ALÜMİNİUM

I
сущ. алюминий
II
прил. алюминиевый. Alüminium qab алюминиевая посуда, alüminium birləşmələri алюминиевые соединения, alüminium ərintisi (xəlitəsi) алюминиевый сплав, alüminium filizi алюминиевая руда, alüminium babbiti алюминиевый баббит, alüminium sənayesi алюминиевая промышленность, alüminium zəyi алюминиевые квасцы, alüminium məftil алюминиевая проволока
ALÜMİNATLAR
ALÜMİNİUMLAMA
OBASTAN VİKİ
Alüminium
Alüminium (Al) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 13-cü element. adı latın alumen sözündəndir – zəy (alüminium – kaliumun ikiqat sulfatı KAl(SO4)2×12H2O) adlanırdı; onlar parçaları boyayarkən rəngab kimi istifadə olunurdu. Latınca adı ehtimal ki, yunan alme – "rassol, duz məhlulu" sözündəndir. Qəribədir ki, İngiltərədə "alüminium" – aluminium, ABŞ-də isə aluminum yazılır. Alüminium ilk dəfə Danimarka fiziki Hans Ersted tərəfindən 1825-ci ildə boksitdən alınmışdır. O, gümüşü – ağ rəngli yüngül metaldır. (Sıxlığı 2,7 q/sm3). Korroziyaya davamlıdır, Cu, Si, Mg, Mn, Zn və Ni –lə əmələ gətirdiyi ərintilər (maqnal, duralüminium, elektron, silümin və s.) yüksək mexaniki davamlılığa malikdir. Bu səbəbdən təyyarə, avtomobil və elektrotexnika sənayesində və digər sahələrdə geniş işlənir. Alüminium sənayesi üçün əsas xammal boksitdir.
Alüminium hidroksid
Alüminium hidroksid – kimyəvi formululu Al(OH)3 olan qeyri –üzvi birləşmədi. == Alınması == Alüminium hidroksidi alüminium duzlarının ammonyakla reaksiyası nəticəsində almaq olar: A l 2 ( S O 4 ) 3 + 6 N H 3 + 6 H 2 O ⟶ 2 A l ( O H ) 3 ↓ + 3 ( N H 4 ) 2 S O 4 {\displaystyle {\mathsf {Al_{2}(SO_{4})_{3}+6NH_{3}+6H_{2}O\longrightarrow 2Al(OH)_{3}\downarrow +~3(NH_{4})_{2}SO_{4}}}} Alüminium hidroksid jelatinə bənzər ağ çöküntü kimi çökür. Alüminium hidroksid istehsalının ikinci üsulu isə suda həll olunan alüminium duzlarının qələvi metalların karbonatları ilə reaksiyasıdı: 2 A l C l 3 + 3 N a 2 C O 3 + 3 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 C O 2 ↑ + 6 N a C l {\displaystyle {\mathsf {2AlCl_{3}+3Na_{2}CO_{3}+3H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +~3CO_{2}\uparrow +~6NaCl}}} 2 A l C l 3 + 3 N a 2 S + 3 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 H 2 S ↑ + 6 N a C l {\displaystyle {\mathsf {2AlCl_{3}+3Na_{2}S+3H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +~3H_{2}S\uparrow +~6NaCl}}} == Fiziki xassələri == Alüminium hidroksid, 4 kristal modifikasiyası olan ağ kristal maddədir: monoklinik (γ) gibbsit triklinik (γ ') gibbsit (hidrarqillit) bayerit (γ) nordstrandit (β) Gibbsit, alüminium hidroksidin kimyəvi cəhətdən ən sabit formasıdır. == Kimyəvi xassələri == Alüminium hidroksid suda zəif həll olunur, amfoter xüsusiyyətə malikdir. Təzə çökmüş alüminium hidroksid turşularla və qələvilərlə reaksiyaya daxil olur: turşularla: A l ( O H ) 3 + 3 H C l ⟶ A l C l 3 + 3 H 2 O {\displaystyle {\mathsf {Al(OH)_{3}+3HCl\longrightarrow AlCl_{3}+3H_{2}O}}} qələvi lərlə: A l ( O H ) 3 + N a O H + 2 H 2 O ⟶ N a [ A l ( O H ) 4 ( H 2 O ) 2 ] {\displaystyle {\mathsf {Al(OH)_{3}+NaOH+2H_{2}O\longrightarrow Na[Al(OH)_{4}(H_{2}O)_{2}]}}} Bərk reagentlərin əriməsi nəticəsində: A l ( O H ) 3 + N a O H → 1000 o C N a A l O 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Al(OH)_{3}+NaOH\ {\xrightarrow {1000^{o}C}}\ NaAlO_{2}+2H_{2}O}}} Qızdırıldıqda parçalanır: 2 A l ( O H ) 3 → t > 575 o C A l 2 O 3 + 3 H 2 O {\displaystyle {\mathsf {2Al(OH)_{3}\ {\xrightarrow {t>575^{o}C}}\ Al_{2}O_{3}+3H_{2}O}}} Ammonyak məhlulları ilə reaksiya daxil olmur. == Tətbiqi == Alüminium hidroksid, suyun təmizlənməsində istifadə olunur, çünki müxtəlif maddələri absorbsiya (udmaq) qabiliyyətinə malikdir. Tibbdə peyvəndlərin istehsalında köməkçi maddə kimi istifadə olunur. Diş pastası, mineral gübrələr, kağız, boyaların tətbiqində istifadə olunur. == Mənbə == Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов.
