Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şorlar
Şorlar — Altay xalqları türk qrupunun hun qoluna mənsub xalq. Rusiya İmperatorluğu vaxtında şorlara Aba-Tura tatarları (rus. Кузнецкие татары) deyirdilər. Özlərini şor (şor kiji, şor adamı, şor kişisi, həmçinin, tatar kiji, tatar kişisi, tatar adamı)adlandırırlar. Onlar hazırda Rusiya Federasiyasında Qərbi Sibirin cənub-şərqində, əsasən cənubundakı Kemerovo dairəsində (Daşdaqol, Novokuznetski, Müjdureç, Mıskov, Osinnikov rayonlarında), eləcə də Xakasiya və Altay Respublikalarının rayonlarında yaşayırlar. 2002-ci ildə Rusiya FR - da 13.975 nəfər Şor siyahıya alınmış , bu zaman onlardan 11.554 nəfəri Kemerovskiy vilayətində , 1.078 nəfəri Xakasiya Respublikasında , 141 nəfəri Altay Respublikasında yaşamışdır .İki etnik qrupa bölünür: cənub (Dağlıq Şor) və şimal (abinlər). Antropoloji quruluşlarına görə şorlar böyük monqoloid irqinin ural tipinə aid edilir. Şorların əksəriyyəti şor dilində danışır. == Şor dili == Şor dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. == Din == Şorlar tarixən qədim türklər kimi şamanist olublar.
Lorlar
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Şollar
Şollar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. == Əhalisi == == Şollar suyu == Tağıyevin maliyyə dəstəyi ilə Vilyam Harleyn Lindleyin mühəndisliyi ilə Bakının içməli suyu Şollardan çəkilmişdir.
Orlar
Orlar, Horlar (yun. Ὥραι, fəsil) qədim yunan mifologiyasında, il fəsili ilahələri, Zevs və Temisin qızları (Helios və Selenanın qızları).
Şollar bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şollar düzü
Şollar düzü — Xəzərin Azərbaycan sahilində, Samur və Şabran arasında düzənlik. Xaçmaz, Şabran və qismən Qusar rayonlarının inzibati ərazisinə təsadüf edir. Daha geniş Samur-Dəvəçi ovalığının tərkib hissəsidir. Şollar düzündəki yeraltı sulardan 20-ci əsrin əvvəllərində Bakı əhalisinin suya tələbatını ödəmək üçün su kəməri çəkdirmişdir. Bu kəmərin çəkilməsində Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur.
Şollar suyu
Şollar suyu— Xaçmaz rayonunun Şollar kəndindən başlayan bulaq suyu. == Tarixi == Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin böyük biznesə gəlişi XIX əsrin 70-ci illərinə təsadüf edir. O öz kapitalını həmin dövrün ən gəlirli sahəsinə – neft işinə yatırır. H. Z. Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edirdi: o, gəmiçilik, gəmiqayırma, enerji sektoru, pambıqçılıq, toxuculuq, balıqçılıq, şərabçılıq sənayesinə, rabitəyə kapital qoymuş, böyük meşə massivlərinin sahibi, Bakı Tacir Bankının təsisçisi olmuş, torpaq sahələrinin alğı-satqısı üzrə əməliyyatlar aparmışdı. H. Z. Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişdi. H. Z. Tağıyevin ictimai və sahibkarlıq faəliyyətində Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olub. Hələ 17 aprel 1874-cü ildə Rusiya imperatoru II Aleksandrın göstərişi ilə H. Z. Tağıyev öz vəsaiti hesabına Bakıya su kəmərini çəkdirdiyinə görə Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdu. Həmin kəmər haqqında ətraflı məlumat olmasa da, bu faktın özü Hacının Bakı əhalisinin suya olan tələbatının təminində yaxından iştirak etdiyini, onun xeyriyyəçiliyinin bir qolunun bu sahədə də özünü göstərdiyini təsdiqləyir. 1878-ci ildə Bakıda "Şəhər Əsasnaməsi"nin tətbiqi ilə digər təsərrüfat məsələləri kimi, su təchizatı da ictimai idarəçiliyin sərəncamına keçdi.
