Alaş Orda — 1917–1920-ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. Rəsmi olaraq 1928-ci ilə qədər mövcud olmuşdur. Alaş Orda 1905-ci ildə Alaş hərəkatı ilə meydana çıxmış və 1912-ci ildə qurulan siyasi Alaş Partiyası ilə güclənmişdir. Bu partiya siyasi fəaliyyətlərini 1928-ci ildə dayandırsa da əslində 1937-ci ilə qədər mövcud olmuşdur.
Tarixi dövlət | |||
Alaş Orda | |||
---|---|---|---|
|
|||
«Oyan Qazax!» | |||
|
|||
Paytaxt | Semey | ||
Dövlət dini | İslam | ||
Rəyasət Heyətinin sədri | |||
• | Əlixan Bökeyxan | ||
Vikianbarda əlaqəli mediafayllar |
1980-ci illərin sonunda, təsir dairəsi Qazaxıstan və Qırğızıstan olan eyni adlı yeni bir milliyyətçi partiya qurulmuşdur.
Qazaxıstanın rəsmi açıqlamasına görə Alaş adı Qazaxların əfsanəvi babası Alaş Xandan götürülmüşdür. Alaş Xan Orda xanın digər bir adıdır, lakin Orta Asiyanın digər Türk dillərində alaşa — at mənasına gəldiyinə görə Alaş Ordanın izahının Atlı Ordusu olduğu daha məntiqli hesab olunur.
1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan Qazax və Qırğız rəhbərləri Alaş adı altında birləşmişdi. Bu hərəkata Qazax və Qırğız ziyalıları də qatılmışdı. Bu yeni hərəkatın başlıca hədəfləri bunlar idi:
Alaş Hərəkatı Mustafa Çokay tərəfindən qurulmuş olan Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik idi. Eləcə də, Osmanlıda qurulan Jön Türklər hərəkatı və Mirseyid Sultanqaliev tərəfindən qurulmuş olan Türk-Tatar Komitəsi ilə əməkdaşlıq edirdi.
1912-ci ildə Alaş hərəkatı Alaş Partiyasını yaratdı. Bu partiyaya Mustafa Çokayın yanında Əbdülqafar İmanov və Amangəldi İmanov qardaşları və bir Qazax törəsi (qazaxlarda bir hökmdar titulu) olan Əlixan Bukeyxanov da üzv olmuşdular. Bukeyxanov partiyanın ən sözü keçən şəxslərindən idi və partiyanın təməl ünsürləri də Bukeyxanov tərəfindən təyin olunurdu. Çünki, Bukeyxanov Rus parlamentinin üzvü və parlamentin içərisində rusların sosialist-inqilabçı qrupuna yaxın olan fraksiyaya mənsub idi.
Alaş partiyası bu dövrdə çox Türkçüydü və Rusiya İmperiyasında yaşayan Türk xalqlarını birləşərək Böyük Turanı qurmağa çağırırdı. Bir Törə olaraq Bukeyxanov özünü birbaşa Çingiz Xanın varisi olaraq görürdü. İmanov qardaşları isə qoja olaraq özlərini Məhəmməd ibn Abdullahın varisləri olaraq görürdülər.
Alaş Partiyasının əhəmiyyətli dövrü Rusiya İmperiyasının 1917-ci ildə çökməsi ilə başladı. Artıq yeni qurulan bir Rusiyanın içində avtonom bir Qazax-Qırğız milli dövləti üçün səy göstərirdilər. Bu dövlətin Rusiyanın o dövrdə Qırğız olaraq təyin olunan bütün birliklərini əhatə etməsini və Alaş Orda adını daşımasını istəyirdilər. Mustafa Çokay bu dövlətin ilk lideri olaraq seçilmişdi.
Eyni zamanda Alaş Orda Türkistanda reallaşan qiyamlara da dəstək olurdu. 1917-ci ilin yazında Bişkekdə liderləri İmanov qardaşlar olan Alaş-Başan Hərəkəti (Alaş Baş Hərəkatı) quruldu, lakin hərəkatın Qırğız qanadının mərkəzi Bişkek yox, Kokand oldu.
