ağsöyüd
ağsunqur
OBASTAN VİKİ
Dədəli (Ağsu)
Dədəli — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbmehdibəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. Yaşayış məntəqəsini XIX əsrin ortalarında ərəbdədəli tayfasına mənsub ailələr keçmış qışlaq yerində salmışlar. Sonralar toponimin tərkibindəki ərəb komponenti düşmüşdür.
Dəlilər (Ağsu)
Dəlilər — Azərbaycan Respublikasının Ağsu rayonunun Muradlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir.
Elabad (Ağsu)
Elabad — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Oykonim el və abad komponentlərindən düzəlib, "el yurdu" mənasındadır.
Hacıqədirli (Ağsu)
Hacıqədirli — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbsarvan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir.
Ləngəbiz (Ağsu)
Ləngəbiz — Azərbaycan Respublikasının Ağsu rayonunun Ləngəbiz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Ləngəbiz kəndi Qəşəd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ləngəbiz kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi == Ləngəbiz oykoniminə Şirvan ərazisində həm də oronim (dağ adı) kimi rast gəlinir. Ləngəbiz kəndi XIX əsrin əvvəllərində Şirvan əyalətinin Qoşun mahalına daxil olmuşdur. 1824-cü il sənədlərində Ləngəbiz kəndinin 30 ailəlik nüfuza malik olduğu qeyd edilir. Ləngəbiz oykonimi bəzi mənbələrdə Lanqobaz kimi yazılır. == Əhalisi == 1886-cı ildə Cənubi Qafqaz əhalisinin göstəricilərinin qeyd olunduğu statistik məlumatlarda kənd əhalisinin sayı, etnik tərkibi və konfessionl tərkibi haqqında da məlumatlar yer alıb. Bu məlumatlara əsasən Vakı quberniyasının, Şamaxı qəzasının, Ləngəbiz Qəbristan sahəsində ümumilikdə 86 ev və 600 ( 333 kişi və 267 qadın) sakin qeydə alınmışdır. Kənd əhalisi sünni məzhəbində olan türklərdən ibarətdir. Onlardan 15 nəfəri bəy, 12 nəfəri ruhani, 573 nəfəri isə kəndlilərdir.
Muradlı (Ağsu)
Muradlı — Azərbaycan Respublikasının Ağsu rayonunun Muradlı kənd inzibati ərazi dairəsində kənd.
Musabəyli (Ağsu)
Musabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Kənddə M. K. Rəhimov adına orta məktəb vardır. Musabəyli kəndi şərqdən Qaraqoyunlu, qərbdən Növcü kəndi ilə həmsərhəddir. Qaraqoyunlu ilə bu kəndi Nazir çayı ayırır. Kənd əhalisi əsasən əkinçilik, tərəvəzçilik və heyvandarlıqla məşğul olur. Kənddə Musabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Mustafalı (Ağsu)
Mustafalı — Azərbaycan Respublikasının Ağsu rayonunun Xəlilli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Mustafalı kəndi Ərəbmehdibəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xəlilli kəndi mərkəz olmaqla Xəlilli kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Navahi (Ağsu)
Navahi — Azərbaycan Respublikasının Ağsu rayonunun Ağsu şəhər inzibati ərazi dairəsində kənd. Ağsu rayonunun Ağsu şəhəri inzibati ərazi vahidində yerləşən bu kəndin keçmiş adı "Borbor Navahi" olmuşdur. Borbor baharlı tayfasının bir qolunun adıdır. Navahi adı ərəb dilində "nahiyə" sözündən olub, "rayon, sahə, dairə" mənasını bildirir. Rusiyanın Krasnodar diyarında 1896-cı ilədək "Navaqinskiy" adlı yer olmuşdur. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild.
Nuran (Ağsu)
Nuran — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd. Nuran kəndi yaxınlığında antik və orta əsrlərə aid yaşayış məskəni və qəbiristanlıq mövcuddur. Ətraf ərazidən qədim və orta əsrlərə aid müxtəlif saxsı və şirli qablar, bəzəklər, silah nümunələri, yazılı səiduqələr və s. tapılmışdır. Fazil Vahidov — alim. Mirafət Cavadov — şəhid.
Nüydü (Ağsu)
Nüydü — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd. Nuran sovetliyində kənd. Rayon mərkəzindən 27 km şimalda, dağ ətəyindədir. Əhalisi üzümçülük və heyvandarlıqla məşğuldur. Səkkizillik məktəb, klub, kitabxana, tibb məntəqəsi var. Kəndin yaxınlığındakı Nüydü düzündə qədim yaşayış yeri və qəbiristandan (vekropoldan) Qafqaz Albaniyasının tarixinə aid maddi mədəniyyət nümunələri ilə zəngin olan arxeoloji abidələr — Nüydü abidələri aşkar edilmişdir.
Nəmirli (Ağsu)
Nəmirli — Azərbaycan Respublikasının Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd.