Korlar haqqında hekayət
Korlar haqqında hekayət (nid. De parabel der blinden) - Holland İntibah Dövrü rəssamı Böyük Piter Breygel tərəfindən 1568-ci ildə çəkilmiş rəsm əsəri. Tabloda bir-birindən zəncir kimi tutub yeriyən altı korun təsviri verilmişdir. Ən irəlidə yeriyən birinci kor bələdçi büdrəyir və əl ağacı ilə birlikdə xəndəyə düşür. Ardınca gələn kor da onun üstünə yıxılır. İkinci əl ağacına bağlı olan üçüncü kor da özündən qabaqkıların üzərinə aşacaq. Beşinci və altıncı korların hələ heç nədən xəbəri yoxdur, lakin onları da mütləq özlərindən əvvəlki yol yoldaşlarının ardınca xəndəyə yuvarlanmaq aqibəti gözləyir. Həmin altı fiqurda yıxılmanın altı müxtəlif anları (fazaları) təsvir olunmuşdur.
Bakı-Şollar su kəməri
Bakı-Şollar su kəməri - Ölkəmizdə ən böyük həcmdə tikilən ilk su kəməri. == Su kəmərinin çəkilişi ilə bağlı layihə müsabiqəsi == 1881-ci ildə Bakı şəhər Duması milli burjuaziyanın lideri H.Z.Tağıyevin təklifi əsasında şəhərə su kəməri çəkmək üçün layihə tərtib etmək haqqında müsabiqə elan etdi. Müsabiqə ilə əlaqdar olaraq şəhər idarəsinə 1893-cü ilə qədər Kür, Araz, Samur, Zuğulba, Altıağac və Göygöl mənbələrindən şəhər su kəməri çəkmək üçün 40-dan çox layihə təklif olunmuşdur. Lakin şəhər duması bu təkliflərin hamısını rədd etmişdir. Buna səbəb təklif olunan layihələrin böyük xərc tələb etməsi idi. == Bakıda su təsərrüfatının vəziyyəti == Beləliklə, həmin dövrdə Bakı sənaye rayonunda iqtisadi həyatın coşğun inkişafının əksinə olaraq su təsərrüfatı hələ də orta əsr səviyyəsində qalmaqda idi. Şəhərdə uzun müddət su qıtlığının hökm sürməsi və bu səbəbdən kanalizasiya və yaşıllığın olmaması, küçələrin natəmiz saxlanması 1892-ci ildə güclü vəba xəstəliyinin baş verməsi ilə nəticələndi. Xəstəliyin əsas qurbanları isə yoxsul xalq kütlələri idi. == Bakı şəhərinin su təchizatının I mərhələsi == Öz canlarından qorxuya düşən Şəhər İdarəsi üzvləri şəhərdə su təchizatının bir qədər yaxşılaşdırılması üçün tələsik bir sıra tədbirlər gördülər. 1892-ci ildə Şəhər İdarəsi dəniz suyundan istifadə etmək məqsədi ilə suşirinləşdirici qurğu tikmək haqqında "Bakı liman birliyi" cəmiyyəti ilə müqavilə bağladı.
