Coğrafiya və təbii resurslar - elmi-kütləvi jurnal. Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) nəşri. Jurnal ACC-nin IX qurultayının (30.04.2014) və AMEA Yer Elmləri Bölməsi iclasının (22.X.2014) qərarlarına əsasən təsis və nəşr edilmişdir. Jurnalda elmi-fundamental problemlər və elmi-tətbiqi məsələlərə həsr olunmuş məqalələr dərc edilir.
Coğrafiya və təbii resurslar | |
---|---|
Baş redaktor | Ramiz Məmmədov |
Növ | elmi-kütləvi |
Dövrilik | ildə iki dəfə |
Format | A4 |
Tiraj | 100 |
Nəşriyyat | "Avropa" |
Təsisçi | Azərbaycan Coğrafiya Cəmiyyəti və AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu |
Təsis tarixi | 2014 |
İlk buraxılışı | 2015 |
Ölkə | Azərbaycan |
Qərargah | AZ1143, Bakı,H.Cavid Pr.,115 |
Dil | Azərbaycan, ingilis, rus |