Adr.

Abk. für Adresse; die; -, -n adres, ünvan
Adoration
Adrenalin
OBASTAN VİKİ
ADR
Almaniya Demokratik Respublikası — 7 oktyabr 1949 - 3 oktyabr 1990-cı illərdə Almaniyanın şərq hissəsində mövcud olmuş sosialist dövlət. Azərbaycan Demokratik Respublikası — 28 may 1918 - 28 aprel 1920-ci illərdə mövcud olmuş və şərqdə respublika üsul-idarəsinə malik ilk dövlət.
Cucumis melo var. adress
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Himantoglossum adriaticum
Himantoglossum adriaticum (lat. Himantoglossum adriaticum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü.
Himantoglossum adriaticum f. albiflorum
Himantoglossum adriaticum (lat. Himantoglossum adriaticum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü.
Himantoglossum hircinum ssp. adriaticum
Himantoglossum adriaticum (lat. Himantoglossum adriaticum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü.
II Adrian
II Adrian (lat. Hadrianus II; 792, Roma, Frank dövləti – 14 dekabr 872, Roma, Müqəddəs Roma imperiyası) — 867–872-ci illərdə Roma Papası. Onun papalığı dövründə Qərb və Şərq kilsələri tərəfindən tanınan Ekumenik məclislərin sonuncusu baş tutmuşdur. II Adrian 792-ci ildə Roma şəhərində anadan olmuşdur. O, Papa IV Stefan və II Serginin də üzvü olduğu zadəgan və nüfuzlu ailənin nümayəndəsi olmuşdur. Gəncliyində ailə qurmuş, hətta Müqəddəs Pyotr kafedrasına seçildikdən sonra da həyat yoldaşı və qızı ilə ayrılmamışdır. I Nikolayın (858–867) varisi olan II Adrianın pontifikatı Şərq və Qərb kilsələri arasında münaqişə illərinə düşmüşdür. 867-ci ildə Papa tərəfindən Konstantinopolda Foti və I Nikolayın tərəfdarları və davamçıları arasında kompromis tapmaq üçün Ekumenik məclis çağırılmışdır. Bu məclis Şərqdə Roma tərəfindən tanınan Ekumenik məclislərin sonuncusudur. 10 ildən sonra 383 yepiskop papa legatlarının iştirakı ilə onun qərarlarını ləğv etmişdir.
IV Adrian
IV Adrian (lat. Hadrianus IV) və ya Nikolas Breykspir (ing. Nicholas Breakspeare; ən tezi 1100 və ən geci 1120, Sant Albans, İngiltərə krallığı və ya Abbosts-Lanqli[d], İngiltərə krallığı – 1 sentyabr 1159, Anani[d], Papa dövləti, Müqəddəs Roma imperiyası) — 1154-cü ildən Roma Papası. O, yeganə ingilis Roma papası olmuşdur. IV Adrian Avinyon yaxınlığındakı Müqəddəs Ruf Avqustin monastırının rahibi, sonra abbatı, nəhayət 1150-ci ildə kardinalı olmuşdur. O, 1152-ci ildə Skandinaviyada Papa legatı olmuş və burada kilsəni Qriqorian islahatı prinsipləri əsasında yenidən təşkil etmişdir. IV Adrian Romada Breşiyalı Arnoldun başçılıq etdiyi respublikaçı hərəkatına qarşı mübarizə aparmışdır. 1155-ci ildə o, imperator I Fridrix Barbarossanı taclandırmışdır.
I Adrian
I Adrian (lat. Hadrianus I; 700, Roma – 25 dekabr 795, Roma) — 772-ci ildən Roma Papası. O, Böyük Karl ilə sıx ittifaq siyasəti yürütmüş, papalıq mülklərini genişləndirməyə çalışmışdır. I Adrian adopsionizm bidətinə qarşı mübarizə aparmışdır. O, Nikeyadakı 7-ci Ekumenik məclisinə legatlar göndərmiş, orada ikonoborçuluğu pisləmiş, bundan sonra Şərq və Qərb kilsələri arasında münasibətlər yaxşılaşdırmışdır. Barton, Simon. Conquerors, Brides, and Concubines: Interfaith Relations and Social Power in Medieval Iberia. University of Pennsylvania Press. 2015. Cavadini, John C. The Last Christology of the West: Adoptionism in Spain and in Gaul, AD 785–817 (Doctoral thesis).
Kampimodromus adrianae
Kampimodromus adrianae (lat. Kampimodromus adrianae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimodromus cinsinə aid heyvan növü.
Klod Adrian Helvetsi
Klod Adrian Helvetsi (26 yanvar 1715[…] – 26 dekabr 1771[…], Paris) — Fransa filosofu. O, insanı sırf təbii-elmi nöqteyi-nəzərdən izah etməyə çalışırdı. O, "elmi" izahlardan qeyri heç bir izahı qəbul etməyən alimlərdən idi. O, əmin idi ki, elm sosioloji və psixoloji hadisələr də daxil olmaqla, bütün halları izah etməyə qadirdir. Hobbsdan fərqli olaraq, Helvetsi öz sistemini özünü qoruyub saxlama instinktindən başlamırdı. Helvetsiyə görə, şəxsi maraq hərəkətverici qüvvə kimi çıxış edir. İnsan həzz axtarır və iztirablardan qaçır. Tərifinə görə, həzz və iztirab ancaq ayrı-ayrı fərdlərə aid olan eqoist hisslərdir. (Biz başqaları ilə birgə narahat ola bilərik, lakin onların hisslərini bölə bilmərik). Helvetsi insan fəaliyyətinin hərəkətverici qüvvəsinə sadə psixoloji izahat verir: insanların davranışı belə izah olunur ki, onlar avtomatik olaraq məmnunluğa can atır, ağrıdan isə qaçırlar.
Nikomediyalı Adrian
Nikomediyalı Adrian (yun. Ἁδριανὸς Νικομηδείας, Adrianos Nikomedeyas; təq. 278, Konstantinopol – 4 mart 306, Nikomediya, Yalova ili) — xristianlıqda şəhid, pretor. Roma imperatoru Qay Qaleri Valeri Maksimianın təqiblərindən əziyyət çəkmişdir. Nikomediyadan olan Müqəddəs Natalyanın əri olmuşdur. Onun xatirəsi 26 avqustda pravoslav kilsəsində, 8 sentyabrda katolik kilsəsində yad edilir. Həyat yoldaşı Müqəddəs Natalyanın xatirəsi pravoslav kilsəsində 26 avqustda (8 sentyabr), katolik kilsəsində isə 1 dekabrda yad edilir. Attwater, Donald and Catherine Rachel John. The Penguin Dictionary of Saints (3rd). New York: Penguin Books.
Ondrusovlu Adrian
Ondrusovlu Adrian (rus. Адриа́н Ондру́совский) və ya Andrey Nikiforoviç Zavalişin (rus. Андрей Никифорович Завалишин; XV əsr, Moskva – 15 may 1550) — xristianlıqda şəhid, rahib Svirli Aleksandrın şagirdi. O, Ladoqa gölünün şərq sahilindəki Müqəddəs Nikolay monastırının qurucusu olmuşdur. Ondrusovlu Adrian quldurlar tərəfindən öldürülmüşdür. Onun xatirəsi 26 avqust (8 sentyabr) və 17 may (30) tarixlərində Şərqi Ortodoks Kilsəsində yad edilir. Голубинский Е. История канонизации святых в русской церкви. — М., 1903 Олонецкий патерик. — Петрозаводск, 1910 Православная энциклопедия. — М., 2000, Т. 1.
