" adı dəyişdirilərək "Dəzgahqayırma", daha sonra 1992-ci ildə "Şoğakn" adlandırılmışdır. Ermənistanda ilk dəfə brilyantlar "Markiz", "Oval", "Armud", həmçinin "Zümrüd", "Baget" və müxtəlif üçbucaq formalarında emal edilmişdir. == Tarixi == 2000-ci ilin iyul ayında "Şoğakn" zavodu özəlləşdirilmişdir. O, İsrailin böyük almaz emalı korporasiyası "L.L.D. Diamonds" MMC-nin sahibi Lev Levayev tərəfindən satın alınmışdır. 2002-ci ilin sonunda işçilərin sayı 1,200 nəfərə çatdırılmış və məhsuldarlıq ayda 25–35 min karat almaz olmuşdur. 2008-ci ildə "Şoğakn" QSC-nin işinin dayandırıldığı məlum olmuşdur.