Bakı–Şollar su kəməri
Bakı-Şollar su kəməri - Ölkəmizdə ən böyük həcmdə tikilən ilk su kəməri. == Su kəmərinin çəkilişi ilə bağlı layihə müsabiqəsi == 1881-ci ildə Bakı şəhər Duması milli burjuaziyanın lideri H.Z.Tağıyevin təklifi əsasında şəhərə su kəməri çəkmək üçün layihə tərtib etmək haqqında müsabiqə elan etdi. Müsabiqə ilə əlaqdar olaraq şəhər idarəsinə 1893-cü ilə qədər Kür, Araz, Samur, Zuğulba, Altıağac və Göygöl mənbələrindən şəhər su kəməri çəkmək üçün 40-dan çox layihə təklif olunmuşdur. Lakin şəhər duması bu təkliflərin hamısını rədd etmişdir. Buna səbəb təklif olunan layihələrin böyük xərc tələb etməsi idi. == Bakıda su təsərrüfatının vəziyyəti == Beləliklə, həmin dövrdə Bakı sənaye rayonunda iqtisadi həyatın coşğun inkişafının əksinə olaraq su təsərrüfatı hələ də orta əsr səviyyəsində qalmaqda idi. Şəhərdə uzun müddət su qıtlığının hökm sürməsi və bu səbəbdən kanalizasiya və yaşıllığın olmaması, küçələrin natəmiz saxlanması 1892-ci ildə güclü vəba xəstəliyinin baş verməsi ilə nəticələndi. Xəstəliyin əsas qurbanları isə yoxsul xalq kütlələri idi. == Bakı şəhərinin su təchizatının I mərhələsi == Öz canlarından qorxuya düşən Şəhər İdarəsi üzvləri şəhərdə su təchizatının bir qədər yaxşılaşdırılması üçün tələsik bir sıra tədbirlər gördülər. 1892-ci ildə Şəhər İdarəsi dəniz suyundan istifadə etmək məqsədi ilə suşirinləşdirici qurğu tikmək haqqında "Bakı liman birliyi" cəmiyyəti ilə müqavilə bağladı.
Sarlar
Sarlar (lat. Buteoninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan yarımfəsiləsi.
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Sporlar
Sporlar (yun. sparo-"səpmə")-ibtidai və ali bitkilərdə çoxalmağa xidmət edən müxtəlif mənşəli mikroskopik törəmələrdir. Sporlar başqa hüceyrə ilə birləşmədən, yəni mayalanmadan cücərərək yeni bitki orqanizmlərinin başlanğıcını verir. Bir, iki və çoxhüceyrəlidir, silindr, kürə, ellips, yumurta, armud, paxla formasında olur. Bir çox bitkilərlə sporlar müxtəlif quruluşlu qlafla örtüldüyündən protoplastda toplanan ehtiyat qida maddələri hesabına qidalanaraq cücərmə qabiliyyətini uzun müddət saxlayır. Sporları üç qrupa bölmək olar: sinziqotlar, mitosporlar və meyosporlar. Ali bitkilər yalnız meyosporlar əmələ gətirir. == Sporlu bitkilər == Sporlu bitkilər əsasən qeyri-cinsi və ya cinsi yolla əmələ gəlmiş sporlar vasitəsilə çoxalan və yayılan bitkilərdir. Bu bitkilər bəzən ibtidai (yosunlar, bakteriyalar, şibyələr, göbələklər) və ali (mamırlar, plaunlar, selaginellalar və s.) qruplara bölünür. Bəzi sporlu bitkilərdə sporlar əmələ gəlmir; belə ki, çoxalma bitkinin müəyyən hissəsinin ayrılması ilə gedir (məs., bir çox şibyələrdə).
Aorslar
Aorslar—Sarmatların qolu. == Etnonim == == Aorsların yaranması == == Aorsların tarixi == Eramızdan əvvəl son əsrlərdə yuxarı aorslar deyilən sarmat-massaget mənşəli tayfalar Şimali Azərbaycan və Cənubi Dağıstanın alban tayfalarının həyatında müəyyən rol oynayırdılar. I əsr müəllifi Pliniy yazır ki, udinlərdən şimalda Utidors adlı tayfa məskundur. Utidors etnonimi bir sıra tədqiqatçıları çaşdırmışdır. Yazmışlar ki, bu ad uti etnonimindən və İrandilli aors adlı tayfanın adından ibarətdir. Bu fikri inkişaf etdirən K. V. Trever oldu. Ehtimal edilir ki, Albaniyadan utilərin (yəni, indiki Dağıstandilli udinlərin) bir hissəsi Şimali Qafqaza da getmiş və orada İrandilli aors adlanmış tayfa ilə qovuşmuşdur. Qiyasəddin Qeybullayev isə qeyd edir ki, əslində Plininin utidors kimi yazdığı etnonim "utidur"- dan başqa bir şey deyil: Pliniy ―u səsini ―o kimi vermiş, sonra da adın sonuna ―s adlıq hal şəkilçisini əlavə etmişdir. Utidur etnoniminin ikinci hissəsi olan "dur" sözü oğuz tayfalarından bayandur, çavundur, hundur və b. adlar üçün səciyyəvidir.
