AFŞAR

çevik, ovçuluğu sevən; qədim türk tayfalarından biri.
AFRAZ
AFŞAR
OBASTAN VİKİ
Lili Afşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Natiq Camal Afşar
Natiq Camal Afşar (d. 12 avqust, 1961, Bakı şəhəri) — Rəssam-heykəltaraş, Azərbaycan Hərb Tarixi Muzeyinin qurucusu, Azərbaycanda ilk dəfə "Hərbi rəssamlıq" studiyasının yaradıcısı, Beynəlxalq Mahmud Qaşqarlı fondunun laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. Natiq Camal Afşar 1961-ci il 12 avqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1980-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini rəssam ixtisası üzrə bitirib. 1981-ci ildə Moskva Hərbi Dairəsində həqiqi hərbi xidmət keçib. 1982-ci ildə Moskva Hərbi Dairəsində hərbçi rəssamlar arasında keçirilən rəsm müsabiqəsinin laureatı olub. Hərbi xidməti bitirdikdən sonra 1983-cü ildə Şixəli Qurbanov adına Musiqili Komediya teatrında dekorçu rəssam və Azərbaycan Rəssamlar İttifaqının istehsalat Kombinatında icraçı heykəltaraş işləmişdir. 1985-ci ildə Yuri Qaqarin adına Məktəblilərin yaradıcılıq evində rəsm və heykəltaraşlıq müəllimi, eyni zamanda keramika fabrikasında keramikaçı rəssam vəzifəsində işləmişdir. 1987–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini heykəltaraş ixtisası üzrə bitirmişdir. Tələbəlik illərində 1989-cu ildə Rusiyanın Smolensk Vilayəti Qaqarin Şəhərində fərdi sərgi keçirmişdir.
İbrahim şah Qırxlı-Afşar
Sultan İbrahim şah, İbrahim şah Əfşar və ya tam adı ilə İbrahim şah Qırxlı-Avşar (1717–1748) — Əfşarlar xanədanlığından olan 3-cü Azərbaycan, İran vә Xorasan şahı (1748). İbrahim xan Zəhirəddövlənin oğlu Məhəmmədəli xan 1717-ci ildə Xorasan əyalətinin Əbivərd ətrafında anadan olmuşdu. 1738-ci ildə, atasının ölümündən sonra İbrahim xan adı ilə Azərbaycanın bəylərbəyi təyin olunmuşdu. 1748-ci ilin sonunda qardaşı Adil şahı taxtdan salıb gözlərinə mil çəkən İbrahim xan özünü şah еlan etdi. Urmiya vilayətinin hakimi Mehdi xan Qasımlı-Avşar İbrahim şahın yanına gəldi. Marağada qoşuna çatdı. Miyandab ətrafında İbrahim şahla birləşdi. Ordan Əmiraslan xanın üstünə getməyi qərarlaşdılar. Leylan çəmənində iki qoşun qarşılaşdı. Savaş əsnasında Şəqaqi atlıları İbrahim şahın yanına gəldilər.

Значение слова в других словарях