Alüminium oksid
Alüminium oksid, Al2 O3 — alüminium və oksigenin kimyəvi birləşməsidir. Bir neçə alüminium oksid arasında ən çox rast gəlinən alüminium (III) oksid təyin edilmişdir. Ümumiyyətlə, alümina adlanır və ayrıca müəyyən forma və ya tətbiqlərə görə aloksid, aloksit və ya alundum da adlandırıla bilər. Təbii olaraq kristal polimorf fazasında α-Al2O3 mineral korund kimi meydana gəlir ki, bu da qiymətli daşlar yaqut və safirdir. Al2O3, sərtliyi sayəsində aşındırıcı və yüksək ərimə nöqtəsi sayəsində odadavamlı bir material olaraq alüminium metalının istehsalında əhəmiyyətlidir. == Təbiətdə == Korund alüminium oksidin ən çox yayılmış təbii olaraq meydana gələn kristalformasıdır. Yaqut və sapfir korundun qiymətli keyfiyyətli formalarıdır. Yaqutlara xarakterik tünd qırmızı rəng və lazer keyfiyyəti xrom izləri ilə verilir. Safirlər dəmir və titan kimi fərqli rənglərdə olur. Son dərəcə nadir bir δ forması, deltalumit mineralı kimi meydana gəlir.
Alüminium xlorid
Alüminium xlorid – alüminium duzu və xlorid turşusu. Kimyəvi formulu — AlCl3. == Xassəsi == Adi temperaturada 183°C-də uçur (təzyiq altında 192,6 °C-də əriyir). Suda yaxşı həll olur (25 °C temperaturda 100 qr H2O-da 44,38 qr); nəm havada hidroliz nəticəsində tüstülənməyə başlayır və HCl ayrılır. Sulu məhluldan sarımtıl-ağ rəngdə kristalohidrat — AlCl3• 6H2O formasında məhlulda asılı şəkildə üzən kristal ayrılır. Bir sıra üzvi birləşmələrdə yaxşı həll olur (məsələn, 25 °C temperaturda 100 qr etanolda 100 qr, asetonda, dixloretanda, etilenqlikolda, nitrobenzolda, karbondördxloriddə və s.). == Alınması == Alüminium xloridin sənayedə alınmasının ən əhəmiyyətli üsulu — Cl2 və CO qarışığının şaxta sobalarında susuzlaşdırılmış kaolin və ya boksitə təsirinə əsaslanır: AI2O3 + 3CO + 3Cl2 ↔ 2AICI3+3CO2 • 6H2O3 900 °C temperaturda bor üçxlorid və alüminium fosfid qarışığından bor fosfid və alüminium xlorid alınır: BCI3 + AIP → BP + AICI3 Alüminium xloridin digər alınma üsulları da mövcuddur: AI + FeCI3 → AICI3 + Fe AI (OH)3 + 3HCI → AICI3 + 3H2O CuCI2 + AI → 2AICI3 + 2Cu AI + 6HCI → AICI3 + 3H2 == Tətbiqi == Susuz alüminium xlorid bir sıra qeyri üzvi (məsələn, NH3, H2S, SO2) və üzvi (məsələn, turşuların xloranhidridləri, efirlər və s.) maddələrlə birləşmə məhsullarını əmələ gətirir. Bu da AlCl3 neft emalında və üzvi sintezlərdə (məsələn Fridel – Krafts reaksiyasında) katalizator kimi texniki tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini gəstərir. Heksahidrat və onun məhlulları qrunt sularının təmizlənməsi, ağac emalı və digər sahələrdə istifadə olunur. == Toksikliyi == Alüminium xlorid orqanizmə daxil olduqda çox toksikdir, həm də korroziya aktivliyinə malikdir.