Burlar
Bur sözü alman və bur dilində "fermer" mənasına gəlir. Cənubi Afrikada bu deyim niderland dilli Keyp sakinlərinə yönəldilir.
Dollar
Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən ABŞ dolları nəzərdə tutulur.. 1 dollar 100 sentə bərabərdir.
Domlar
Domlar ("Doma" və ya "Domi" olaraq da adlandırılırlar; ərəb. دومي‎دومي‎‎ / ALA-LC: Dūmī , دومري / Dūmrī ; Misir Ərəbcəsi: هناجره‎‎ Hanagra ) — Orta Şərqdə, Şimali Afrikada, Qafqazda, Mərkəzi Asiyada və Hindistan yarımqitəsində yaşayan Hind-Ari etnosu. == Mədəniyyət == Domların şifahi ənənələri var və mədəniyyət və tarixlərini, musiqi, poeziya və rəqslə ifadə edirlər. İlk olaraq qaraçıların bir budağı olduqlarına inanırdılar, lakin Domari dili üzərinə edilən son araşdırmalar, yəqin ki, VI əsrdə qaraçılarla müqayisədə Hindistan yarımqitəsindən ayrıldıqlarını göstərir.Qaraçıların özlərini təyin etmələri üçün dünya səviyyəsində istifadə edilən adları, roman dilində də kişi mənasını verən "Htom" terminidir. Rom, Dom və Lom sözləri, VI əsrdə fərqli qaraçı xalqlarını təsvir etmək üçün istifadə edilirdi. Bir neçə qəbilələr Qərbi Avropaya qədər getmişdilər. Qərbi Avropadakılar Romlar, İran və Türkiyədə qalanlar isə Domlar adlandırmışdılar.Müxtəlif Domari yarımqrupları arasında olan Qəvazilər, rəqsləri və musiqiləri ilə ən məşhur qrupdur. == Yayılması == Ümumi əhalisi təxminən 2.2 milyondur. Əksəriyyəti Türkiyədə, Misirdə, İranda və İraqda yaşayır. Liviya, Tunis, Əlcəzair, Mərakeş, Sudan, İordaniya, Suriya və başqa Orta Şərq və Şimali Afrika ölkələrində daha kiçik həcmli dom icması mövcuddur.
Forfar
Forfar (ing. Forfar, şot.kelt Baile Fharfair) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Kodlar
== Kodlar == Kodlar - Rəqəmsal elektronikada edilən işləri asanlaşdırmaq , səhv nisbətini azaltmaq və məlumat ötürülməsi təmin etmək məqsədiylə istifadə edilər. BCD Kodu Excess -3 Kodu BIQUANIRY (ikili - beşli ) Kodu GRAY Kodu pi1arity Kodu Oktal Kodu Hexadesimal Kodu === BCD Kodu === Onluq say sistemindəki bir ədədin hər bir pilləsinin 4-bit ikili ədəd sistemi ilə ifadə edilməsindən yaradılan koddur. Desimal 0 1 2 3 4 5 6 7 8 9 BCD 0000 0001 0010 0011 0100 0101 0110 0111 1000 1001 NÜMUNƏ : ( 263 ) 10 sayını BCD kodu ilə ifadə edin ? ? ( 263 ) 10 ? ? 0010 0110 0011 ? ? (263) 10 = (001001100011) BCD ? ?
Kovlar
Kovlar (əvvəlki adı: Qovlar) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Quruzma kənd inzibati ərazi dairəsi tərkibindəki Qovlar kəndi Kovlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == 2015-ci ilin iyun ayının 24-də kəndə təbii qazın verilişi bərpa edilmişdir.
Lokrlar
Lokrlar — Qədim Yunanıstanın mərkəzi hissəsində yerləşən Lokrida vilayətində məskunlaşmış tayfa.
Lollar
Lollar (alm. Lollar‎) — Almaniyanın Hessen torpağının Giessen inzibati dairəsində şəhər. Sahəsi 21.9 km2, əhalisi 10110 nəfərdir (2006).