Padar (Ağsu)
Padar — Azərbaycan Respublikasının Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Toponimin mənşəyinin qədim Azərbaycan ərazisində yaşayan türkdilli tayfanın adından gəldiyi güman edilir. Qədim adı "Baydar" dərs. Osmanlı dövlətinin özəyini təşkil edən Qayı tayfasına daxil olan qəbilələr sırasına aiddir. Səfəvilər dövründə şimaldan gələn təhlükələri dəf etmək üçün İrandakı Cənubi Azərbaycandan köçürülmüşdür. Tarixi şəxsiyyətləri içərisində Şeyx Dursun xüsusilə seçilir. Ağsu rayonunda Şeyx Dursun türbəsi, Şuşa yaxınlığında Xocavənd rayonu ərazisində Şıx Dursun kəndi mövcüddur.
Qaradağ (Ağsu)
Qaradağ — Azərbaycan Respublikasının Ağsu rayonunun Rəhimli kənd inzibati ərazi dairəsində kənd.
Qaraməmmədli (Ağsu)
Qaraməmmədli — Azərbaycan Respublikasının Ağsu rayonunun Ağsu şəhər inzibati ərazi dairəsində kənd.
Qaraqaşlı (Ağsu)
Qaraqaşlı — Azərbaycan Respublikasının Ağsu rayonunun Pirhəsənli kənd inzibati ərazi dairəsində kənd.
Ağsu
Ağsu — Azərbaycan Respublikasının Ağsu rayonunun Ağsu şəhər inzibati ərazi dairəsində şəhər, Ağsu rayonunun inzibati mərkəzi. Daha əvvəllər "Yeni Şamaxı" adlanmışdır. Azərbaycanda şəhər. Ağsu çayının hər iki sahilində, Şirvan düzünün Şimal-Şərq qurtaracağında, Hinqar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi kimi XV əsrdən məlumdur. Şəhərin 4–5 km.-ində "Xaraba Şəhər" adlanan orta əsr Şəhəri Ağsu və ya Yeni Şamaxının qalıqları var. Adını ərazidəki eyni-adlı çaydan almışdır. == Tarixi == Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində qeyd edir ki, Nadirqulu xan (Nadir Şah) tərəfindən hicri 1148-ci (1735) ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsıı şəhərinin adı bəzi tarixi mənbələrdə Yeni Şamaxı kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır.
Qarabağlı (Ağsu)
Qarabağlı — Azərbaycan Respublikasının Ağsu rayonunun Bozavand kənd inzibati ərazi dairəsində kənd. Kənddə Qarabağlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Qaraqoyunlu (Ağsu)
Qaraqoyunlu — Azərbaycan Respublikasının Ağsu rayonunun Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonim azərbaycanların etnogenezində iştirak etmiş qaraqoyunlu tayfasının adı ilə bağlıdır. Qaraqoyunlular türkdilli tayfa birləşməsidir. Bayraqlarında qara qoyun şəkli olduğuna görə belə adlanırdılar. XV əsrin axırlarında qaraqoyunluların bir hissəsi qızılbaş tayfalarının tərkibinə daxil oldular. XV-XVI əsrlərdə baharlı, qaramanlı, düyərli, alpout, hacılı, cəyirli, bayramlı və b. tayfalardan ibarət idilər. Kənd ərazisində tarixi iki tarixi memarlıq abidəsi yerləşir: Ağ günbəz və Qırmızı günbəz. Ağ günbəzin divarları əl üsultı ilə kəsilib yonulmuş və cilalanmış ağ əhəng daşlardan səkkizüzlü planda tikilmişdir.
Qaravəlli (Ağsu)
Qaravəlli — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd.
Qasımbəyli (Ağsu)
Qasımbəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbmehdibəy kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. XIX əsrin əvvəllərində Şirvan xanlığında mülkədar Qasını bəyə məxsus 15 kənddən birinin adıdır. Kəndin ilk sakinləri ona məxsus rəiyyət olduğuna görə məntəqə də onun Qasımbəyin adı ilə adlanmışdır. Toponim “Qasım bəyə məxsus kənd” mənasındadır. Qeyd edək ki, Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində, Goranboy r-nunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində və Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir.
Qiyaslı (Ağsu)
Qiyaslı — Azərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd.
Rəhimli (Ağsu)
Rəhimli — Azərbaycan Respublikasının Ağsu rayonunun Rəhimli kənd inzibati ərazi dairəsində kənd.
Suraxanı (Ağsu)
Suraxanı — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 151 nəfərdir.
Quzey (Ağsu)
Quzey — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd.
Dəlilər bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hacıqədirli bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məlikçobanlı bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi — Azərbaycan Respublikasının Ağsu rayonunun Ülgüc kəndi ərazisində yerləşən örtülü arxeoloji turizm kompleksi. XVIII əsrdə əhalisinin sayına görə Ağsu Azərbaycanın ən böyük şəhəri olub. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu qəsəbəsi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə çox əhəmiyyətli iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər, Şirvan xanları bu qalada otururdular. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında yazmışlar. Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının mərkəzi də olmuşdur. Bu qalaya Şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, Qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə Abbas Mirzə hücum etmiş, mühasirədə saxlamış, bəziləri almış, bəziləri isə uğur əldə edə bilməyərək kor-peşman geri qayıtmışlar. Ağsuda iki dəfə taun xəstəliyi yayılmış, xeyli insan bundan vəfat etmişdi. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdi. Orta əsr Ağsu şəhərinin ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla təqribən 40 hektar sahəni əhatə edir.
Padar bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradağ bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraməmmədli bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraqaşlı bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaravəlli bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях