Abır harda, bərəkət orda.

Honour and justice are akin. Где честь, там и правда. / Где честь, там и разум.
abır gözləmək
abır-həya etmək
OBASTAN VİKİ
Orda
Orda (Monqolca və qədim Türk dillərində ordo) köçəri toplumlarda tayfa qarşılığı işlədilən bir termindir. Bu termin Türkcə ordu biçiminə düşmüşdür. Orda və ya ordu, ordugah ilə də bağlı bir termindir. Orda, Tatarcada urda biçimində işlənilir. Ordanın, yurd, çadır terminiylə də bağlantılı olduğu vardır. Ağ Orda, quruluşu 1226. Göy Orda, quruluşu 1227. Qızıl Orda, 1240-cı ildə qurulan Tatar-Monqol dövləti. Noqay Orda, 1390-cı ildə Şimali Qafqazda dövlət quran Tatar boyu. Alaş Orda, 1920-ci ildə Qazaxların elan etdiyi dövlət.
Adnan Bərəkət
Adnan Bərəkət (3 sentyabr 1982, Amsterdam) — sağ vinger mövqeyində çıxış etmiş Mərakeş əsilli Niderland futbolçusu. O, "NAK Breda", "Eyndhoven", "Kambür", "Bakı", "Den Bosx" və s. kimi klublarda çıxış etmişdir. Bərəkat 2010-cu ilin yanvarında Azərbaycan Premyer Liqası təmsilçisi "Bakı" klubu ilə 2,5 illik müqavilə imzalamışdır. "Bakı"nın heyətində debütunu 2 fevral 2010-cu ildə "Turan Tovuz"a qarşı keçirilən ev oyununda etdi, həmin oyun paytaxt təmsilçisi üçün 2:1 qələbə hesabı ilə bitdi. Klub forması ilə Bərəkət ilk qolunu növbəti mövsüm 6 noyabr 2010-cu ildə 3:1 hesabı ilə bitən "Gəncə" klubuna qarşı keçirilən oyunda vurdu. 2011-ci ilin noyabrında Bərəkət aylarla maaş almadan "Bakı" klubundan ayrıldı. Barakat Bakıdan getdikdən sonra 2012-ci ilin yanvarında "Muanqtonq Yunayted" ilə müqavilə imzalasa da, Bakı ilə mübahisəsi səbəbindən yeni klubunda həmən oyunlara çıxa bilmədi və klub onun qeydiyyatını dayandırdı. 2013-cü ilin iyil ayında "Muanqtonq Yunayted"i tərk etdi.
Bərəkət (Türkmənistan)
Bərəkət — Türkmənistan Respublikasının Balkan vilayətində etrap tabeli şəhər.
Əbülfəz Bərəkət
Əbülfəz Cəbrayıl oğlu Qasımov (ədəbi təxəllüsü: Əbülfəz Bərəkət; 20 dekabr 1931, Ordubad, Naxçıvan MSSR) — publisist, dramaturq, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1970), professor (1971), Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi (1987), "Qızıl qələm" mükafatı laureatı (2000). Əbülfəz Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan MR-nin Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirmiş, Ordubad Pedaqoji texnikumunda təhsilini davam etdirmişdir (1943–1947). Naxçıvan kolxoz məktəbini bitirdikdən sonra Ordubad rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik vəzifəsində işləmişdir (1947–1949). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsində təhsil almış (1949–1953), SSRİ EA İqtisadiyyat İnstitutunda aspirant (1953–1956), elmi işçi (1956–1959) olmuşdur. 18 mart 1957-ci ildə Moskvada SSRİ EA-nın İqtisad İnstitutunun Elmi Şurasında "Mil-Mugan düzənliklərinin təsərrüfatlarında heyvandarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın rəhbəri V.Q.Venjer olmuşdur. Elmlər namizədi alimlik dərəcəsini aldıqdan sonra Bakıya qayıtmış, indiki Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Ali Partiya Məktəbinin iqtisadiyyat kafedrasına dəvət olunmuş, burada dosent işləmişdir (1959–1967). Sonra kənd təsərrüfatı kafedrasına müdir seçilmişdir (1967–1984).