Lurlar
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Monlar
Monlar (talayn, မွန်လူမျိုး; mùn lùmjóʊ) — Myanmanın cənubunda, əsasən Mon ştatı və ona qonşu vilayətlərdə, eləcə də Tailandın cənub-qərbində yaşayan xalq. Avstroasiya dil ailəsinin mon-kxmer qoluna daxil olan mon dilində danışırlar. VI əsrdə yaranmış əlifbaları var. Buddizmə sitayiş edirlər.[mənbə göstərin]Eramızın I minilliyində monların erkən dövlətlər olmuşdur (Dvaravati və s.). I minilliyin sonlarında başlayaraq Mon ölkəsinə şimaldan birmanlılar soxulmağa başlamış və XVIII əsrin ortalarında mon dövləti Dvaravatini süquta uğratmışar. Monların birmanlılara böyük mədəni təsiri olmuşdur.
Morjlar
Morjlar (lat. Odobenidae) — Yırtıcılar dəstəsindən heyvan fəsiləsi. Hazırda morjlar yalnız arktika qurşağında yayılmışlar. == Təsnifat == Morjkimilər fəsiləsinə müasir dönəmdə yalnlz bir cins və bir növ daxildir. Digər növlər isə arxeoloji qazıntılar nəticəsində aşkarlanmışdır: † Prototaria † Prototaria planicephala † Prototaria primigena † Proneotherium † Proneotherium repenningi † Neotherium † Neotherium mirum † Imagotaria † Imagotaria downsi † Kamtschatarctos † Pelagiarctos † OriensarctosÜstfəsilə Dusignathinae† Pontolis † Pontolis magnus † Dusignathus † Dusignathus santacruzensis † Dusignathus seftoni † Gomphotaria † Gomphotaria pugnax † PseudobenusAltfəsilə Odobeninae† Aivukus † Aivukus cedrosensis † Alachtherium † Gingimanducans † Pliopedia † Protodobenus † Protodobenus japonicus † Prorosmarus † Valenictus † Valenictus chulavistensis † Valenictus imperialensis Odobenus — Morjlar † Odobenus mandanoensis Odobenus rosmarus — Morj == İstinadlar == == Ədəbiyyat == Encyclopedia of Marine Mammals, ed. William F. Perrin, Bernd Würsig, J. G. M. Thewissen Marine Mammals, Evolutionary Biology, 2nd ed.
Oralar
"Oralar" — Azərbaycan televiziya verilişi. 2017-ci il aprelin 8-də ATV kanalında yayımlanıb. == Veriliş haqqında == Verilişdə aparıcı Turanə Hüseynli qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanlarına, Azər Qəribov şəhərlərin lüks həyatını, məşhur abidələrini, muzeyləri və turistik məkanlarını, Rüstəm Əfsərli isə büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərir. == Mükafatlar == 2018-ci ildə veriliş "Oralar" verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında "Televiziya verilişləri" nominasiyasında birinci yerə layiq görülüb. == Buraxılışlar == == İstinadlar == == Xarici keçidlər == Oralar — Internet Movie Database saytında.
Abengoa Solar
Abengoa Solar (əvvəllər Solúcar Energía) Abengoa-nın budaq şirkətidir. Əsas fəaliyyət istiqamətlərinə fotovoltaiklər, konsentrasiya edilmiş fotoelektriklər və ya konsentrasiya edilmiş günəş istilik texnologiyasından istifadə edən günəş elektrik stansiyalarının layihələndirilməsi, təşviqi, maliyyələşdirilməsi, tikinti və istismarı daxildir. == Abengoa Solar və innovasiya == Araşdırma və inkişaf etdirmə investisiyası: 2011-ci ildə elmi-tədqiqat işlərinə 42.4 milyon avro və 2007-ci ildən bəri cəmi 150 milyon avrodan çox investisiya qoyulmuşdur Patent hüquqları: Elmi-tədqiqat işlərinin vacibliyini nəzərə alaraq, sənaye və əqli mülkiyyət inkişafının hüquqi müdafiəsi vacibdir. Buna görə şirkət müxtəlif əsas ixtiralar üçün prioritet hüquqlara malikdir. 115 CSP və PV texnologiyasına patent müraciəti 2012-ci ilin may ayından etibarən qeydə alınmışdır. == Günəş enerjisi qülləsi == Abengoa Solar, Avropanın ticarətdə ilk 11 MW PS10 Günəş Elektrik Stansiyasına sahibdir ki, bu da Konsentrik günəş elektrik stansiyası olan günəş enerjisi qülləsi texnologiyasından istifadə edir.
