adenokarsinoma 2021
adenovirus
OBASTAN VİKİ
Hepatosellular adenoma
Hepatosellular adenoma (HA) — hepatositlərdən inkişaf edən xoş xassəli, kontraseptiv hormon alan qadınlarda çox müşahidə edilən və qanaxmaya meyilli şişdir
Ağ ciyər adenomatozu
Ağ ciyər adenomatozu – qoyunlarda, bəzən keçilərdə və s. heyvanlarda ləng inkişaf edən infeksion xəstəlik. Ağ ciyərdə şiş əmələ gəlməsi ilə xarakterizə olunur. İlk dəfə 1825-ci ildə Cənubi Afrikada təsvir edilmiş, 1894-cü ildə isə Ağ ciyər adenomatozu adı ilə Böyük Britaniyada qeydə alınmışdır. Avstraliyadan başqa bütün qitələrdə məlumdur. Yoluxma mənbəyi xəstə heyvanlardır. İnkubasiya dövrü bir neçə ildir, çox vaxt 4–9 ay çəkir. Diaqnoz klinik əlamətlərə görə qoyulur məsələn tənəffüs zamanı fitə bənzər səslərin çıxması, burundan çoxlu ifrazatın axması və s. laboratoriya üsulu və patoloji anatomik yarma ilə təsdiq olunur. Müalicəsi işlənilməmişdir.
Qalxanabənzər vəzin adenoması
Qalxanabənzər vəzin adenoması (lat. adenoma glandulae thyreoideae) — qalxanabənzər vəzin normal və ya artan funksiyası fonunda düyünün əmələ gəlməsi ilə xarakterizə olunan xoşxassəli şiş. Qalxanabənzər vəzin adenoması klinik olaraq asemptomatik ola bilər ("soyuq" adenoma) və ya artıq qalxanabənzər hormonu ("isti" adenoma) istehsal edən funksional bir şiş ola bilər. Bu vəziyyət simptomatik hipertiroidizmə səbəb ola bilər və toksik tiroid adenoması adlandırılır. Qalxanabənzər vəzinin follikulyar adenomasının diametri orta hesabla 3-10 sm arasında dəyişir. Qalxanabənzər vəzin tipik adenoması ətrafdakı parenximadan ayrılmış tək, sferik və kapsullaşdırılmış zədədir. Rəngi boz-ağdan qırmızı-qəhvəyiyə qədər dəyişir adenoma hüceyrəliliyi kolloid tərkibli Qalxanabənzər vəzin (follikulyar) adenomalarında, xüsusən də iri zədələrdə çox düyünlü zobda olanlara bənzər qanaxma, fibroz, kalsifikasiya və kistik dəyişikliklər sahələri tez-tez rast gəlinir. Qalxanabənzər vəzin adenomatalarının demək olar ki, hamısı follikulyar adenomalardır. Follikulyar adenomalar funksiya səviyyəsindən asılı olaraq "soyuq", "isti" və ya "qaynar" kimi təsvir edilə bilər. Histopatoloji cəhətdən follikulyar adenomalar hüceyrə quruluşuna və hüceyrə və kolloidlərin nisbi sayına görə aşağıdakı növlərə təsnif edilə bilər: Fetal (mikrofollikulyar) - mikroinvaziya potensialına malikdir.

Значение слова в других словарях