Dolğanlar (Dolğanca: һакалар, hakalar, saxa дулҕаннар, тыа киhилер, dulğannar, tıa kihiler) — Sibirdə yaşayan türk xalqlarından biri.
Dolğanlar | |
---|---|
Cəmi say | 7 261[1] |
Əhəmiyyətli sayda yaşadığı bölgələr | |
Dil | Dolğan dili |
Din | Pravoslavlıq Şamanizm |
Yaxın etnik qruplar | Türk xalqları |
Dolğanlar, Rusiyanın şimalında yerləşən Taymır yarımadası ətrafında yaşayan Türk xalqıdır, Krasnoyarsk diyarının Taymır Dolğan-Nenets rayonunun əsas etnik toplumudur. 20-ci əsrə qədər Sibirdə əsasən köçəri, ovçu həyat sürürdülər.
Dolğanlar Saxada (Yakutiya)da yaşayan saxalarla (yakutlarla) çox yaxın qohumluq əlaqəsi olan bir xalqdır.
Rusiyanın 2002-ci il əhali siyahıya almasına əsasən, Rusiyada 7,261 dolğan yaşamaqdadır. Onların 5,517 nəfəri Krasnoyarsk diyarının Taymır Dolğan-Nenets rayonunda, qalan hissəsi isə digər bölgələrdə yaşamaqdadırlar.
Ukraynada isə 2001 Ukrayna siyahıya almasında cəmi 26 nəfər dolğan təsbit edilmişdir.
Əsas məqalə: Dolğan dili
Dolğan dili, türk dilləri ailəsinin sibir qrupuna daxildir, və xüsusiyyətlərinə görə saxa (yakut) dilinə ən yaxın dildir. Vaxtilə dolğan dili yakut dili ilə bir olub, lakin dolğanların coğrafi baxımdan yakutlardan uzaq yaşamaları onların dilinin müstəqil şəkildə inkişaf etməsinə və beləlikcə ayrıca bir dil halına gəlməsinə səbəb olub.
Dolğan dilinin yazılışında kiril qrafikasından istifadə olunur. Dolğan dili Norilskiy, Pasinskiy, Avamskiy, Xatanqskiy və Popiqayskiy ləhçələrindən ibarətdir. Dolğan dilinə, yakut dilindəki kimi, onlarla birlikdə qonşu olaraq yaşadıqları evenk dilindən də çox sayda söz girmişdir.
Dolğan dilindəki ilk şeir kitabı 1973-cü ildə nəşr olunan, dolğan əsilli sovet şairəsi Oqdo Aksyonovanın "Baraksan" əsəridir.
Dolğanlar, rusların təsiri ilə xristianlığı qəbul edib, rus pravoslav kilsəsinə bağlanmışlar, ancaq (Sibirdə yaşayan bir çox xalqlardakı kimi) şamanizmə və qədim türk dini inanclarına aid bir çox amillər hələ də yaşadılmaqdadırlar.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |