Agent-transfer

Agent-transfer Qiymətli kağızlar bazarında reyestr saxlayıcısı və qeydiyyatdan keçmiş şəxslər və ya onların səlahiyyətli nümayəndələri arasında vasitəçilik funksiyasını həyata keçirən hüquqi şəxs. Agent-transfer reyestr saxlayıcısı ilə bağlanmış müqavilə əsasında fəaliyyət göstərir və qiymətli kağızlar bazarının peşəkar iştirakçısı sayılır. Agent-transfer qeydiyyatdan keçmiş şəxslər və ya onların səlahiyyətli nümayəndələrindən reyestrdə lazımi əməliyyatlar aparmaq üçün zəruri olan məlumatların və sənədlərin qəbul edilməsi və reyestr saxlayıcısına verilməsi, həmçinin, reyestr saxlayıcısından qarşı tərəfə lazım olan məlumat və sənədlərin qəbul edilməsi və ötürülməsi funksiyalarını həyata keçirir. Agent-transfer qeydiyyatdan keçmiş şəxslər üçün reyestrdə hər hansı bir digər əməliyyat aparılması, hesabların açılması, bu hesablar üzrə əməliyyatların aparılması və s. bu kimi digər funksiyaları həyata keçirmək səlahiyyətinə malik olmur.
Agent müqaviləsi (sığorta üzrə)
“Ağ cəngavər”
OBASTAN VİKİ
Agent-transfer
Transfer pəncərəsi
Transfer pəncərəsi — bir futbol klubunun daha əvvəl başqa klubla müqaviləsi olan oyunçuları il ərzində öz siyahısına əlavə edə biləcəyi dövrdür. Belə bir transfer futbolçunun FİFA vasitəsilə yeni klubuna qeydiyyatı ilə tamamlanır.
Agent 007
Ceyms Bond, həmçinin Agent 007 — Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanı. Fleminq bu personajı 1952-ci ildə yaratmış və ona aid çoxlu əsərlər yazmışdır. Bu personajın ekranlaşdırılmasına əsasən onun ölümündən sonra, 1964-cü ildən etibarən başlamışlar. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson yazmışlar. Əvvəllər bu personaj kitablara əsasən tanınırdısa hal-hazırda onu əsasən filmlərdən tanıyırlar. Ceyms Bond rolunda rəsmi filmlərdə indiyədək 6 aktyor oynamışdır: Şon Konneri (1962–1967; 1971) Corc Leyzenbi (1969) Rocer Mur (1973–1985) Timoti Dalton (1987–1989) Pirs Brosnan (1995–2002) Deniel Kreyq (2006-) Ceyms Bond əslində kim idi?
Agent 47
Agent 47 — Hitman adlı videooyun seriyasındakı xəyal məhsulu olan bir baş qəhrəmandır. IO Interactive tərəfindən hazırlanmışdır və səsləndirməsini David Bateson etməkdədir. Agent 47, 5 sentyabr 1964-cü ildə Rumıniyada alman həkim Otto Wolfgang Ort-Meyer tərəfindən genetikası dəyişdirilərək yaradılmış birinci sinif bir insan klonudur. Agent 47 doğulduğunda ona ad yerinə ona təyin edilən 640509–040147 kodu verilmişdir və eyni zamanda bu kod başının arxasında barkod şəklində bir döymə olaraq görünməkdədir. Agent 47'nin adı isə bu kodun son iki rəqəmindən alınmışdır. Ümumiyyətlə qara kostyumlu, qırmızı qalstuklu, qara əlcəkli bir şəkildə görünür və Silverballer adındakı silahını heç bir zaman yanından ayırmaz. Xarakterik olaraq, Agent 47 lazımsız danışıqlardan qaçınan, soyuq qanlı, ətrafını yaxşı gözləyəbilən, hissləri qüvvətli və ən əsası hər zaman qarşılaşdığı hadisələr əsnasında tez və alternativ vəziyyətləri düşünə bilən ağıllı bir agentdir. Ətrafındakı hər cür əşyanı silah olaraq istifadə edə bilməsi və müxtəlif silah növlərini ustalıqla istifadə onu digər təhsilli agentlərdən və suiqəstçilərdən üstün etmişdir. Agent 47 Beynəlxalq Kontrakt Agentliyinə bağlı olaraq çalışan bir sui-qəsdçi, eyni zamanda bir agentdir. Vəzifələri və ya hədəfləri haqqındakı xülasə məlumatları, yenə eyni kontrakt agentliyində çalışan Diana Burnwood adlı xanımdan alır.