Solar (müğənni)
Kim Yon-son və ya səhnə adı ilə Solar (21 fevral 1991, Seul) – Cənubi Koreya müğənnisi, modeli, aktrisası və söz yazarı. 2014-cü ildə Rainbow Bridge World şirkəti tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu Mamamoo-nun yaşca ən böyük üzvü, əsas vokalisti və lideridir. == Həyatı == Kim Yon-son Cənubi Koreya-nın Seul şəhərində, Gangseo-gu-da anadan olub, burada valideynləri və böyük bacısı Yong-hee ilə birlikdə yaşamışdır. Hanyan Qadın Universitetini turizm ixtisası ilə bitirib. == Karyera == === 2014-hazırda: Mamamoo qrupu ilə debutu === Solar Munbyul, Vhi-in və Hvasa ilə birlikdə 18 iyun 2014-cü ildə Mamamoo-nun lideri və vokalisti olaraq çıxış etdi. 24 aprel 2018-ci ildə ilk solo EP-si olan "Solarr's Emotion"-ni çıxatdı, bu EP-də qrupda əvvəllər nümayiş olunan bir neçə Koreya pop mahnısının cover versiyaları və özü yazdığı Mamamoo-nun "Star Wind Flower Sun" mahnısının solo versiyası yer aldı. === 2019-hazırda === 2019-cu ilin yanvar ayında Solar "Solarrsido" adlı YouTube kanalını açdı və 16 fevralda ilk videosunu yayımladı.2021-ci ilin mart ayından etibarən kanal 2.8 milyondan çox abunəçi qazandı. Rəsmi solo debütünü 23 aprel 2020-ci ildə bir musiqi videosu ilə yayımlanan "Spit It Out" sinqli ilə etdi. Eyni gün Solar "Mnet M Countdown"-da ilk çıxışını etdi. 28 aprel tarixində SBS MTV The Show-da solo sənətçi kimi ilk musiqi şou mükafatını qazandı.
Parker Solar Probe
Parker Solar Probe — ABŞ-nin Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) “ Parker Solar Probe ” peykini Günəşə göndərib.Florida ştatının Kanaverel kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.Parker Solar Probenin yeddi il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə - 8.86 Günəş radiusu və ya 6.1 milyon kilometr yaxınlaşması planlaşdırılır.Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.
Solar System Research
Solar System Research (ingilis dilindən – "Günəş sistemi tədqiqi") — ABŞ elmi jurnalı. Günəş sistemindəki obyektlərə diqqət yetirir. Jurnal "Nauka" tərəfindən "Springer Science+Business Media" vasitəsilə nəşr olunur. Bu, ilk dəfə 1967-ci ildə nəşr olunan Rusiya nəşri "Astronomiçeskii vestnik"in (rus. Астрономический вестник; mənası – "Astronomiya xəbərçisi") ingiliscə versiyasıdır. İngilis versiyası fəaliyyətə 2000-ci ildə 34-cü cildlə başladı."Journal Citation Reports"a görə, jurnalın 2020-ci ildə impakt faktoru 0,706 olmuşdur.