Pararge adrastoides
Talış məxməri kəpənəyi (lat. Pararge adrastoides) — pararge cinsinə aid heyvan növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur. Talışın ovalıq, dağətəyi və dağları (meşənin yuxarı hissəsinə qədər). Kölgəli sıx otluqlu meşə kənarları talaları və meşə zolaqları. Azsaylıdır. Ovalıqda yazda və yayın ortalarında uçuşur, ildə iki nəsil verir, dağlarda (Lerik, Yardımlı rayonları) bir nəsil verir, kəpənəklər iyun – iyulda uçuşur. Tırtıllar yayın əvvəlində, payızda (ovalıqda) və avqustda (dağlarda) müxtəlif yabanı dənli bitkilər üzərində yaşayırlar. Pup mərhələsində qışlayır. Təbii düşməni və xəstəlikləri məlum deyildir.
Poşexonyeli Adrian
Poşexonyeli Adrian (rus. Адриан Пошехонский; XV əsr, Rostov – 5 mart 1550) — Rus Pravoslav Kilsəsinin hegumeni, şəhidi, Poşexonye ecazkarı, Adrianov Uspeniye monastırının qurucusu. Onun xatirəsi 19 noyabrda – qalıqların tapıldığı gündə, 5 martda, həmçinin 23 mayda Rostov-Yaroslavl Müqəddəslər Kafedralında yad edilir.
Samuel Adrian
Samuel Adrian (2 mart 1998-ci ildə İsveçdə anadan olub) — İsveç Allsvenskan təmsilçilərindən olan Malmö klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İsveçli futbolçudur. Adrian Malmö akademiyası vasitəsilə inkişaf etmişdir. Adrian öz peşəkar karyerasında debütünü 22 iyul 2017-ci ildə Yönköpinqs klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Kinqsli Sarfonu əvəz etmişdir. Həmin görüşdə Malmö liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 23 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Senecio adrianicus
Senecio adrianicus (lat. Senecio adrianicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Trans-Adriatik Boru Kəməri
Trans Adriatik Boru Xətti (alb. Gazsjellësi Trans-Adriatik, yun. Αδριατικός Αγωγός Φυσικού Αερίου, it. Gasdotto Trans-Adriatico) — Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti proyektidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcək. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. 2019-cu il iyunun sonuna Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 88,5%-i tamamlanıb. Trans-Adriatik qaz kəməri layihəsi 2003-cü ildə İsveçrənin EGL Group (sonradan Axpo) enerji şirkəti tərəfindən elan edilib. Texniki-iqtisadi əsaslandırma 2006-cı ilin martında başa çatdırılmışdır.
Trans-Adriatik qaz boru kəməri
Trans Adriatik Boru Xətti (alb. Gazsjellësi Trans-Adriatik, yun. Αδριατικός Αγωγός Φυσικού Αερίου, it. Gasdotto Trans-Adriatico) — Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti proyektidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcək. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. 2019-cu il iyunun sonuna Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 88,5%-i tamamlanıb. Trans-Adriatik qaz kəməri layihəsi 2003-cü ildə İsveçrənin EGL Group (sonradan Axpo) enerji şirkəti tərəfindən elan edilib. Texniki-iqtisadi əsaslandırma 2006-cı ilin martında başa çatdırılmışdır.
Trans Adriatik Boru Xətti
Trans Adriatik Boru Xətti (alb. Gazsjellësi Trans-Adriatik, yun. Αδριατικός Αγωγός Φυσικού Αερίου, it. Gasdotto Trans-Adriatico) — Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti proyektidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcək. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. 2019-cu il iyunun sonuna Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 88,5%-i tamamlanıb. Trans-Adriatik qaz kəməri layihəsi 2003-cü ildə İsveçrənin EGL Group (sonradan Axpo) enerji şirkəti tərəfindən elan edilib. Texniki-iqtisadi əsaslandırma 2006-cı ilin martında başa çatdırılmışdır.
Ulad-Aysa (Adrar)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎)) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Şərüin dairəsinə daxildir. Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal-qərb vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 855 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 344 metrdir.Uled-Aysa kommunasının sahəsi 4030 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 20 mm-dir). Orta illik temperatur 23,8-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,4°C, ən isti ayda (iyulda) 36,3°C-dir.