Alaş Orda
Alaş Orda — 1917–1920-ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. Rəsmi olaraq 1928-ci ilə qədər mövcud olmuşdur. Alaş Orda 1905-ci ildə Alaş hərəkatı ilə meydana çıxmış və 1912-ci ildə qurulan siyasi Alaş Partiyası ilə güclənmişdir. Bu partiya siyasi fəaliyyətlərini 1928-ci ildə dayandırsa da əslində 1937-ci ilə qədər mövcud olmuşdur. 1980-ci illərin sonunda, təsir dairəsi Qazaxıstan və Qırğızıstan olan eyni adlı yeni bir milliyyətçi partiya qurulmuşdur. Qazaxıstanın rəsmi açıqlamasına görə Alaş adı Qazaxların əfsanəvi babası Alaş Xandan götürülmüşdür. Alaş Xan Orda xanın digər bir adıdır, lakin Orta Asiyanın digər Türk dillərində alaşa — at mənasına gəldiyinə görə Alaş Ordanın izahının Atlı Ordusu olduğu daha məntiqli hesab olunur. 1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan Qazax və Qırğız rəhbərləri Alaş adı altında birləşmişdi. Bu hərəkata Qazax və Qırğız ziyalıları də qatılmışdı. Bu yeni hərəkatın başlıca hədəfləri bunlar idi: Orta Asiyada İslamı çağdaşlaştırmaq Qazaxların və Qırğızların ənənəvi köçəri mədəniyyətlərini yenidən azad şəkildə yaşamasını təmin etmək (yəni, Rus Çarlarının daha əvvəllər başlatdıqları köçəri xalqları oturaq həyata məcvuretmə qanunlarını ləğv etmək) Türküstan bölgəsinə yerləşən rusları buradan uzaqlaşdırmaq Alaş Hərəkatı Mustafa Çokay tərəfindən qurulmuş olan Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik idi.
Ağ Orda
Ağ Orda (Qazax türkcәsindә: Aq Orda), Çingiz xanın 1227-ci ildə ölümündən sonra Böyük Monqol imperiyası sərhədləri daxilində, müasir Qazaxıstan, Qırğızıstan, Şimali Özbәkistan vә Şimali Türkmәnistan ərazisində qurulan xanlıq. Qızıl Ordanın şərqdəki torpaqlarında qurulmuşdu. Әn mәşhur xanları — vaxtı ilә Ulu Ulus xaqanları olmuş Uruz xan vә Baraq xandır. Dövlәtin başında Çingizlilәr sülalәsinin Cuçioğulları xanәdanının Toğayteymurlular qolunun Törә sülalәsi dururdu. 1428-ci ildә Özbәk xanlığı olaraq bildiyimiz Göy Orda hökmdarı Әbülxeyir xan Şeybani tәrәfindәn әlә keçirilmişdir. 1465-ci ildә Uruz xanın nәticәlәri Kerey vә Janibek Ağ Ordanı Qazax xanlığı adı ilә yenidәn qurmuşlar. Cuçi xan tərəfindən nəzarət edilən torpaqların şərq hissəsində Orta Asiyadan Sibirə qədər olan bölgədə hakim oldular. Onun tərkibinə Aral gölündən şimal-şərqə Sırdərya çayının hövzələri, İşim və Sarı Su çaylarına qədər olan ərazilər daxil idi. Bu ərazidə monqol işğallarından əvvəl Sabran ( və ya Şabran), Sığnaq, Yengikənd və başqa şəhərlər yerləşirdi. Monqol işğalları nəyicəsində bu şəhərlər suqut etmiş, sonra tədricən dirçəlməyə başlamışdır.
Böyük Orda
Böyük Orda — Qızıl Ordanın parçalanmasından sonra Cuçilər (Çingizlilərin bir qolu) tərəfindən idarə olunan yeganə hissəsi. Toxtamışın nəvəsi Seyid Əhməd xan tərəfindən qurulmuşdu. Krım xanlığı, Noqay Orda və Moskva knyazlığının hücumları nəticəsində dağılmışdı.
Napoleon Orda
Napoleon Mateuş Tadeuş Orda (pol. Napoleon Mateusz Tadeusz Orda; 11 fevral 1807[…] – 26 aprel 1883[…], Varşava) ― Belarus, Litva və Polşa yazıçısı, musiqiçi, bəstəkar, rəssam, heykəltaraş, müəllim. O, Minsk quberniyasının Pinsk qəzasının Vorotseviçi ailə əmlakında (indiki Brest vilayətinin İvanov rayonunun kəndi) doğulmuşdur. Fortifikator mühəndisi kimi çalışan Napoleonun atası Mixail Orda yoxsullaşmış tatar nəslindən gəlirdi, onun əcdadları 14-cü əsrdə Litva Böyük Hersoqu Vitovtun hakimiyyəti dövründə Qızıl Ordadan köçmüş və yeni vətəninə vicdanlı xidmət edərək hörmət qazanmış və artıq 18-ci əsrdə kifayət qədər varlı şlyaxtiç olmuşdular. Napoleon Ordanın anası istedadlı pianoçu Jozefina Butrimoviç məşhur ictimai xadim və Pinsk başçısı Tadeuş Butrimoviçin qızı idi. Napoleon Orda 24 fevralda qonşu Yanovoda yerləşən Krestovozdvijen məbədində xaç suyuna salındı. İlk təhsilini evdə valideynlərindən aldı, sonra Sviçloçdaki gimnaziyada oxudu. 1823-cü ildə Vilen Universitetinin Fizika-Riyaziyyat fakültəsinə daxil oldu. 1827-ci ildə "Zoryane" gizli tələbə cəmiyyətinin fəaliyyətində iştirakına görə həbs olundu və universitetdən qovuldu. 15 ay həbsxanada qaldıqdan sonra Vorotseviçiyə qayıtdı və polis nəzarəti altında saxlanılırdı.
Noqay Orda
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu — XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda — Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə — Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə — Qərbi Sibir düzənliyində yerləşirdi. Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Orda Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Orda xan
Orda xan (monq. эджен — «sahib, yiyə»; ? — 1246 və 1251-ci ilin arasında) — Cuçi xanın oğlu, Ağ Ordanın ilk hökmdarı. Monqol imperatoru Çingiz xan ölməmişdən əvvəl torpaqlarını oğulları arasında paylaşdırmışdı. Ceyhun çayı ilə Balxaş gölünün qərbindəki yerləri böyük oğlu Cuçi xana vermişdi. Cuçi xanın kiçik oğlu Batı xan, qərbə doğru etdiyi səfərlərlə bu torpaqları genişlətdi. Cuçinin torpaqları sonradan Batu xan ilə böyük qardaşı Orda xan arasında bölündü. Balxaş ilə Aral gölləri arasındakı və Ceyhun çayının cənubundakı yerlər Orda xana verildi. Xarəzm və yeni alınan torpaqlar Batının rəhbərliyində qaldı. Orda xanın rəhbərliyindəki şərq bölgəsinə Ağ Orda, Batının rəhbərliyindəki qərb bölgəsinə isə Göy Orda adı verildi.
Qızıl Orda
Qızıl Orda (rus. Золотая Орда), Altın Orda (monq. Altan Ord), tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus — bir türk-monqol dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 260 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olmuşdur. Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə Krım və Qıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətindən irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Orta Asiyaya və Monqolustana gedən köhnə yol buradan keçirdi.