1917-ci ilin axırlarında Alaş Orda Orenburqda, Rusiyanın içərisində muxtar Qazax ölkəsinin qurulmasını müdafiə edən Qırğızların Müsəlman Konqresini reallaşdırdılar. Ayrıca muxtariyyətə qovuşmaq üçün Rusiyanın bütün Türk xalqları ilə ortaq hərəkət edilməsinin vacibliyi də vurğulanırdı, lakin Alaş Orda bu dövrdə belə bütün Türk xalqlarının birləşdiyi bir gücün içərisində Qırğızların öndər rolunda olmasının vacib olduğu fikrindəydi.
Alaş Ordanın bolşeviklərin hakimiyyətə gəlməsinə qarşı olması və Rusiyanın demokratik şəkildə idarə olunması lazım olduğunu müdafiə etmələri səbəbiylə Sovet rejimi ilə münasibətləri kəskinləşmişdi.
Rusiyada vətəndaş müharibəsi əsnasında Alaş Orda Qazaxların yaşadığı bölgələri Bolşeviklərə qarşı müdafiə üçün ayrıca bir ordu qurmuşdu. Ancaq, böyük birləşmiş bir bölgəyə nəzarət edə bilmədilər və bölgə iki yerə bölündü. Bu hissələrin arasında əlaqə problemləri olduğuna görə ötəri iki ayrı idarəetmə meydana gəldi. Qərb hissənin lideri Bukeyxanov, şərq hissənin liderləri İmanov qardaşları idi.
Mustafa Çokayev bu vəziyyəti düzəltmək üçün İmanov qardaşların razılığı ilə Qazaxıstan və Qırğızıstanı əhatə edən yeni bir dövlətin qurulduğunu elan etdi, lakin bunun heç bir mənası yox idi. Çünki kommunist Rus rejimi yalnız Bukeyxanovu Alaş Orda lideri olaraq tanıyırdı.
Bolşeviklərə qarşı güc qazanmaq üçün Alaş Orda kazaklarla əməkdaşlıq etməyə başladı. Ancaq 1919-cu ildə Alaş Orda orduları Qızıl Ordu tərəfindən məğlub edildi və liderlərinin çoxu öldürüldü.
Həmin dövrdən sonra Alaş Ordanın az sayda qalan Türkçü qanadını meydana gətirən üzvləri Türküstanın cənubuna gedib Basmaçı hərəkatına qoşulmuşdular. Partiyanın islahatçı qanadı Türküstan Kommunist Partiyasına üzv oldu. Alaş Orda Partiyası üzdə hələ Qazax partiyası olaraq varlığını davam etdirirdi, lakin artıq nəzarət altında idi. Hərəkatın Qırğız qanadı isə 1919-cu ildə tamamilə dağılmışdı.
Bukeyxanov Moskvaya köçdü və tərcüməçi olaraq fəaliyyətini davam etdirdi. Siyasət ilə artıq heç bir əlaqəsi qalmamışdı. Bukeyxanov həmin dövrdə bir çox Türk dillərində yazılan qəzetlər üçün yazıçılıq etdi və bir neçə kitab yazdı. 1921-ci ildə Bukeyxanov bir sıra şəxslərlə birgə Jas Alaş və yalnızca özü Qazaq Tili (Qazax dili) adlı qəzetləri yaratdı.
Bukeyxanov 1937-ci ildə Moskvada hələ də aydın olmayan səbəbdən öldü. Stalinin əmri ilə KQB tərəfindən öldürüldüyü güman edilir. Əlixan Bukeyxanovun ölümündən sonra Alaş Orda da artıq sərbəst partiya olaraq fəaliyyətlərinə son verdi və son üzvləri Qazaxıstan Kommunist Partiyasına inteqrasiya edildi.