AB-HAVALI

прил. обладающий благоприятными климатическими условиями. Ab-havalı yerlər места, обладающие благоприятным климатом
AB-HAVA
AB-TAB
OBASTAN VİKİ
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar. 1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
AB
Avropa İttifaqı (Aİ) və ya Avropa Birliyi — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat. Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. == Əsas təsis sənədləri == 1951-ci il — Avropanın Polad və Kömür Cəmiyyətinin yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın Atom Enerjisi İttifaqının yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın İqtisadi İttifaqının yaradılması haqqında Roma müqaviləsi 1965-ci il — Avropa İqtisadi İttifaqının, Avropa Atom Enerjisi İttifaqının, Avropa Polad və Kömür Cəmiyyətinin vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi 1986-cı il — Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı 1990-cı il — Şengen müqaviləsi [mənbə göstərin] 1992-ci il — Maastrixt sazişi 1997-ci il — Amsterdam müqaviləsi == Tarix == Avropa idealı real bir siyasi proyektə çevrilib Avropa İttifaqı üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur.
Ab pəxş
Abpəxş — İranın Buşehr ostanının Dəştistan şəhristanının Abpəxş bəxşində şəhər və onunn mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15 302 nəfər və ya 3 216 ailədən ibarət idi.
Mojang AB
Mojang AB — 2009-cu ilin mayında İsveçdə qorulmuş videooyun şirkəti. "Minecraft", "Scrolls" və başqa oyunlar yaratmışdır. 2014-cü ildə Microsoft tərəfindən alınmışdır. Mojang AB şirkəti Markus Persson tərəfindən qurulmuşdur.
Saab AB
Saab AB (Svenska Aeroplan AktieBolaget) (İsveç Təyyarə Anonim Şirkəti), 1937-ci ildə yaradılmış İsveç aviasiya və müdafiə şirkətidir. 1947-ci ildən 1990-cı ilə qədər Saab Automobile adı altında avtomobil istehsalşısı olmuşdur. 1968-1995-ci illər arasında kommersiya məqsədli avtomobillərin istehsalçısı olan Scania ilə birləşərək Saab-Scania adı altında kommersiya məqsədli avtomobillər istehsal etmişdir.
AB hüququ
Avropa İttifaqı hüququ — Üzv dövlətlərin milli qanunları ilə bərabər yeganə məhkəmə sistemidir. Avropa Birliyinin qanunları, üzv ölkələrin bir çox sahələrdə, xüsusən də Avropanın ümumi bazarındakı qanuni qaydalarını üstələyir. Avropa Birliyinin müqavilələr vasitəsilə yayımladığı qanunlar bütün üzv ölkələrin daxili qanunlarına birbaşa təsir edir və bütün ölkələr üçün məcburidir. Avropa İttifaqına daxil olmaq üçün mütləq assosiasiya qanunlarına riayət etmək lazımdır. == Avropa İttifaqında hüquqi sistem == Avropa Birliyinin hüquqi sistemi cəmiyyətin nizamnamələrinə, rəhbər prinsiplərə və qərarlara uyğun olaraq təsnif edilən qaydaları əhatə edən bir çox hüquqi prosedurlardan ibarətdir. İttifaq tərəfindən bağlanmış müqavilələr bütün qanunvericilik orqanları və onların əməliyyatları üçün əsasdır və müxtəlif sahələrdə qanunların qəbul edilməsinin müxtəlif üsullarını ifadə edirlər. Avropa Birliyinin qanunverici prosedurlarının ən əhəmiyyətli xüsusiyyəti, üzv dövlətlərdən biri və ya parlament üzvləri tərəfindən deyil, demək olar ki, hər zaman Avropa Komissiyası tərəfindən təklif oluna bilməsidir. Digər iki vacib element isə Avropa Parlamentinə hazırlanmış qanun layihəsinə veto qoymaq hüququnun ortaq qərar qəbuletmə mexanizmi və parlamentin birlik liderləri ilə bağlı olmayan təklif və tənqidlər edə bilməsidir. Bir çox hallarda layihələr Sammitdə təsdiqlənməlidir. 1) Çörçilin Sürix Uni-də çıxışı – 1946-cı il : “Av.BŞ” (Çörçill çıxışda: sülh və firavanlıq o zaman mövcud ola bilər ki, Alm.
Ab urbe condita
“ab urbe condita” (“anno urbis conditae”; qısaca A. U. C., AUC, a.u.c.; həmçinin “anno urbis”, qısa a.u.) “Şəhərin (Roma) yaranmasından bəri” mənasını verən latın sözüdür. Bu sözə əsasən şəhərin əsası eramızdan əvvəl 753-cü ildə qoyulmuşdur. Digər tərəfdən AUC, bəzi Roma tarixçiləri tərəfindən müəyyən Roma illərini ayırd etmək üçün istifadə olunan təqvim sistemidir. İntibah maarifçiləri bəzən kitablarının AUC sistemində nəşr ilini yazaraq, romalıların AUC sistemindən istifadə etdiyi qənaətini yaradırdılar. Lakin Roma dövründəki təqvim sistemi bundan çox fərqli idi.
Ab-i Gərm (Çaldıran)
Ab-i Gərm (fars. آبگرم‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (24 ailə).
Ab Urbe Condita (Livi)
Eramızdan əvvəl I əsrdə yaşamış Roma tarixçisi Titus Livius tərəfindən yazılmış Roma tarixinə dair kitab. Azərbaycan dilində “Şəhərin yaradılmasından” mənasını verən bu əsərin 142 cildinin olduğu zənn edilir, lakin bu günə qədər cəmi 35 cildi gəlib çatmışdır.
Digital Illusions CE AB
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır. == Tarix == "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər. Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür.
Ab-i Gərm-i Givi
Ab-i Gərm-i Givi (fars. ابگرم گيوئ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (13 ailə).
EA Digital Illusions CE AB
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır. == Tarix == "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər. Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür.

Значение слова в других словарях