Şonqar palçıq vulkanı Puta yatağından 12 km şimal-qərbdə yerləşir. Onun cənub-qərb yamacında vulkan brekçiyasının iki dili əmələ gəlmişdir.
Krater valının palçıq brekçiyasındakı 2-3 metr dərinlikli çatlar vulkan üzərində hərəkəti çətinləşdirir.
Püskürmələr içərisində Eosen və məhsuldar qat süxurlarına rast gəlinir.
Təpənin zirvəsində palçıq vulkanı brekçiyasının tutduğu sahə 145x225 metrdir.
Püskürmə suxurları Eosen və orta Pliosen mənşəlidir.
Zirvədəki brekçiyanın yayıldığı ümumi sahə 3,5 hektardan çoxdur.
Son püskürmədən sonra sopka örtüyünün ümumi sahəsi təxminən 168 hektar, gücü 10-200 metr, sopka brekçiyasının həcmi 184 mln. m³ olmuşdur.
Bu vulkanın brekçiya örtüyündə qazılan quyular göstərmişdir ki, örtüyünün qalınlığı müxtəlif sahələrdə fərqli olur. Məsələn, mərkəz hissələrdə bu qalınlıq 200 metrdən çox olub, kənarlarda 11-12 metrədək azalır.
Səthə çıxarılmış brekçiyanın həcmi təxminən 30 min m³ təşkil edir.
Eroziya nəticəsində vulkanın krateri tamamilə yox olmuşdur. Hazırda burada ayrılma müşahidə edilmir.[1]