Şonqar düşərgəsi
Şonqar düşərgəsi — Qobustan ərazisində arxeoloji abidə.
"Şonqar" Bakıdan cənub-qərbdə, Kəpəz dağından Kəpəz və Qızıldaş qəsəbələrindən qərbdə bu ərazidə ən yüksək zirvəyə malik əhəngdaşı örtüklü dağın adıdır. Bu dağların qartal cinsli quşların adı ilə şonqar kəpəz adlandırılması, ehtimal ki, atəşpərəstliklə bağlıdır. Eyni adlı quşlara Qobustanın ərazisində də hazırda rast gəlmək olur. Təqdim olunan düşərgəyə də yaxınlıqdakı Şonqar dağın adı verilmişdir.
Şonqar dağın ətrafında 4 qrup qayaüstü təsvir və bir sığınacaq tipli düşərgə “Şonqar” qeydə alınıb tədqiq olunmuşdur. "Şonqar" düşərgəsi Qızıldaş qəsəbəsindən 1 km qərbdə, Qaradağ daş karxanasına gedən yolun sağında, insanın yaşaması üçün əlverişli, örtülü kamera – sığınacaqda aşkar olunmuşdur. İçəridən sığınacağın şərq tərəfi çox iri, dikinə divar təşkil edən qaya, qərb tərəfini "Şonqar-1" qədim qayaüstü təsvirlər kolleksiyasının 2, 3, 4 və 5 №-li şəkilli daşları tutur. Üstünü isə uzunsov, eni 6 m, qalınlığı 2,5 m-ə qədər yastı qaya parçası örtür. Düşərgədə 1978 və 1983-cü illərdə arxeoloji qazıntı aparılmışdır.