ƏHDNAMƏ

обязательство, соглашение
ƏHDİ-ƏTİQ
ƏHƏMİYYƏT
OBASTAN VİKİ
Əhdnamə
Əhdnamə — ərəb-fars sözü olub, "şərtləşmə", "sözləşmə" mənasında işlənir. == Haqqqında == Orta əsrlər müsəlman Şərqində hökmdarın göstərişi ilə tərtib olunan, hər hansı xarici dövlət, zümrə, yaxud ayrıca şəxsin hüququnu təsdiqləyən sənəd. Xilafət dövründə əhdnamələrin məzmunu müxtəlif vəzifələrə təyinat, yazılı əmr və təlimatlar, ayrı-ayrı şəxslərə və ya qruplara verilən hüquq və imtiyazlardan, xarici dövlətlərlə razılaşmalardan ibarət idi. İslam tarixində ilk təyinat məzmunlu əhdnamə Əbu Bəkrin Ömər ibn Xəttabı özündən sonra xəlifə təyin etməsi barədə Osman ibn Əffana yazdırdığı əhdnamədir. Əmr və təlimat xarakterli ilk əhdnamələrdən biri kimi Məhəmməd peyğəmbərin Yəmən valisinə göndərdiyi əhdnaməni göstərmək olar. Xilafət tərkibində yaşayan əhli-kitab üçün əhdnamələr peyğəmbərin dövründə 630 ildən sonra verilməyə başlanmışdır. Raşidi xəlifələr dövründə Suriya, Fələstin, Misir, Azərbaycan, İran və s. ölkələrin əhalisi üçün çoxlu əhdnamələr imzalanmışdır. İlk müsəlman fatehlərinin fəth etdikləri şəhərlərin əhalisi ilə bağladıqları sülh müqaviləsi islamın burada yayılması üçün dayaq nöqtəsi olmuşdur. Əhdnamə adlandırılan barış sazişlərindən biri Xəlifə Ömərin sərkərdəsi olmuş Hüzeyfə ibn əl-Yəman ilə Ərdəbil əhalisi arasında bağlanmışdı.

Значение слова в других словарях