Airbus

der; -ses, -se hava avtobusu, böyük təyyarə
Airbag
Airconditioning
OBASTAN VİKİ
Airbus
Airbus S.A.S (Fransızca: (S)ociété par (a)ctions (s)implifiée) — təyyarə və hava nəqliyyatı istehsal edən şirkət. 1970-ci ildə fransız-alman ortaqlığı əsasında yaradılmışdır. Şirkət müasir dövrdə Almaniya, Fransa, İspaniya, İngiltərə və Niderland şərikliyindən ibarətdir. Qərargahı Fransanın Tuluza şəhərindədir.
Airbus A220
Airbus A220, həmçinin əvvəllər Bombardier CSeries (və ya C Series) kimi tanınan — Bombardier Aerospace şirkəti tərəfindən istehsal olunan, iki mühərrikli dar füzelyajlı reaktiv sərnişin təyyarələr ailəsi. 2017-ci ilin oktyabrında Airbus şirkəti tərəfindən C Series proqramının 50,01% aksiyalar paketini əldə etdi, müqavilə (razılaşma) 2018-ci ilin iyulunda tamamlandı. Bombardier Aerospace-də aksiyaların 31%, Investissement Québec-də isə - 19% qaldı. Hal-hazırda 108-130 yerlik A220-100 (əvvəllər CS100) və 130-160 yerlik A220-300 (əvvəllər CS300) təyyarə növləri ilə təmsil olunur. İlk uçuş 2012-ci ilin ikinci yarısına planlaşdırılmışdır, lakin, sonra 2013-cü ilin iyun ayına keçirilmişdir. Nəticə etibarı ilə Bombardier CS100-ün ilk uçuşu 16 sentyabr 2013-cü ildə baş tutdu. İstismarçıya ilk çatdırılma 2014-cü ilin sonuna planlaşdırılmışdır, lakin sonra 2015-ci ilin ikinci yarısına keçirilmişdir. 18 dekabr 2015-ci ildə CS100 Transport Canada sertifikatını almış və 15 iyul 2016-cı ildən Swiss International Air Lines tərəfindən istismar olunur. 130-160 yerlik CS300 ilk uçuşu 27 fevral 2015-ci ildə baş tutub və 14 dekabr 2016-cı ildən AirBaltic tərəfindən istismar olunur. 1 iyul 2018-ci ildən, Airbus şirkəti tərəfindən C Series proqramının idarə aksiyalar paketinin alınması ilə əlaqədar olaraq, seriya Airbus A220 adlandırıldı.
Airbus A320
Airbus A320 — “Airbus S.A.S” şirkəti tərəfindən istehsal olunan dar füzelyajlı təyyarələr ailəsi. 1988-ci ildə buraxıldığı zaman müəyyən məsafədən elektrik idarəetmə sistemi quraşdırılmışdır (EİS, ing. fly-by-wire) və dünyada bu sistemi istifadə edən ilk kütləvi sərnişin təyyarəsi oldu. Airbus A320 ailəsinə əsas rəqib olan Boeing 737 ailəsidir. 2008-ci ilin fevral ayına qədər Airbus A320 yalnız Tuluzada yığılırdı. Lakin, 2008-ci ilin mart ayından, yüksək tələbat səbəbindən, həmçinin Hamburg-Finkenverder zavodunda da yığılmağa başlandı. Komponentlər Airbus şirkətinin müxtəlif zavodlarından Hamburqa (A318, A319, A321) və Tuluzaya (A320) yekun montaj (yığılma) üçün daşınır. Demək olar ki, bütün daşımalar Beluga A300-600ST-də aparılır. Airbus S.A.S. üçün ən böyük problem ABŞ dollarının aşağı kursu olmasıdır: istehsalın çox hissəsi avrozonada yerləşməsinə baxmayaraq, bütün ödənişlər ABŞ dolları ilə aparılır. 2014-cü ildən Airbus şirkəti Airbus A320neo yeni nəsil təyyarələrin buraxılmasına başlayıb.
