Adımı küvəc qoy, ocaq üstə qoyma.

Call me all sorts of names only let me off. Хоть горшком назови, только в печь не станови.
adı yanmaq
adımı pisliyə çəkməyin
OBASTAN VİKİ
Ocaq
Ocaq və ya soba — cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən cihaz.
Milo Qoy
Milo Goj — (d. 30 aprel 1959, Milan) — İtalyan sənətşünas, televiziya aparıcısı və universitet professoru. "Il Giornale" və "Affari Italiani" qəzetlərinin köşə yazarı, Bolonya Universitetinin sənətə tətbiqi sosiologiyasının professoru və "Akme İncəsənət Akademiyasının professoru". Bocconi Universitetində sənət tarixini oxuyub, biznes iqtisadiyyatı, marketinq və kommunikasiya ixtisası üzrə təhsil alıb. Məktəbi bitirdikdən sonra o, Mondadori Qrupuna jurnalist kimi qoşulub. O, bütün karyerasını iqtisadi jurnallarda işıqlandırıb, 1999-cu ildə aylıq Espansione-nin baş redaktoruna qədər, 2007-ci ilə qədər bu vəzifəni tutdu. O, həftəlik "Il Valore" jurnalının idarəedici direktoru (2007–2008), aylıq "Tempo Economico" jurnalının idarəedici direktoru (2008–2010), "Finarte Journal" qəzetinin idarəedici direktoru (2014), rəqəmsal qəzet "The Map Report" (2019–2021), "L'Incontro" qəzetinin idarəedici və redaktor direktoru.
Adımı Kalbine Yaz
Adımı Kalbine Yaz - Tarkanın 29 iyul 2010 - cu ildə çıxardığı sayca səkkizinci studio albomudur. Alboma daxil olan mahnılar üzərində Tarkan, Sezen Aksu, Yıldız Tilbe, Ozan Çolakoğlu, Mithatcan, Günay Çoban və başqaları işləmişlər. Son albomunun yayımlanmasından sonra çıxışı dəfələrlə təxirə salınmış bu albom uzun çalışmalardan sonra 2010 - cu ildə dinləyicilərə təqdim edilmişdir. Alboma daxil olan nmahnılar hamısı türk dilində ifa edilmişdir. Müğənni müsahibələrinin birində albomun ərsəyə gəlməsi üçün çox əmək sərf etdiyini qeyd etmişdir. Albomun satşa çıxarılmasından əvvəl 11 may 2010 - cu il tarixində alboma daxil olan Sevdanın Son Vuruşu mahnısı promo sinql kimi satışa çıxarılmış və böyük uğur qazanmışdır. Ümumilikdə albom satışa çıxarıldığı iki ay müddətində 591.782 nüsxəylə satılmaqla böyük uğur qazanmışdır.
Arxada iz qoyma
Arxada iz qoyma (ing. Leave No Trace) — amerikalı rejissor Debra Qranikin 2018-ci ildə ekranlara çıxan dram filmi. Ata və qızı xeyli müddətdir ki, Portlend yaxınlığındakı təbiət qoruğunda dinc və təcrid olunmuş həyat sürür. Bu həyat tərzi onlardan biri kiçik bir səhv edənə qədər davam edir. Ben Foster Thomasin Harcourt McKenzie bleeckerstreetmedia.com/leave-no-trace/ — Arxada iz qoymanın rəsmi saytı Arxada iz qoyma — Internet Movie Database saytında.
Ocaq (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Ocaq (ələvilik)
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir. Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır.
Ocaq iyesi
Sari ocaq
Sarı Ocaq — İranın Şimali Xorasan ostanının kəndlərindən biri. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndinin əhalisi 800 nəfər və 100 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Xorasan türklərindən ibarətdir.
Topa ocaq
Topa ocaq-Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir. Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir.Bu sahə çökək yerdə 6 ağacdan ibarət olduğu üçün el arasında ona Topa ocaq deyilir. Bu ocağın yaranma tarixi çox-çox qədimdir.Qocaların dediklərinə görə,keçmiş zamanlarda bu ocağın yaxınlığında qoca bir kişi qoyun otarırmış.Qocanın nəvəsi gündüz radələrində ona yemək gətirir. Qoca arxası ağaclara tərəf oturub çörək yeyirmiş.Birdən qız əlini ağaclara tərəf uzadıb deyirː Baba, ora bax. Qoca dönüb ağaclara tərəf baxır. Ancaq heç nə görmür. Ona görə nəvəsindən soruşurː Nə olub, nədir ki.Qız dinməzcə barmağını ağaclara tərəf uzadır. Qoca sualını təkrar etdikdə qız deyirː Baba orada dayanan boz atlını görmürsənmi.Deyilənə görə qızın gözünə görünən Xızır Peyğəmbər imiş.Elə bu səbəbdən də o zamandan həmin yer müqəddəs hesab olunur. Bu ağacların altında vaxtilə bir bulaq axırmış. Buradan keçən köç arvadlarından biri həmin bulaqda oğurluq qoyunun qarnını yuduğu üçün müqəddəs olan bu bulaq quruyur.
Ocaq iyəsi
Qoy vuki udsun
Vuki (Wookiee) — "Ulduz müharibələri" kosmik opera franşizasında, əslən ağaclarla əhatələnmiş Kaşiik planetindən olan uydurma irq. Giqantik, hirsutik görünüşləri və fiziki gücləri onları insanlardan fərqləndirir. Ən məşhur vuki ən yaxın dostu Han Solo ilə birlikdə "Millenium Falcon" kosmik gəmisinin pilotlarından Çubakkadır. Franşizanın yaradıcısı Corc Lukas bir müsahibəsində vukinin yaradılmasında öz iti İndianadan ilham aldığını qeyd etmişdir. "THX 1138" (1971) filminin klimaktik səhnəsində aktyor Terri MakQovern tərəfindən səsləndirilən robot polislərdən biri bir "vukini vurduğu"nu deyir və beləliklə, həmin söz yaranır. Bu ad Terrinin dostu Ralf Vukidən gəlirdi və o, filmdə onun adından istifadə etməyin gülməli olacağını düşünmüşdü. "Yeni ümid" filmində Çubakka R2-D2-ya qarşı dejarikdə məğlub olacağını anladıqdan sonra qəzəblənir. Han Solo deyir ki, "bir vukini incitmək ağılsızlıqdır", çünki vukilər "uduzduqları zaman insanların əllərini oynaqlarından qoparmaqları ilə tanınır". Cavab olaraq C-3PO R2-yə "Qoy vuki udsun" (ing. Let the Wookiee win) deyir.
Kamil Ocaq Stadionu
Kamil Ocaq stadionu — Qaziantepdə olan stadion. "Gaziantepspor"un və "Gaziantep Büyükşehir Belediyespor"un daxili sahə oyunlarını oynadığı stadion 16,981 adam əhatəlidir. İstehsalını dövrün idmandan məsul Dövlət Naziri, Gaziantep Millət vəkili rəhmətlik Kamil Ocaq reallaşdırmışdır. 1974-ci ildə xidmətə açılmışdır. Gecə ışıqlandırması mövcuddur. Qaziantepdə olan tək peşəkar stadiondur.
Ocaq (film, 1987)
Filmdə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı, "Gülüstan" Folklor Teatrının kollektivi iştirak edir. Ocaq hər bir evin işığı və istiliyi deməkdir – unudulmaz uşaqlıq dövrünün dünyasıdır, bayram sevincidir. Bu həm də əsrlərin dərinliyinə gedib çıxan xalq mədəniyyət ənənələrinin qoruyucusu və məşəlidir. Filmdə müxtəlif qədim xalq oyunları – maral oyunu, zopu-zopu, duvaqqapma oyunları öz əksini tapmışdır. Yallı ehtiraslı, coşğun rəqsdir. Xalq bayramlarına adətən bu rəqslə yekun vurulur, filmə də o cümlədən. Bu rəqsdə hamı – qocalar da, cavanlar da iştirak edirlər.
