ƏVƏZSİZ RESURSLAR

digər resurslarla əvəz olunmayan resurslar (su, işıq, torpaq və s.).
ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ
FAYDALI QAZINTILAR
OBASTAN VİKİ
Resurslar
Resurslar- 1) mövcud texnoloji və sosial-iqtisadi əlaqələr zamanı realizasiya (istifadə) edilə bilən, insanların maddı və mənəvi rifahı üçün zəruri olan hər bir mənbə şərait. Resursların üç əsas qrupa bölünməsi qəbul edilmişdir: maddi, əmək, o cümlədən intellektual və təbii; 2) vasitələrin ehtiyatı, mənbələri; 3) lazım olan vaxt müraciət olunan (istifadə edilən) vasitələr (təsərrüfata cəlb olunmayan); 4) resurs əldə etmək üçün potensial mənbələr. Resurs təminatı resurs tələbatı ilə faktiki resursların arasında olan nisbətlə ölçülür.
Əvəzsiz sesurslar
Mineral resurslar
Mineral resurslar — hər hansı rayon, ölkə və kontinentdə yeraltı faydalı qazıntıların ehtiyatının məcmusu (daş kömür, neft, dəmir filizi, qızıl, volfram və s.) Xüsusiyyət və litosferi təşkil edən bütün maddələr daxildir. Bu resurslar təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olduqda metal, qeyri-filiz halında olduqda isə ondan qeyri-metal komponentlər (fosfor və s.) əldə edilir. Həmçinin bu xammaldan tikinti materialı kimi də istifadə olunur. Yanacaq kimi istifadə olunun mineral ehtiyatlar (daş kömür, neft, qaz, yanar şistlər, torf, oduncaq, atom enerjisi) buxar və elektrik enerjisi əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.
Təbii resurslar
Təbii resurslar – cəmiyyətin maddi və mədəni tələbatını ödəmək üçün istifadə olunan, bəşəriyyəti əhatə edən təbii mühitin komponentləri. T.r.-ın mühafizəsinin əsas prinsipi onların səmərəli və qənaətlə istifadəsi və mümkün qədər istehsalı hesab edilir. == Təbii resursların bərpası == Kompleks tədbirlər həyata keçirərək antropogen təsirlər nəticəsində qismən və ya tam gücdən düşmüş təbii resursların əvvəlki vəziyyətini bərpa etmək (məs. meşənin bərpası, bitkinin reintroduksiyası, heyvanların reaklimatizasiyası və s.). == Təbii resursların coğrafiyası == Coğrafiya elminin bir hissəsi, ayrı-ayrı təbii resursların növ və birləşmələrinin yerləşməsi, onların qiymətləndirilməsi, kompleks istifadəsi və yenidən bərpasını tədqiq edir. == Təbii resurs potensialı == Təbii nemətlərdən (torpaq, bitki, heyvan, faydalı qazıntı, su, iqlim şəraiti və b.) təsərrüfatda istifadə edilməsi imkanları (mümkünlüyü) məcmusu == Təbii resursların inventarizasiyası == Müxtəlif statistika hesabatların, təbii resursların mühafizəsi və səmərəli istifadəsi üzrə proqramın hazırlanması məqsədilə təbii sərvətlərin miqdarının, keyfiyyətinin, ehtiyatının dinamikasının və istismarının uçotu. == Təbii resursların qiyməti == İstehsal dövriyyəsinə qatılan faydalı qazıntılar və digər təbii sərvətlərin qiyməti. == Təbii resursların səmərəli istismarı == Aşağıdakı kriteriləri ödəyərək təbii sərvətlərdən istifadə olunması: Təbii sərvətlərin (mineral resursların) və tullantıların tam, kompleks istifadəsi; Yeni əmələ gələn təbii (bioloji) resurslardan minimum istifadə; Təbii resurslardan ən yüksək iqtisadi gəlir götürmək; Uzunmüddətli ekoloji-sosial balansın təmin olunması. == Təbii resursların əvəz olunması == Təbii resursların əvəz olunması - bir təbii resursun, bir qayda olaraq, hazırkı tarixi dövr üçün iqtisadi cəhətdən daha səmərəli sayılan digəri ilə əvəz edilməsidir. Təbii resursların əvəz olunmasına energetik sıranı misal göstərmək olar: ağac yanacağı - mineral yanacaq - atom və ya günəş enerjisi.
Qeyri-bioloji resurslar
Hazırda Okeanın dəyişiklərində yerləşən müxtəlif mineral xammal ehtiyatlarından ən çox neft və qaz böyük əhəmiyyət kəsb edir. Dəniz dibində olan neft ehtiyatları Yer kürəsindəki neft ehtiyatının yarısı qədərini təşkil edir. İndi dünyanın bütün kontinental şelflərindən neft çıxarılır, dənizə çıxışı olan 140 dövlətdən 100-dən çoxu şelflərdə neft istehsal edir, 2000 -dən artıq neft və qaz yataqlan aşkar edilmiş, onların 700-dən çoxunda istehsal başlanmışdır. Dəniz və okanlann dibindən hər il 700 mln. ton neft çıxanlır, bu dünyada istehsal edilən neftin 30%-i qədərdir. Dənizərin dibindən 300 mlrd. m³-dan artıq qaz çıxanlır. Xarici mütəxəssislərin məlumatına görə kontinental şelfdə çıxanlacaq neftin ehtiyatı 80 milrd. ton, qazın həcmi isə 40-50 trln. m³ hesablanmışdır.
Coğrafiya və təbii resurslar
Coğrafiya və təbii resurslar - elmi-kütləvi jurnal. Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) nəşri. Jurnal ACC-nin IX qurultayının (30.04.2014) və AMEA Yer Elmləri Bölməsi iclasının (22.X.2014) qərarlarına əsasən təsis və nəşr edilmişdir. Jurnalda elmi-fundamental problemlər və elmi-tətbiqi məsələlərə həsr olunmuş məqalələr dərc edilir.
Toyohaşi Təbii Resurslar Muzeyi
Toyohaşi Təbii Resurslar Muzeyi (豊橋市地下資源館, Toyohaşi-şi Çikaşiqen-kan) – Yaponiyanın Ayçi prefekturasının Toyohaşi şəhərində yerləşən elm muzeyi. Yeraltı resurslara, minerallara və enerjiyə həsr olunmuşdur. == Tarixi == Muzeyin tikintisinə 11 iyul 1979-cu ildə başlanmışdır. Tikinti işləri 31 iyul 1980-ci ildə yekunlaşmışdır. Muzey 1 noyabr 1980-ci ildə Beynəlxalq Uşaq İli münasibətilə açılmış, gələcək nəsillərə yeraltı resurslar haqqında biliklər ötürmək üçün nəzərdə tutulmuşdur. Muzeyin tikintisi 715,6 milyon yenə başa gəlmişdir. 5 fevral 2010-cu ildə muzeyin damında günəş panelləri sistemi quraşdırılmışdır. == Ekspozisiya == Muzey 1 yerüstü və 1 yeraltı mərtəbədən ibarətdir. Ümumi döşəmə sahəsi 2007,97 m² təşkil edir. Birinci mərtəbədə yerləşən minerallar sərgisində Çin, ABŞ, Avstraliya kimi ölkələrdən gətirilmiş minerallar və süxurlar sərgilənir.