ŞOTT

/Ər./ şimalqərbi Afrikada, Böyük Səhranın şimal-qərbində yumşaq duz qatı olan çökəklik. Ş. gur yağışlar zamanı şor gölə çevrilir. Əlcəzairdə Melkir Ş. dibi dəniz səviyyəsindən 30 m aşağıda yerləşir. шотт shott
ŞORANLIQ
TAFROGEN
OBASTAN VİKİ
Şott
Şott (rus. Шотт; ing. Schott; alm. Schott‎) — çoxmənalı termin. Şəxslər Valter Şott — Alman heykəltaraş. Kaspar Şott — riyaziyyatçı Otto Şott — Alman kimyaçı Digər Şott (termin) — şimal-qərbi Afrikada dibində duz qatı olan qapalı çökəklikdir. Şott gur yağışlarda şor gölə çevrilə bilir.
Şott (coğrafiya)
Şott (rus. шотт, ing. shott) — ər. – şimal-qərbi Afrikada, Böyük Səhranın şimal-qərbində yumşaq duz qatı olan çökəklik. Şott gur yağışlar zamanı şor gölə çevrilir. Əlcəzairdə Melkir Şott dibi dəniz səviyyəsindən aşağıda yerləşir.
Şott (termin)
Şott (rus. шотт, ing. shott) — ər. – şimal-qərbi Afrikada, Böyük Səhranın şimal-qərbində yumşaq duz qatı olan çökəklik. Şott gur yağışlar zamanı şor gölə çevrilir. Əlcəzairdə Melkir Şott dibi dəniz səviyyəsindən aşağıda yerləşir.
Şott (ərazi)
Şimal-qərbi Afrikada, dibində duz qatı olan qapalı çökəklik. Şott gur yağışlarda şor gölə çevrilir. Ən geniş Şottlar Böyük səhranın şimal-qərb sərhədi boyunda və Atlas dağlarındadır.
Şotta yukkası
Şotta yukkası (lat. Yucca schottii) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Kanada, Amerikanın Arizona ştatının cənubunda qumlu torpaqlarda bitir. Hündürlüyü 3-5 m-ə, diametri 1-3 m-ə çatan həmişəyaşıl kol bitkisidir. Budaqları düz və ya bir az əyilmışdir. Göyümtül, düz yarpaqlarının uzunluğu 0,2-0,5 m, eni 4 sm-dək olub coddur, kənarları dişciksizdir, bünövrəsində bir az daralır. Yarpağın kənarları nazik saplarla örtülmüşdür. Budaqları və çiçəksaplağı əyilmışdir. Çiçəkləri ağ olub, süpürgə çiçək qrupunda toplanmışdır. Abşeron şəraitində çiçəkləməsi iki dəfə: 1-ci çiçəkləmə aprel-may ayında, 2-ci çiçəkləmə isə avqust-sentyabr aylarında müşahidə edilir.