AKAR

(Türkmən) qabarıq dərə termininin sinonimi. aкар akar
AXMAZ
AKKUMULYASİYA
OBASTAN VİKİ
Akar
Hulusi Akar
Hulusi Akar (12 mart 1952, Kayseri) — Türkiyənin sabiq milli müdafiə naziri (2018-2023). == Həyatı == Ordu generalı Hulusi Akar, 1972-ci ildə Türkiyə Quru Qoşunları Məktəbini və 1973-cü ildə Quru Qoşunları Piyada Məktəbini bitirmişdir. 1973–1980-ci illərdə müxtəlif birliklərdə və Quru Qoşunları Hərb Məktəbində Komanda Korpus Komandanlığı və Məlumat Əməliyyat xidmətinin zabiti vəzifələrində çalışmışdır. 1982-ci ildə Quru Qoşunları Hərb Akademiyasından, 1985-ci ildə Silahlı Qüvvələr Akademiyasından, 1987-ci ildə ABŞ Silahlı Qüvvələri Qərargah Kollecindən məzun oldu. Ali Baş Qərargahda daxil olmaqla müxtəlif qərargahlarda və birliklərdə Hərəkət və Təhsil rəisi, İcra zabitliyi və şöbə müdiri vəzifələrini icra etmişdir. Bundan başqa Quru Qoşunları Hərbi Akademiyanın Tədris işçisi və 1990–1993-cü illərdə İtalyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargahında Kəşfiyyat zabiti vəzifələrini icra etmişdir. 1993–1994-cü illərdə Türkiyə Quru Qoşunları Komandanlığının Xüsusi Qələm və Mətbuat, İctiamiyyətlə Əlaqələr Şöbəsi müdiri, 1994–1997-ci illərdə Ali Baş Qərargahın Xüsusi Qələm müdiri vəzifələrini yerinə yetirmiş, 1997–1998-ci illərdə isə Bosniya və Herseqovina Türk Vəzifə Qüvvələri Komandanlığında işləmişdir. 1998-ci ildə Briqada generalı rütbəsi ilə təltif edilmiş və bu rütbə ilə 1998–2000-ci illərdə Tuncəlidə Daxili Müdafiə Briqada Komandanlığı, 2000–2002-ci illərdə İtaliyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargah Plan və Prinsiplər şöbəsində işləmişdir. 2002-ci ildə general-mayor rütbəsi ilə təltif edilmişdir. General-mayor rütbəsi ilə 2002–2005-ci illərdə Quru Qoşunları Komandanlığı, 2005–2007-ci illərdə Quru Qoşunları Hərbi Akademiyası Komandanlığı vəzifələrini icra etmiş və 2007-ci ildə xidmətlərinə görə general-leytenant rütbəsi ilə təltif edilmişdir.
Akaralogiya
Akaralogiya (q.yun. ἄκαρι (akari) «gənə» və λόγος (loqos) «öyrənirəm» sözlərindən) — zoologiyanın gənələri öyrənən bölməsi. Akarologiyanın baytarlıq, tibb, ümumi və kənd təsərrüfatı sahələri var. Akarologiyanın əsas məsələləri, ilk növbədə, baytarlıq və təbabətdə birlikdə öyrənilir, çünki bir çox gənə heyvanların və insanların parazitar və yoluxucu xəstəliklərinin patogenlərinin daşıyıcısıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == D. E. Walter & H. C. Proctor (1999). Mites: Ecology, Evolution and Behaviour. University of NSW Press, Sydney and CABI, Wallingford. ISBN 978-0-86840-529-2. Alberti, Gerd (2010). "A Manual of Acarology".
Akarapidoz
Akarapidoz və ya akaroz — yetkin arıların invazion xəstəliyi. Törədicisi "Acarapis Woodi Rennie" gənəsidir. Xəstəlik arılar vasitəsilə yayılır. == Əlamətləri == Arılar qanadlarını aralayıb sürünür, böyrü üstü düşür. qıc olur. == Profilastikası == Baytarlıq-sanitariya tədbirləri, karantin. == Müalicəsi == Metilsalisilat və ya etilsalisilat, çex preparatı benzin-etil-formnat, folbeks, efirsulfonat.
Akarej
Akarej — bir neçə soyulmuş lobya və sonra palma yağında həddindən artıq çox qızardılmış bir yeməkdir. Qərbi Afrika və Braziliya mətbəxlərində bu yemək yeyilir. Yemək ənənəvi olaraq Braziliyanın şimal-şərqindəki Bahia əyalətində, xüsusilə Salvador şəhərində vardır. Acarajé Candomblé mənası "tanrılara bir qurban kimi xidmət edən" deməkdir. Bu yemək Qərbi Afrika tərəfindən yeyilib və Nigeriya, Qana, Toqo, Benin, Mali, Qambiya və Sierra Leonedə müxtəlif formalarda tapıla bilər. Akarej, böyük bir şəkildə doğranmış və müştərilərin önündəki qabda palma yağı içində dərin qızardılmış yeməkdir. Yeməyin komponentləri doğranmış soğan, təzə hazırlanmış qara gözlü bibərlərlə hazırlanmışdır. Yarım hissələrə bölünür. Vegetariyan versiyası adətən isti bibər və yaşıl pomidor ilə bişirilir. Vegetariyan versiyasında da yemək həmin qaydada bişirilir.