Orda mağarası
Orda,(rus. Орди́нская) — Rusiyanın Perm diyarında mağara. Mağara diyarın Orda kəndinin cənub-qərbində, Kunqur çayının sol sahilində yerləşir. Mağara Perm diyarının təbiət abidəsi hesab olunur. Mağara perm dövründə, gips və anhidrit süxurlardan formalaşmışdır. Quru və su altı hissələrdən ibarətdir. Müasir ölçmə işlərinin nəticələrinə görə mağaranın uzunluğu 4600 metrdir. 300 metrlik hissə quru, yerdə qalan hissə isə su altındadır. Maksimal dərinliyi 50 metrdir. Mağaranın bir girişi var və eni 5 metr, hündürlüyü isə 2 metrdir.
Bərəkət (film, 1985)
Bərəkət qısametrajlı sənədli filmi rejissor Əli Musayev tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə respublikamızda taxılçılığın inkişaf etdirilməsindən, payızlıq buğda üçün mineral gübrələrin əhəmiyyətindən və ondan istifadə olunmasının vacibliyindən danışılır. == Məzmun == Kinolentdə respublikamızda taxılçılığın inkişaf etdirilməsindən, payızlıq buğda üçün mineral gübrələrin əhəmiyyətindən və ondan istifadə olunmasının vacibliyindən danışılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Alaş-Orda hökuməti
Alaş-Orda Müvəqqəti Xalq Şurası və ya Alaş-Orda hökuməti (qaz. Алаш-Орда үкіметі) — 1917-ci ilin dekabrından 1920-ci ilin martına qədər mövcud olmuş Alaş muxtariyyətində dövlət hakimiyyətinin ən yüksək regional icra, inzibati və qanunverici orqanı. İkinci Ümumqazax Qurultayında 25 nəfərdən ibarət "Alaş-Orda" müvəqqəti xalq şurası yaradılmışdır, onun 10 yeri ruslara və bölgənin digər xalqlarının nümayəndələrinə verilmişdir. Alaş-Ordanın yerini sonralar "Alaş-qala" adlandırılan Semipalatinsk təyin edilmişdir. АЛАШОРДА ҮКІМЕТІНІҢ ТОЛЫҚ ҚҰРАМЫНА КІМДЕР МҮШЕ БОЛДЫ?
Orda (film, 2012)
Orda (film, 2012) (rus. Орда) — rejissorluğunu Andrey Proşkinin etdiyi, senarisini Yuri Arabovun yazdığı film. Tarixi film 2012-ci ildə ekranlaşdırılmışdır. Film Müqəddəs Aleksiusun Qızıl Orda xanı Canı bəyin anası Taydula Xatunu necə korluqdan xilas etməsindən bəhs edir. Film Birləşmiş Krallıqda "Qızıl Orda imperiyası" adı ilə ekranlara çıxardılmışdır. Filmin çəkiliş dili qaraçay-balkarcadır. Canı bəy (İnnokenti Dakayarov) öz qardaşı Xan Tini bəyi (Andrey Panin) qətlə yetirir və onun əvəzinə taxta keçir. Tezliklə, onun anası Taydula (Roza Hayrullina) kor olur və oğlu Canı bəy anasının korluğunu malicə etmək üçün çarəsiz qalır. Bu zaman Moskva Metropolitanından Aleksius möcüzə göstərməklə məşhurluq qazanır və Canı bəy Moskva hökmdarı II İvandan onu Qızıl Ordaya göndərməsini istəyir. Aleksius ora getməkdə könülsüz olsa da, II İvan Moskvaya ediləcək tatar hücumunu müəyyən qədər yubatmaq üçün yaranmış nadir şanslardan biri kimi qiymətləndirir.
Qızıl Orda Dövləti
Qızıl Orda (rus. Золотая Орда), Altın Orda (monq. Altan Ord), tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus — bir türk-monqol dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 260 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olmuşdur. Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə Krım və Qıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətindən irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Orta Asiyaya və Monqolustana gedən köhnə yol buradan keçirdi.
Murad xan (Qızıl Orda)
Murad xan — Ağ Orda ulusundan idi. Cəmi 3 il xan olduqdan sonra baş əmiri İlyas tərəfindən öldürüldü. Yerinə Mir Polad xan keçdi.