AĞQANAD

1
сущ. бот. белокрыльник (растение сем. ароидных)
2
прил. зоол. белокрылый. Ağqanad sterna белокрылая крачка, ağqanad torağay белокрылый жаворонок, ağqanad fosenoid белокрылка
AĞKÖYNƏKLİLƏR
AĞQANADLI
OBASTAN VİKİ
Ağqanad balabansəs
Ağqanad balabansəs (lat. Psophia leucoptera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin balabansəslər fəsiləsinin balabansəs cinsinə aid heyvan növü.
Ağqanad danaayağı
Hündürlüyü 20–40 sm olan çoxillik bitkidir. Kök yumruları kökümsov şəklində oval və yaxud uzanmışdır. Gövdəsi yarpaq saplağından qısadır. == Yarpaq == Yarpaq ayası iridir, nizəşəkilli oxşəkillidir, demək olar ki, saplağa bərabərdir; kənar bölümləri aralıdır. Toppuzşəkilli törəmələr qısa-silindrikdir, sarı rəngdə, bəzən az bənövşəyi rəngdədir. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-May. == Azərbaycanda yayılması == Samur-Şabran oval., Alazan-Əyriçay, Lənk. Muğ., Lənk.dağ., Lənk. oval. Ovalıqdan aşağı, bəzən orta dağ qurşağında.
Ağqanad pinqvin
Ağqanad pinqvin (lat. Eudyptula minor albosignata) — elədə böyük olmayan pinqvinlər 30 sm uzunluğa, yarın kq çəkiyə malik olurlar. Bu yarımnövün nümayəndələri Banks yarımadası və Motunau adasında yuva qururlar. Sayının 3750 cüt olması eehtimal edilir. == Təsnifat == Bir çox alimlər bu canlını Kiçik pinqvinlərin yarımnövü hesab edir. DNT analizləri sayəsində 2009-cu ildə "BirdLife International" bu canlını rəsmən Kiçik pinqvinlərin yarımnövü elan ettmişdir. == Yaşayış bölgəsi == Ağqanad pinqvinlər əsasən Yeni Zelandiyanın Kenterberi vilayətinin burun, mağara, küləkdən müdafiə olunan buxtalarda yaşayırlar. == Xüsusiyyətləri == Digər pinqvinlərdən fərqli olaraq gecə həyatı keçirirlər. Gündüzlər isə yuvalarında yatırlar. Gecələr dənizə çıxırlar.
Ağqanad ördək
Ağqanad ördək (lat. Asarcornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ağqanad diuka
Ağqanad diuka veya buzlaqquşu (lat. Idiopsar speculifer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinin diuka cinsinə aid heyvan növü. Argentina, Çili, Boliviya və Peruda rast gəlinir. Təbii məskənləri subtropik və ya tropik yüksək dağ çəmənlikləridir.
Ağqanadlı
İstixana ağqanadlısı (lat. Trialeurodes vaporariorum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ağqanadlılar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yaşlı fərdin (imaqo) bədəni açıq-sarı, qanadları isə ağ rəngdədir. Dişilərin bədən ölçüsü 1,1 mm, erkəklərin isə 0,9 mm-dir. Ayaqları bozumtul rəngdə olmaqla, əvvəlcə açıq-sarı, 8-10 gündən sonra isə qara rəngdə olur. Yumurtadan çıxan sürfənin (ölçüsü 0,3 mm) ayaqları və bığcıqları görünür. Sürfələr üçüncü yaşda 0,5 mm, dördüncü yaşda isə 0,73 mm ölçüdə olurlar. Yaşlı sürfələrin, nimfa halına keçən vaxtı, qırmızı rəngdə gözləri görünməyə başlayır. Nimfa yaşılımtıl- ağ rəngdədir. == Həyat tərzi == Ağqanadlının inkişafı 7 mərhələdə gedir: yumurta, sürfə 1-4 yaş, nimfa və imaqo.
Ağqanadlılar
Aleyrodidlər və ya ağqanadlılar yarımdəstəsi — (lat. Aleyrodinea) Buğumayaqlılar tipinin Həşəratlar sinfinin Bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici görünüşü == Mikroskopik güvələri xatırladan çox xırda (uzunluğu 2,0 mm-dən az) Avropa cücüləridir. Qanadları və bədəni ağ, unvarı tozla örtülmüşdür. Bədəni sarı, bəzən tünd naxışlıdır. Bığcıqları 7 buğumludur, ilk iki buğum kürəşəkilli, qalanları nazik, uzundur. Son buğum tikanvari tüklə qurtarır. Rinariləri dəyirmi, xırda olub, tük çələngi ilə əhatə olunmuşdur. Adətən 3, 5 və 7 buğumda bir-bir və bir neçəsi yerləşir. Mürəkkəb gözlərinin eninə tarımı var və ya tamamilə bel və qarın hissələrinə bölünmüşdür.
İstixana ağqanadlısı
İstixana ağqanadlısı (lat. Trialeurodes vaporariorum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ağqanadlılar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yaşlı fərdin (imaqo) bədəni açıq-sarı, qanadları isə ağ rəngdədir. Dişilərin bədən ölçüsü 1,1 mm, erkəklərin isə 0,9 mm-dir. Ayaqları bozumtul rəngdə olmaqla, əvvəlcə açıq-sarı, 8-10 gündən sonra isə qara rəngdə olur. Yumurtadan çıxan sürfənin (ölçüsü 0,3 mm) ayaqları və bığcıqları görünür. Sürfələr üçüncü yaşda 0,5 mm, dördüncü yaşda isə 0,73 mm ölçüdə olurlar. Yaşlı sürfələrin, nimfa halına keçən vaxtı, qırmızı rəngdə gözləri görünməyə başlayır. Nimfa yaşılımtıl- ağ rəngdədir. == Həyat tərzi == Ağqanadlının inkişafı 7 mərhələdə gedir: yumurta, sürfə 1-4 yaş, nimfa və imaqo.

Значение слова в других словарях