şorkökə
şorlama
OBASTAN VİKİ
Şorqoğalı
Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. Xəmir: Maya 30 qr Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qr İç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır.

Значение слова в других словарях