AKKRESİYA

is. \[lat. accretio "genişləndirmə, artırma"\] hüq. Beynəlxalq hüquqda dövlətin ərazisinin yeni yaranmış quru sahələr hesabına təbii genişlənməsi.
AKKREDİTİV
AKRİL
OBASTAN VİKİ
Akkresiya
Akkresiya – maddənin əhatə fəzasından kosmik cismin səthinə düşməsi. Akkresiyaya əks proses maddənin axıb getməsidir. Sıx yerlə şən iki ulduzdan biri o birinə (ağ cırtdana, neytron uld uzuna) və ya qara deşiyə intensiv sürətdə maddə verəndə Akkresiyanın rolu artır. Yeni ulduzların alışmasının ən çox ehtimal olunan səbəbi ağ cırtdanlara Akkresiyalar hesab edilir. Axıb tökülən maddədə adətən hidrogen üstünlük təşkil edir. Ağ cırtdanların özündə isə hidrogen olmur, çünki ağ cırtdan yarananda termonüvə reaksiyaları nəticəsində o, heliuma çevrilir. Ulduzun səthinə düşən hidrogen toplanır və hidrogenin termonüvə reaksiyasının başlanması üçün kifayət edən tempraturadək qızır. Əgər reaksiya istiliyinin ayrılma sürəti istiliyin ötürülmə sürətindən böyük olarsa, yeni ulduzun alışması kimi müşahidə edilən istilik partlayışı baş verir. Neytron ulduzuna və ya qara deşiyə Akkresiya kosmik rentgen şüalanmasının impuls mənbələrinin – rentgen barsterlərinin təbiətini izah edən mexanizm kimi təklif olunmuşdur. Cavan neytron ulduzları – pulsarlar yüksək enerjili zərrəciklərin güclü mənbəyi olduğuna görə, onlara Akkresiya çətinləşir.

Значение слова в других словарях