Alüminium-kalium sulfat
Alüminium-kalium sulfat — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 1,76; S – 2; Ayrılma – {111}üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – dadı kəmşirindir, ağız büzüşdürücüdür, suda yaxşı həll olur (151 q/l 20°C-də); Morfologiya – kristallar: nadir rast gəlir; oktaedrik, nisbətən az – heksaedrik; Mineral aqreqatları: torpaqvari və sıx kütlələr, qabıqlar, qaysaqlar. == Mənşəyi və yayılması == Arid vilayətlər üçün tipik olan ekzogen əmələgəlmə kimi göl sularının buxarlanması zamanı kristallaşır. Sulfid yataqlarının oksidləşmə zonasında da əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: başqa sulfatlar, müxtəlif karbonatlar və s. Mineralın tapıldığı yerlər: Qara-Qum (Türkmənistan); Şorsu (Özbəkistan); Şimali Qafqaz; Dağıstan; Tambov və Ulyanovsk yaxınlığında (Rusiya); Katmay (ABŞ) və b. Azərbaycanda Böyük Qafqazın Cənub yamacının pirit saxlayan gil şistlərində yerləşən bir sıra kiçik zəy təzahürləri məlumdur. Bundan başqa bir sıra filiz yataqlarının və təzahürlərinin (Filizçay, Çıraqdərə, Gədəbəy, Bülüldüz və b.) oksidləşmə zonalarında, Kəlbəcər rayonun və Naxçıvan MR-nın bəzi yerlərində aşkar edilmişdir. == Tətbiqi == Dəriaşılama işlərində, boyaq, kağız istehsalında, təbabətdə və b.
Sumqayıt Alüminium Zavodu
Sumqayıt Alüminium Zavodu (sovet vaxtı "Azərbaycan Kommunist Partiyasının 60 illiyi adına Sumqayıt Alüminium Zavodu" adlandırılmışdır) — Azərbaycan əlvan metallurgiya sənayesinin ilk və ən böyük müəssisəsi. Sumqayıt Alüminium Zavodunun tikintisinə 1949-cu ildə (əsas təyinatını müəyyən edən istehsal sexlərinin — elektroliz sexinin və civədüzləndirici yarımstansiyanın tikintisinə 1952-ci ildə) başlanmış, 1955-ci il martın 8-də ilk əlvan metal külçə — ilkin alüminium alınmışdır. 1959-1960-cı illərdə ikinci seriyasının korpusları tikilmiş, 1964-cü ildə elektroliz sexinin alüminium məftil istehsal edən şöbəsi, 1968-ci ildə məişət soyuducuları üçün buxarlandırıcı istehsal edən sexi, 1974-cü ildə alüminium və latun metallardan qab-qacaq istehsal edən sexi, 1976-cı ildə təkrar alüminium külçəsi istehsal edən sexi, 1977-ci ildə həmin sexin metal tullantılarından latun və mis külçələri istehsal edən şöbəsi işə düşmüşdür. Külçə formasında müxtəlif markalı ilkin alüminium, yastı külçələr və məftillər, külçə və silindrik formada geniş çeşiddə alüminium ərintiləri, məişət soyuducuları üçün müxtəlif markada və ölçüdə alüminium buxarlandırıcıları, məişətdə işlədilən istehlak malları, təkrar əlvan metal tullantılarından istehsal olunan bir neçə markada alüminium və latun külçələri və s. istehsal edir. 1983-cü ildə 13 növ məhsulu, yaxud bütün məhsulun 75,5 %-i Dövlət keyfiyyət nişanı ilə buraxılmışdır. 1970-1983-cü illərdə istehsal həcmi iki dəfədən çox artmışdır. Məhsulları xarici ölkələrə də ixrac olunur. Сумгајыт Алүминиум Заводу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон.

Значение слова в других словарях