AĞDAŞ
AĞGİLƏ
OBASTAN VİKİ
Ağqarın ağdiş
Ağqarın ağdiş (lat. Crocidura leucodon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. == Qısa təsviri == Kütləsi 3,7-13,6 qram, bədəninin uzunluğu 58-80,5 mm, quyruğu 30-39,2 mm, pəncələri 10,3-13,9 mm-dir. Bədənin üst tərəfi oxra-boz və ya qonurumtul-boz, bədənin yanları və alt tərəfi ağdır. V.E.Sokolov və A.K.Tembotova görə (1989) Şərqi Zaqafqaziyada C.l.kuzyakini sub sp. nov. yarımnövü yaşayır. == Yayılması == Avropada, Qafqazda, Ön və Mərkəzi Asiyada, Çində və Monqolustanda yayılmışdır. Azərbaycanın bütün ərazilərində qeydə alınmışdır. Düzənliklərə üstünlük verir.
Cırtdan ağdiş
Cırtdan ağdiş (lat. Suncus etruscus) Yereşənlər fəsiləsinə lat. Soricidae aid olan ən kiçik məməli növüdür. == Təsviri == Ən kiçik məməli heyvandır. Baş ilə birlikdə bədənin uzunluğu 1 sm-dan 4 sm-ya qədər çatır, quyruğun uzunluğu 22–31 mm, arsa pəncəsinin uzunluğu 6,8–8,1 mm olur. Bədənin tük örtüyü üst hissədə açıq qonur və ya qəhvəyi boz, alt hissədə isə bozumtul və ya boz-ağımtıl rəngdə olur. Quyruğun uc hissəsi tüklərlə qurtarır. == Yayılması == Avrasiyanın cənubunda, Cənubi və Şərqi Afrikada, Mərkəzi Asiyada və Zaqafqaziyada yayılmışdır. Geniş arealına baxmayaraq hər yerdə nadirdir. Azərbaycanda tək-tək fərdlər, əsasən Lənkəranda və Kür — Araz ovalığında (Şirvan, Mil, Muğan düzləri) rast gəlinir.
Kiçik ağdiş
Kiçik ağdiş (lat. Crocidura suaveolens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. == Xarici quruluşu == Kütləsi 4,8-10,2 qram, bədəninin uzunluğu 57,8-69,8 mm, quyruğu 34,8-40,0 mm,pəncəsi 11,0-12,1 mm-ə çatan xırda heyvanlardır. == Yayılması == İspaniyadan Koreya yarmadasına qədər Paleoarktikanın geniş ərazilərində yayılmışdır. Azərbaycanda az sayda fərdlər Kiçik və Böyük Qafqazda, Lənkəran və Kür-Araz ovalıqlarında rast gəlinir. Meşələrdə, meşə çöllərdə, yarımsəhralarda yaşayır. == Həyat tərzi == Apreldən oktyabrın sonuna qədər çoxalır. Əksər dişilər bir mövsüm ərzində 2-3 nə-sil verir. Yazda balaların sayı yayda və payızda olduğundan çox olur. Xırda ağdişin əsas yemini böcək sürfələri, sərtqanadlılar, ikiqanadlılar, qarışqalar, ağcaqanadlar təşkil edir.
Ağdişlər
Ağdişlər (lat. Crocidurinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Xəzər ağdişi
Xəzər ağdişi (lat. Crocidura caspica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. Əsasən Azərbaycan və İran ərazilərində yayılmışdır. Daha çox Xəzər dənizinin sahil ərazilərində müşahidə edilir.

Значение слова в других словарях