Babək Ənnağıyev
Ənnağıyev Babək Oqtay oğlu — İkinci Qarabağ müharibəsi şəhidi
== Həyatı ==
Babək Ənnağıyev 1994-cü il aprelin 28-də Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olmuşdur. O,2000-2010-cu illərdə Sabirabad rayonu Qasımbəyli kənd tam orta məktəbində təhsil alıb.Babək talessemiya xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollandı. Babək çox Vətənpərvər gənc idi. Qeyd edək ki, Babək ailəli idi. 2 qız övladı var: Həcər və Məryəm. Qızlarını çox istəyirdi.
== Döyüş yolu ==
2012-ci ildə Sabirabad rayonu hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.Hərbi xidmətini Qazax rayonunda “N”saylı hərbi hissəsində keçmişdir. Qazax rayonunun Musaköy, Balacəfərli, Kəmərli kəndlərində, düşmənlə üzbəüz səngərdə olub. Ağır silahlardan istifadə etməyi öyrənib, qaranatamyotçu olub, əli bir dəfə də titrəməyib.Babəkin döyüş yolu 29 sentyabrdan başlanıb, elə başlanğıcdan erməni fəndgirlərinin viran qoyduğu Füzuli uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub, ürəklə döyüşüb, burda da qranatamyotdan od yağdırıb düşmənin üzərinə. Amma özü də düşmən gülləsinə tuş gəlib.Oktyabrın 7-də Füzuli ətrafında döyüşlərin birində ağır yaralanaraq döyüşçü yoldaşlarından ayrılıb.