Sarı Ocaq (Çaldıran)
Sarı Ocaq (fars. ساري اجاق‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 418 nəfər yaşayır (83 ailə).
Qoy danışsınlar! (film, 1968)
Qoy danışsınlar! (isp. Digan lo que digan) — rejissor Mario Kamusun filmi. İki qardaş – müğənni Rafael və bəstəkar Migel uzun illərdir ki, bir-birilərini görmürlər. Rafael qardaşı ilə görüşmək üçün Avropadan Buenos Ayresə gəlir. Amma bu şəhərdə onu Migel yox, onun katibəsi — Blanka adlı bir qız qarşılayır. O, Rafaelə Migelin hal-hazırda şəhərdə olmadığını deyir. Gənc müğənni Rafael başa düşür ki, Blanka ondan qardaşı barədə nəsə gizlədir. Belə olduqda Rafael qardaşını özü axtarmağa başlayır. Filmin sonunda Rafael qardaşını tapmağa nail olur.
Qoy oturmuşuq (veriliş, 2007)
Əyləncəli verilişdə dəvət olunan qonaqlar maraqlı mövzularda əhvalatlar və xatirələrini danışırlar. Veriliş həftəiçi hər gün efirdə olur.
Qoy danışsınlar (tok-şou)
Doğma ocaq (film, 2012)
Doğma ocaq — Azərbaycanlı rejissor Rodion İsmailovun filmi. Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən "Doğma ocaq" filmi Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığını qabarıq şəkildə nümayiş etdirir. Filmin qəhrəmanı Lolitanın anası rus, atası azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır. Film Azərbaycanın "Sinema evi" və Rusiyanın "DS film" studiyalarının müştərək istehsalıdır. Film Azərbaycanın Mədəniyyət və Turizm və Rusiyanın Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilib. "Ən yaxşı antropoloji film" mükafatı — 2013. Yekaterinburq. VIII Rusiya antropoloji filmlər festivalı "Ən yaxşı sənədli film" mükafatı — 2013.
Ocaq başı (film, 1990)
Film xanəndə Hacıbaba Hüseynovun yaradıcılığından bəhs edir.
Əl üstə kimin əli (oyun)
Əl üstə kimin əli Azərbaycan uşaq oyunu. 6-14 5-8 nəfər. Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir.
Beli üstə uzanan xərçəng (rəsm əsəri)
Beli üstə uzanan xərçəng — Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Yaşıl rəngli arxafonda çəkilmiş bu sənət əsəri beli üstə tərsinə uzanmış xərçəngi təsvir edir. Van Qoq Muzeyinə görə əsər 1887-ci ilin avqust-sentyabr aylarında, digər mənbələrə görə isə 1889-cu ilin əvvəllərində çəkilmişdir. Hündürlüyü 38 sm, genişliyi 46.5 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Rəsm əsəri Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Qoy bütün aləm bizdən danışsın (mahnı)
Özünü onun yerinə qoy (film, 1983)
Filmdə Azərbaycanda rəhbər təşkilatlara ünvanlandırılan zəhmətkeş məktubları ilə işin təşkil olunması məsələsinə toxunulmuşdur. 1)1983-cü ildə Kişinyovda gənc kinematoqrafçıların III Ümumittifaq kinofestivalı Mövzunun maraqlı həllinə görə sənədli film Diplom və Moldaviya Jurnalistlər İttifaqının Mükafatına layiq görülmüşdür. Rejissor: Davud İmanov Ssenari müəllifi: Cavanşir Məlikov Operator: Ələkbər Muradov Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Qışlaq-i Ocaq-i Yek (Pərsabad)
Qışlaq-i Ocaq-i Yek (fars. قشلاق اجاق 1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (25 ailə).