Akariform gənələr
Akarifon gənələr (lat. Acariformes) — Hörümçəkkimilər sinfinə aid dəstə. == Haqqında == Gənəkimilər arasında bu dəstə ən böyüyü olub, 30000-dən artıq növü birləşdirir, özü də bu rəqəm gerçəklikdən çox uzaqdır. Akariform gənələrin növmüxtəlifliyi çox zəngindir. Bu dəstənin gənələri qalan bütün araxnidlərlə müqayisədə yumurtadan daha erkən inkişaf mərhələsində, qısa qarınlı altıayaqlı sürfə şəklində çıxırlar. Sürfə nimfaya çevrilir, o da üç dəfə qabığını dəyişərək yaşlı gənəyə çevrilir. Nimfal dövr ərzində qarıncığın seqmentləri və dördüncü cüt ətraflar əmələ gəlir. Akariform gənələrin xırda bir ibtidai qrupu vardır ki, onlarda həyat forması sürfədən yaşlı fərdə kimi dəyişmir. İbtidai formalar bütün ömürlərini nəm torpaqda çürümüş bitki qalıqları arasında keçirirlər və başqa gənələrə xas olan keçid fazaları onlarda olmur. Onlar həddən artıq nəmişlik sevəndirlər.
Akarospora
Akarospora (Acarospora) — akarosporakimilər fəsiləsindən olan şibyələr cinsi. Tallomu ərpli, yaxud pulcuqlu, sarımtıl, yaxud qəhvəyidir; substrata hiflərlə yapışır. Fotosintez edən komponenti yaşıl trebuksiya yosunudur. Daşların üzərində, bəzən torpaqda, digər şibyələrin tallomunda bitir. Süxurların bioloji aşınmasında iştirak edir.
Barış Akarsu
Barış Akarsu (29 iyun 1979, Zonquldak, Türkiyə – 4 iyul 2007, Bodrum, Muğla ili, Türkiyə) — Türkiyə müğənnisi və aktyoru idi. Uşaqlıqdan musiqiyə olan marağı səbəbindən müxtəlif alətlərdə ifa etməyi öyrənib. Türk musiqisində rok və Anadolu rok janrlarının önəmli adlarından biri sayılan Akarsu, cəmi 3 il davam edən sıx peşəkar musiqi karyerasında əhəmiyyətli bir pərəstişkar topladı. O, gənc yaşlarında dünyasını dəyişsə də, qoyduğu musiqi irsi onu sevən və hörmət edən dinləyicilərin yaddaşında hələ də qalmaqdadır. 2004-cü ildə dostlarının təkidi ilə Barış Akarsu peşəkar şəkildə musiqi yaratmaq məqsədi ilə ATV-də yayımlanan Akademi Türkiye adlı müsabiqəyə qatılır. O, uzun müddət yarışmaya qatılıb və Haluk Levent, Deniz Arçak kimi bir çox adla duetlər ifa edib. Müsabiqədə qalib gəldikdən sonra ilk albomunun hazırlığına başladı. 2005-ci ilin yanvar ayında, təxminən beş ay işlədikdən sonra, "Islak Islak" adlı ilk albomunu buraxdı. Bu albomdan ilk olaraq sözləri və musiqisi Cem Karacaya aid olan və albomla eyni adda olan "Islak Islak" mahnısını çıxarıb. İlk albomundakı mahnısı ilə yanaşı, "Mavi", "Kimdir O", "Bir Kasaba Akşamı" və "Amasra" kimi digər mahnıları da yüksək qiymətləndirilib və bu mahnılara kliplər də çəkilib.
Akarnanika
Akarnanikа (yun. Ακαρνανικά όρη) —Yunanıstanda, Qərbi Yunanıstanın periferiyasında Etoliya və Akarnaniya periferik vahidinin şimal-qərbində yerləşən dağlar. Ən yüksək zirvəsi dəniz səviyyəsindən 1589 m hündürlükdə olan Psili Korifi (Ψηλή Κορυφή – "Hündür zirvə") zirvəsidir. 1428 metr yüksəklikdə Perqandi dağı (Περγαντή) yerləşir. Qərbində İoni dənizi yerləşir.
Akarisidlər
Akarisidlər (q.yun. ἄκαρι – gənə və lat. caedo – öldürmək) — kənd təsərrüfatı bitkilərində, məhsullarda və ev heyvanlarının və quşların parazitlərində gənə ilə mübarizə üçün müxtəlif kimyəvi preparatlar. İstirahət zonalarının akarisid müalicəsi gənə ensefaliti və laym xəstəliyi kimi gənə infeksiyalarının qarşısının alınmasının tərkib hissəsidir. Akarisidlərə kükürd və müxtəlif kükürd, xlor və üzvi fosfor birləşmələri, bəzi piretroidlər (sipermetrin) və antibiotiklər (avermektin) daxildir.
Akarnaniya
Şablon:Историческая область Akarnaniya (q.yun. Ἀκαρνανία, lat. Acarnania) — mərkəzi Yunanıstanın qərb sahilində yerləşən tarixi region. Hal-hazırda Qərbi Yunanıstan periferiyasında Etoliya və Akarnaniya periferik vahidinin bir hissəsidir. Şimaldan Amvrakiya körfəzi, cənubdan Kalidon körfəzi, şərqdə Axeloos çayı boyunca Etoliya ilə həmsərhəd idi. Akarnaniya ilə üzbəüz dənizdə Odisseyin doğulduğu İtaka və bir çox başqa adalar var. Akarnaniya sakinləri əsasən əkinçiliklə məşğul olurdular. Sahildə yerləşməsinə baxmayaraq, bölgənin sakinləri, digər yunanlardan fərqli olaraq, yelkənə meylli deyildilər.