Agent əməliyyatları
Agent əməliyyatları – bir tərəfin (agentin) tabeliyində olmadığı digər tərəfin (prinsipalın) hesabına və onun adından əmtəələrin, aktivlərin, yaxud onlara olan hüququn müəyyən ərazidə satılması və ya alınması ilə bağlı həyata keçirdiyi ticarət-vasitəçilikdən ibarət faktiki və hüquqi hərəkətlər. Agent əməliyyatları agent sazişi – agentlə prinsipal arasında onların qarşılıqlı hüquqları və vəzifələri barəsində yazılı şəkildə bağlanmış müqavilə əsasında icra edilir. Müqavilədə təmsilçi, komisyonçu, müvəkkil və yaxud alıcı kimi göstərilən agentin iş şərtləri, həmçinin vasitəçiliyə görə ona veriləcək haqqın (qonorarın) ödəniş forması, üsulu və miqdarı şərtləndirilir. Sənəd də həmçinin tərəflərin öhdəlikləri yerinə yetirmələrinin sferası, xarakteri və qaydası; sazişin fəaliyyət müddəti, tətbiq edilən sanksiyalar və mübahisələrin həlli qaydaları göstərilir. Prinsipal agentə verilən səlahiyyət hüququnun, həmçinin məhsulun qiyməti, reklamı və satışı üzrə məhdudiyyətlərin hədlərini, zəruri olan minimum dövriyyəyə görə mükafatın ölçüsünü göstərməyə borcludur. Məhsulların təhvil verilməsi, anbarda saxlanması, çatdırılması müddəti və üsullarına aid qaydaları, təminat möhləti və mənimsəmə dövründə xidmət göstərilməsi qaydalarını da prinsipal müəyyən edir. Agent müqavilənin yerinə yetirilməsi məqsədilə üçüncü şəxslə subagent müqaviləsi bağlamaq hüququna malikdir, lakin subagentin hərəkətlərinə görə prinsipal qarşısında özü cavabdehdir. Maliyyə-kredit əməliyyatlarını həyata keçirən agentlər, bir qayda olaraq, ayrı-ayrı tapşırıqların icrası üzrə ixtisaslaşırlar. Dövlət orqanları onların fəaliyyətini əksər hallarda lisenziyalaşdırır və nəzarətdə saxlayır. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
İqtisadi agent
İqtisadi agent — müəyyən müddət ərzində başqasının tapşırığı ilə və onun hesabına istehsal, satış, tədarük, topdan satış ticarəri üzrə fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərdir; onların əqd sənədlərinə imza etmək hüququ olmur; öz xidmətlərinə görə sifarişçidən — müqavilə əsasında — müəyyən məbləğdə haqq alır. Məsələn, alıcılar (istehlakçılar) və satıcılar (istehsalçılar) vahid bazarın qismən tarazlıq modellərində iki ümumi agent növüdür. Makroiqtisadi modellər, xüsusən də açıq şəkildə mikro təməllərə əsaslanan dinamik stoxastik ümumi tarazlıq modelləri, ev təsərrüfatlarının, firmaların və hökumətlərin və ya mərkəzi bankların iqtisadiyyatdakı əsas agent növləri olduğunu göstərir. Bu agentlərin hər biri iqtisadiyyatda bir neçə rol oynaya bilər; evlər, məsələn, modeldə istehlakçı, işçi və seçici rolunu oynaya bilər. Bəzi makroiqtisadi modellər işçilər və alıcılar və ya kommersiya bankları kimi daha çox agent növünü ayırd edir. Agent termini əsas agent agentləri üçün də istifadə olunur; bu halda konkret olaraq direktor adından fəaliyyət göstərməkdə ittiham olunan birinə aiddir. Agent əsaslı bir hesablama iqtisadiyyatında, aidiyyəti agentlər, real insanlar deyil, məkan və zamandakı “qaydalara görə qarşılıqlı fəaliyyət kimi modelləşdirilmiş hesablama obyektləridir”. Qaydalar müəyyən edilmiş stimul və məlumatlara əsaslanan davranış və sosial qarşılıqlı əlaqəni modelləşdirmək üçün hazırlanmışdır. Agent anlayışı, dinamik çox agentlikli iqtisadi sistem kontekstində digər bu cür subyektlərlə qarşılıqlı fəaliyyət göstərən hər hansı bir daimi fərdi, sosial, bioloji və ya fiziki şəxs kimi şərh edilə bilər. Alıcı və satıcılara uzun müddət müvəkkillik etməkdən ibarətdir.
