DOLĞA

(Gədəbəy)
təkərin topunda ox keçən dəyirmi dəmir. – Dolğa olmasa, top üzülər
DOLDURMA
DOLİ
OBASTAN VİKİ
Dolğan dili
Dolğan dili (Dolğanca: Haka tıla, saxa Dulğan tıla) — dolğanların dili, türk dillərindən biri. Rusiyanın Krasnodar diyarının Taymır rayonunda və Yakutiyanın Anabar ulusunda yayılıb. Danışanların təxmini sayı təqribən min nəfərdir (siyahıyaalma, 2010). == Adının mənşəyi == Adı yakutların Dolqan tayfasının adından yaranıb. == Təsnifatı == Türk dilləri qrupuna aiddir. Yakut dilinin dialektindən yaransa da, evenk dilinin təsiri böyükdür. == Dialektləri == Norilsk, payasin, xatanq və popiqay şivələri vardır. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Андросова С. И.: Долганский язык // Языки мира. Тюркские языки. М, 1997.
Dolğanlar
Dolğanlar (Dolğanca: һакалар, hakalar, saxa дулҕаннар, тыа киhилер, dulğannar, tıa kihiler) — Sibirdə yaşayan türk xalqlarından biri. Dolğanlar, Rusiyanın şimalında yerləşən Taymır yarımadası ətrafında yaşayan Türk xalqıdır, Krasnoyarsk diyarının Taymır Dolğan-Nenets rayonunun əsas etnik toplumudur. 20-ci əsrə qədər Sibirdə əsasən köçəri, ovçu həyat sürürdülər. Dolğanlar Saxada (Yakutiya)da yaşayan saxalarla (yakutlarla) çox yaxın qohumluq əlaqəsi olan bir xalqdır. == Əhali sayı == Rusiyanın 2002-ci il əhali siyahıya almasına əsasən, Rusiyada 7,261 dolğan yaşamaqdadır. Onların 5,517 nəfəri Krasnoyarsk diyarının Taymır Dolğan-Nenets rayonunda, qalan hissəsi isə digər bölgələrdə yaşamaqdadırlar. Ukraynada isə 2001 Ukrayna siyahıya almasında cəmi 26 nəfər dolğan təsbit edilmişdir. == Dil == Əsas məqalə: Dolğan dili Dolğan dili, türk dilləri ailəsinin sibir qrupuna daxildir, və xüsusiyyətlərinə görə saxa (yakut) dilinə ən yaxın dildir. Vaxtilə dolğan dili yakut dili ilə bir olub, lakin dolğanların coğrafi baxımdan yakutlardan uzaq yaşamaları onların dilinin müstəqil şəkildə inkişaf etməsinə və beləlikcə ayrıca bir dil halına gəlməsinə səbəb olub. Dolğan dilinin yazılışında kiril qrafikasından istifadə olunur.