Nornlar
Nornlar (q.skan. norn; cəmdə: nornir) — skandinav mifologiyasında tanrılar və insanların talelərini idarə edən qadın varlıqlar. Onlar Avropa mifologiyalarında digər insan taleyini idarə edən varlıqlarla demək olar ki, eynidilər. Snorri Sturlusonun "Völvanın kəhanəti" şeirində yazılanlara görə, ən önəmli üç norn olan Urd, Verdandi və Skuld Urd bulağında yerləşən bir zaldan gəliblər. Onlar bulaqdan su götürürlər və onun ətrafında qumu əllərinə alırlar. Onlar bu qumu İqqdrasil ağacının üzərinə səpirlər ki, onun budaqları çürüməsin. Bu üç norn güclü qız divlər (yötunlar) kimi təsvir ediliblər. Onların Yötunheymdən gəlməsi tanrıların qızıl dövrünü sona çatdırmışdır. Onlar "Vaftrudnismal" şeirində təsvir olunan Möqtrasir qızları ilə eyni ola bilərlər.Bu üç tanınmış norna əlavə olaraq, başqa nornlar da var. Onlar bir insanın gələcəyini müəyyənləşdirmək üçün onların doğumunda iştirak edirlər.
Qotlar
Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı. == Kökləri == Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər.
Qovlar
Qovlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qovlar şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə kənd statusu verilmiş, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == Tovuz rayonunda ikinci şəhər olan Qovlar rayondan Bakı şəhəri istiqamətində hərəkət edərkən Tovuz çayı körpüsünü keçdikdən sonra təxminən 4–5 km uzaqlıqda yolun sağ tərəfində yerləşir. Qovlar qəsəbəsi öz yerləşmə mövqeyinə və infrastruktur imkanlarına görə Tovuz rayonunun iqtisadi göstəricilərində son dərəcə mühüm və həlledici rol oynamışdır. Qovlar şəhər sakinlərinin də əsas fəaliyyət növü rayonun digər yerlərində olduğu kimi əkinçilik, maldarlıq və üzümçülükdür. Şəhərdə məktəblər, uşaq baxçaları ,xəstəxana, klinika və digər sosial təyinatlı obyektlər mövcuddur. Azərbaycan dəmiryol qovşağının Gürcüstan-Ermənistan xətti üzərində yerləşən Qovlar stansiyası Tovuz rayon dəmiryol qovşağının yük daşımaları sahəsində əsas stansiyası sayılır. === Tarixi abidələri === Şəhərdə Qədim Göytəpə yaşayış məskəni (Neolit dövrünə aid) yerləşir == Coğrafiyası və iqlimi == Şəhər rayon mərkəzindən 12 km uzaqlıqda yerləşir. == Əhalisi == === Şəhidləri === Həsənov Xətai Xaliq oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Vəliyev Nurlan Habil oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Qırlar
Qırlar — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Aysorlar
Aysorlar, asorular, assuriyalılar – Yaxın Şərqdə xalq. Əsasən İraq və Suriya ərazisində yaşayırlar. Dünyada assuriyalıların sayı təqribən 503 min (2010) nəfərdir. Assuriyalılar yaxın etnik qruplarla birlikdə aramiləri əmələ gətirirlər ki, onların da cəmi saylarının 959 min - 3.3 milyon nəfər olduğu ehtimal olunur və asoru dilində danışırlar. Azərbaycanda yaşayan etnik qruplardan biri də assuriyalılardir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşmış assuriyalılarla bağlıdır. Hal-hazırda Azərbaycanın Zaqatala zonasında etnik qrup kimi məskunlaşıblar. Azərbaycanda assiriyalılar kimi tanınırlar. == Tarixi == Kökləri beş min il öncəyə dayanan aysorlar qədim mədəniyyətə malikdirlər. Mesopotamiyadan dünyaya yayılan bu xalqın nümayəndələri dağınıq şəkildə bir çox ölkələrdə yaşayırlar.
Osovlar
Osovlar (rus. осовы, ing. snowslumps, slumps) dərələrin və qobuların dik yamaclarında, sirkəbənzər dayaz batıq çövəklik; qrunt və səth suları ilə, xüsusi ilə kölgəli yamaclarda qarın tədricən ərimə zamanı güclü rütubətlənmiş gillicə çöküntü qatının üst hissəsinin yer dəyişməsi nəticəsində əmələ gəlir; ağırlıq qüvvəsinin təsiri ilə qar kütləsinin yamac aşağı nisbətən yavaş yerdəyişməsi (qar sürüşməsi).