Xarici agent
Xarici agent (rus. иностранный агент) — Rusiyada xaricdən dəstək alan və ya "xarici təsir" altında olan şəxslərə verilən status. Anlayış 2012-ci ildə "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərin qəbulundan sonra ortaya çıxdı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və qanunun tərəfdarları qanunun ABŞ-nin FARA qanunundan(en) daha yüngül olduğunu bildirirlər. 29 iyun 2012-ci ildə təqdim olunan "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklər 13 iyul 2012-ci il tarixində Rusiya Federasiyası Dövlət Duması tərəfindən qəbul edildi. 2 dekabr 2022-ci il tarixinə qədər "xarici agent" kimi tanınan rusların 18%-nə cinayət işi açılıb. 25 noyabr 2017-ci ildə ABŞ Ədliyyə Departamentinin Russia Today və Sputnik xəbər agentliklərinin xarici agent kimi qeydiyata almasına cavab olaraq Rusiya, kütləvi informasiya vasitələrinin xarici agent kimi qeydiyata alına biləcəyi qanunu təsdiqlədi."Xarici agent" anlayışı aşağıdakılara şamil edilmir: qeydiyyatdan keçmiş dini qurumlara dövlət korporasiyaları və dövlət şirkətləri, habelə onların yaratdığı QHT-lərə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqında(ru), Ticarət və Sənaye Palatasında və digər biznes birliklərində çalışan əcnəbilərə İlya Varlamov(ru) Rövşən Əsgərov Maksim Qalkin(ru) Morqenştern(ru) Oxxxymiron Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin və bir sıra qeyri-hökumət qrupları qanunun konstitusiya müddəalarını pozduğunu iddia etdilər. Avropa Şurasının baş katibi Turbyorn Yaqland Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı qanunla bağlı narahatlığını ifadə edərək bildirib ki, "Qanun QHT ictimaiyyətinə pis təsir göstərə bilər, xüsusən də bu qanun düzgün şəkildə tədbiq olunmazsa." Oxxxymiron — "Agent"(rus.
Hypertext Transfer Protocol
HTTP (ing. HyperText Transfer Prоtocоl – İnternet şəbəkəsində istifadə olunan protokoldur. HTTP veb-səhifələri İnternetdən çağırmaq üçün bir mexanizmdir. HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (FTP) və ya Gopher. Tiplərin ardınca serverin HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir.
Xarici agent (Rusiya)
Xarici agent (rus. иностранный агент) — Rusiyada xaricdən dəstək alan və ya "xarici təsir" altında olan şəxslərə verilən status. Anlayış 2012-ci ildə "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərin qəbulundan sonra ortaya çıxdı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və qanunun tərəfdarları qanunun ABŞ-nin FARA qanunundan(en) daha yüngül olduğunu bildirirlər. 29 iyun 2012-ci ildə təqdim olunan "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklər 13 iyul 2012-ci il tarixində Rusiya Federasiyası Dövlət Duması tərəfindən qəbul edildi. 2 dekabr 2022-ci il tarixinə qədər "xarici agent" kimi tanınan rusların 18%-nə cinayət işi açılıb. 25 noyabr 2017-ci ildə ABŞ Ədliyyə Departamentinin Russia Today və Sputnik xəbər agentliklərinin xarici agent kimi qeydiyata almasına cavab olaraq Rusiya, kütləvi informasiya vasitələrinin xarici agent kimi qeydiyata alına biləcəyi qanunu təsdiqlədi."Xarici agent" anlayışı aşağıdakılara şamil edilmir: qeydiyyatdan keçmiş dini qurumlara dövlət korporasiyaları və dövlət şirkətləri, habelə onların yaratdığı QHT-lərə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqında(ru), Ticarət və Sənaye Palatasında və digər biznes birliklərində çalışan əcnəbilərə İlya Varlamov(ru) Rövşən Əsgərov Maksim Qalkin(ru) Morqenştern(ru) Oxxxymiron Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin və bir sıra qeyri-hökumət qrupları qanunun konstitusiya müddəalarını pozduğunu iddia etdilər. Avropa Şurasının baş katibi Turbyorn Yaqland Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı qanunla bağlı narahatlığını ifadə edərək bildirib ki, "Qanun QHT ictimaiyyətinə pis təsir göstərə bilər, xüsusən də bu qanun düzgün şəkildə tədbiq olunmazsa." Oxxxymiron — "Agent"(rus.
Agent Herrit: Bloq müharibəsi
Agent Herrit: Bloq müharibəsi — 2010-cü ildə çəkilən orijinal Disney Channel filmidir.
Agent Eva (film, 2020)
Agent Eva — 2020-ci ildə Tate Taylorun rejissorluğu ilə çəkilmiş, Metyu Nyuton tərəfindən ssenarisi yazılmış və Chastainin prodakşnı olan Freckle Films tərəfindən istehsal olunan Amerika döyüş triller filmidir. Filmdə baş rolları Cessika Çesteyn, Con Malkoviç, Common, Cina Devis, Kolin Farrell, Yoan Qriffit və Con Çen canlandırmışdırlar. Stephen Goldblatt filmin quruluşçu rejissoru olmuşdur.
Agent 007: Spektr (film, 2015)
Spektr (ing. Spectre) — rejissor Sem Mendes tərəfindən 2015-ci ildə ekranlaşdırılmış film. Əsas rolları Deniel Kreyq, Kristof Valts və Lea Seydu ifa edirlər. Keçmişdən gələn şifrəli mesaj nəticəsində Ceyms Bond əvvəlcə Mexikoya və sonra gözəl Lüsiya ilə tanış olacağı Romaya yollanır. Burada Bond "Spektr" adlı gizli bir təşkilatın varlığını aşkar edir. O, bu təşkilatın cinayətlərini üzə çıxarmaq üçün köhnə düşməni Mistr Vaytın qızı Madleni axtarır. Bond təşkilatın içində irəliyə doğru hərəkət etdikcə Frans Oberhauzer və onunlar bağlı heyrətamiz məqamların üstü açılır.
Hitman: Agent 47 (film, 2015)
Film 2000-ci illərin məşhur video oyununun motivləri əsasında lentə alınıb. Baş qəhrəman gen mühəndisliyinin son məhsulu, ideal qətl maşını "Hitmen – 47 nömrəli agentdir". Adi insanlardan daha çevik, daha güclü və daha ağıllıdır. Emosialar və duyğular ona yaddır, ifrat dərəcədə soyuqqanlı olduğundan ən çətin şəraitlərdə belə tapşırıqları qüsursuz yerinə yetirir. Agent adlandırılan elit, səssiz qatillərin təşkilatına aiddir. Soyuq müharibənin ən qızğın vaxtında hərbi genetik super əsgərlərin hazırlanması üzrə məxfi layihə üzərində çalışıb. Bir çox dünya qüvvələrinin hədəfində olduğundan hər kəsdən gizlənir. Alimi tapmaq cəhdləri heç bir nəticə vermir. Yeganə ipucu onun qızı Katerinadır. Agent 47-i onun izinə düşüb və qarşısına çıxan bütün maneələri aradan qaldırır.
Agent Herrit: Bloq müharibəsi (film, 2010)
Agent Herrit: Bloq müharibəsi — 2010-cü ildə çəkilən orijinal Disney Channel filmidir.

Значение слова в других словарях