Airbus A380
Airbus A380 — Airbus tərəfindən istehsal edilən iki mərtəbəli, geniş gövdəli, dörd mühərrikli təyyarə. Dünyanın ən böyük sərnişin təyyarəsi olduğu üçün hava limanı operatorları onu qəbul etmək üçün hava limanında təkmilləşdirmə işləri aparırlar. İlk adı Airbus A3XX idi və təyyarə bazarında Boeing-ə meydan oxuyurdu. Airbus A380 ilk uçuşunu 27 aprel 2005-ci ildə etmişdir. İstismara isə 25 oktyabr 2007-ci ildə Singapore Airlines tərkibində buraxılmışdır. Daha yaxşılaşdırılmış versiyası olan A380plus hələ inkişaf mərhələsindədir. A380-nin üst hissəsi gövdənin bütün uzunluğu boyunca uzanır. Alt göyərtədən daha dar olsa da, digər geniş gövdəli təyyarələrinin eni ilə müqayisə edilə bilər. A380-800 kabininin 550 kvadrat metrlik istifadə edilən sahəsi, Boeing 747-8-dən 40% çoxdur və tipik üç sinif konfiqurasiyasında 525 sərnişin tutumu mövcuddur. A380-800, 8.500 dəniz mili (15.700 km) dizayn aralığına malikdir.
Airbus A400M
Airbus A400M Atlas dörd turbopərvanə motorlu, Avropalı millətlərin hərbi havadan daşıma istəklərini qarşılaya bilmək məqsədi ilə Airbus Military tərəfindən hazırlanmış bir təyyarədir. Layihə başlanğıcından daha sonrakı tarixlərdə Malayziya tərəfindən də sifariş edilmişdir. Gələcəyin Beynəlxalq Hərbi nəqliyyat təyyarəsi (Future International Military Airlifter (fima)) olaraq başladılan Layihə, C-130 Hercules və C-160 Transallın yerinə keçməsi məqsədi ilə Aerospatiale, British Aerospace, Lockheed və MBB firmaları tərəfindən 1982-ci ildə planlanmışdır. Dəyişən tələblər və beynəlxalq siyasi görüşlər səbəbi ilə yavaş bir irəliləmə təmin edildi. 1989-cu ildə Lockheed qrupdan ayrıldı və ikinci nəsil Hercules, C-130J, üzərində işə başladı.Alenia və CASA in də əlavə olunması ilə fima qrupu Euroflaga çevrildi. Tərəfdaş ölkələr olan Fransa, Almaniya, İtaliya, İspaniya, Birləşmiş Krallıq, Türkiyə, Belçika və Lüksemburq May 2003-də 212 ədəd təyyarə alışı üçün imza atdılar. Bu ölkələr OCCARı A400M tədarük rəhbərliyi ilə vəzifələndirdilər. İtalyanın layihədən çəkilməsinin və tədarük sayının nəzərdən keçirilməsinin ardından ehtiyac, 180 təyyarə üçün, ilk uçuşun 2008 və ilk təhvilvermə 2009-da olacağı şəkildə dəyişdirildi. 28 Aprel 2005-də Cənubi Afrikada ortaqlıq proqramına daxil oldu. Airbus A400M, əslən yerinə keçməsinin hazırlandığı köhnə versiya Hercules və Transallın nəqliyyat və mənzil dəyərlərinin üstün olacaq.
Airbus Helicopters
Airbus Helicopters — Airbus şirkətinin helikopter istehsal edən hissəsi. Gəlirləri və turbin vertolyotların hazırlanması baxımından sənayedə ən böyüyüdür. Baş ofisi Marsel Provans Hava Limanında yerləşir.
Airbus A400M Atlas
Lockheed C-130 Hercules hərbi nəqliyyat təyyarəsi.