Uqliçli Adrian
Uqliçli Adrian (rus. Адриан Угличский; v. ən tezi 1504, Uqliç) — ieromonax, rahib Uqliçli Paisiyanın şagirdi və zaviyənişini. O, 1489-cu ildə Uqliçli Paisiya ilə birlikdə Nikolski Qrexozaruçnı monastırını qurmuş və onun ilk abbatı olmuşdur. Xatirəsi 26 avqust (8 sentyabr) tarixində Şərqi Ortodoks Kilsəsində yad edilir. Игум. Андроник (Трубачев).
VI Adrian
VI Adrian (lat. Hadrianus VI; it. Adriano VI; nid. Adrianus/Adriaan VI) və ya Adrian Florenszoon Buyyens van Utrext, Florents Dedal (nid. Adriaan Florenszoon Boeyens; 2 mart 1459, Utrext, Müqəddəs Roma imperiyası – 14 sentyabr 1523, Roma, Papa dövləti) — 1522-ci ildən Roma Papası. O, yeganə holland Papa olmuşdur. VI Adrian əslən Utrextdən idi. O, ilahiyyat professoru, sonra isə Löven Universitetinin rektoru olmuşdur. VI Adrian 1507-ci ildən gələcək imperator V Çarlzın tərbiyəçisi olmuşdur. O, 1516-cı ildə Tortoza yepiskopu, 1516-cı ildə Araqon və Navarra inkvizitoru və 1517-ci ildə oranın kardinalı olmuşdur.
Varvara Adrianova-Perets
Varvara Pavlovna Adrianova-Perets (rus. Варвара Павловна Адрианова-Перетц; 30 aprel (12 may) 1888 və ya 12 may 1888, Nejin[d], Nejin qəzası[d], Çerniqov quberniyası[d], Rusiya imperiyası – 6 iyun 1972, Leninqrad) — Rusiya və Ukrayna ədəbiyyatşünası, Ukrayna Elmlər Akademiyasının (1926) və SSRİ Elmlər Akademiyasının (1943) müxbir üzvü. O, XVII–XVIII əsrlər rus dilini və rus ədəbiyyatını, Ukrayna ədəbiyyatını tədqiqi etmişdir. Варвара Павловна Адрианова-Перетц. — М.: Издательство АН СССР, 1963 (Материалы к биобиблиографии учёных СССР. Сер. литературы и языка; вып. 4). Varvara Adrianova-Perets // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
İncəsənət Kolleci (ADRA)
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi əvvəlcə Ali Bədii Emalatxana, sonralar Azərbaycan Ali Rəssamlıq Məktəbi adlanmış, 1929-cu ildən Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərmişdir. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində yaradılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Dekorativ-tətbiqi incəsənət; Rəngkarlıq; Qrafika üzrə texnik; Heykəltəraşlıq; Teatr dekor sənəti; Dizayn.
Adrian (futbolçu)
Adrian (3 yanvar 1987, Sevilya) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun ispan əsilli qapıçısı.
Adriatik plitəsi
Adriatik plitəsi — Təbaşir dövründə transformasiya qırılması ilə Afrika plitəsindən qopan kiçik tektonik mikroplitədir. Kontinental qabığasahibdir. Avrasiya plitəsi ilə toqquşma zamanı lövhənin şimal hissəsi Alp qırışıqlığı zamanı deformasiyaya məruz qalmışdır. Adətən Avrasiya lövhəsinin bir hissəsi hesab olunur. Adriatik plitəsi hələ də Avrasiya plitəsinə doğru irəliləyir, bununla belə ikincisi birincinin altına enir. Alp dağlarından keçən periadriatik qırılma bu lövhələri ayırır. Afrika plitəsinin okean qabığının bir hissəsi Adriatik plitəsinin cənub sərhəddində aşağı enərək İtaliyanın cənubundakı vulkanları əmələ gətirir. Apennin yarımadasının şərqi və Adriatik dənizi Adriatik plitəsinin bir hissəsidir. Mezozoy çöküntüləri plitə introduksiyasıdır, əhəngdaşıdan ibarətdir və Cənubi Əhəngdaşı Alplarını təşkil edir.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası