BOYMADƏRƏN

сущ. бот. деревей (народное название растений сем. сложноцветных, некоторых видов полыни и пижмы)
BOYLULUQ
BOYMADƏRƏNLİK
OBASTAN VİKİ
Boymadərən
Boymadərən (lat. Achillea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Şimal yarımkürəsinin mülayim qurşağında 100-dən artıq növü var. == Botaniki təsviri == Gövdəsi düz yarpağı neştərşəkilli, çiçəkləri ağ, sarı və ya çəhrayı, çiçək səbətcikləri qalxanvaridir. === Növləri === ==== Azərbaycanın dərman bitkiləri ==== Alp boymadərəni (Achillea alpina L.) Asiya boymadərəni (Achillea asiatica Serg.) Sarıçiçək boymadərən (Achillea clypeolata Sm.) Adi boymadərən (Achillea millefolium L.) Pannon boymadərəni (Achillea pannonica Scheele) Sərttüklü boymadərən (Achillea setacea Waldst. et Kit.) ==== Digər növləri, yarımnövləri və variasiyaları ==== Achillea albinea Bjelčić & K.Malý Achillea aleppica DC. Achillea aleppica subsp. densa (Blakelock) Hub.-Mor. Achillea aleppica subsp. zederbaueri (Hayek) Hub.-Mor. Achillea alexandri-regis Bornm.
Adi boymadərən
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Nəcib boymadərən
Nəcib boymadərən (lat. Achillea nobilis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Sarıçiçək boymadərən
Sarıçiçək boymadərən (lat. Achillea clypeolata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Sərttüklü boymadərən
Sərttüklü boymadərən (lat. Achillea setacea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Topulqayarpaq boymadərən
== Qısa morfoloji xüsusiyyətləri == Achillea filipendulina Lam. Çoxillik, 30-100 sm hündürlükdə, sarımtılyaşıl, sıxtüklü bitkidir. Gövdəsi adətən tək və düzdür. Yarpaqları iri, hər iki tərəfdən sıx tüklü, uzunsov-lansetvari, lələkvari bölünmüş, seqmentləri uzunsov-lansetvari, yarpaqları yuxarı gövdəyə doğru azalandır. Səbətləri uzunsov-tərskonusvari, 4,5-5 mm uzunluqda, 2-3 mm enində, mürəkkəb budaqlanan qalxanvari çiçəkqrupunda toplanıb. Qını sarımtıl və tükcüklü,yarpaqcıqları uzunsov-lansetvaridir. Dilcikşəkilli çiçəklər parlaq sarı rəngli, qısa büküşlü və ya ancaq boruşəkillidir. Toxumcaları tərsyumurtavari-uzunsov, çılpaq, 1-1,5 mm uzunluqda, 0,5 mm enindədir. Hündürlüyü 30-100 sm, gövdəsi adətən tək, düz, şırımlı, əsası qismən xovlu-tüklü, yuxarı hissədə səpələnmiş xırda tükcüklü və yaxud çılpaq, aşağı hissədə isə sıx yarpaqlamış sarımtıl-yaşıl rəngli çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları iridir, hər iki tərəfdən basıq tüklü, görünüşünə görə qismən enli uzunsov-neştərvaridir, lələkvari-bölünmüş-dür; yarpağın seqmentləri yastı, uzunluğu 6-17 mm, eni 2-6 mm-dir, uzunsov-neştər-varidir, küttəhərdir, kənarları kəsilmiş və küt-dişlidir; gövdə boyunca yuxarıya getdikcə yarpaqlar tədricən azalır, lap yuxarı yarpaqlar (1-2) kəskin azalandır, tamkənarlı və xətvaridir.
Alp boymadərəni
Alp boymadərəni (lat. Achillea alpina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Yarımnövləri == Achillea alpina subsp. camtschatica (Heimerl) Kitam. Achillea alpina var. discoidea (Regel) Kitam. Achillea alpina subsp. japonica (Heimerl) Kitam. Achillea alpina subsp. pulchra (Koidz.) Kitam.
Asiya boymadərəni
Asiya boymadərəni (lat. Achillea asiatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Pannon boymadərəni
Pannon boymadərəni (lat. Achillea pannonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.

Значение слова в других словарях