aktrisa
aktrisalıq
OBASTAN VİKİ
Aktrisa
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Müğənni
Müğənni — peşəkarcasına mahnı oxuyan; mahnı, romans, ariya, xor və s. vokal musiqisi ifa edən şəxs. Müğənni — vokalistin bariz nümunəsi.
Aktrisa (dəqiqləşdirmə)
Aktrisa
Mandakini (aktrisa)
Mandakini (hind मन्दाकिनी, ing. Mandakini, əsl adı — Yasmin Cozef (ing. Yasmeen Joseph; 30 iyul 1969 və ya 30 iyul 1963, Merath, Uttar Pradeş) — aktrisa. == Həyatı == Anası Kayna Manqu müsəlman-hindli, atası Hindistanda doğulmuş Ceng Cozef katalik-ingilisdir. == Filmoqrafiya == Qanq, sənin suların bulanıb (film, 1985) / Ram Teri Ganga Maili Məhəbbət toru (film, 1986) / Jaal == İstinadlar == == Xarici keçidlər == Mandakini (aktrisa) — IMDb səhifəsi Vikianbarda Mandakini (aktrisa) ilə əlaqəli mediafayllar var. Мандакини на VIAF Мандакини на GND. Мандакини Arxivləşdirilib 2014-02-17 at the Wayback Machine // The price of fortune Мандакини Arxivləşdirilib 2013-07-07 at the Wayback Machine // The times of India Мандакини // The times of India Мандакини // archive.mid-day.com Мандакини Фотографии и информация о Мандакини на сайте "Индия ТВ" Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine Интервью Мандакини на сайте "Индийские песни. Ru". 8.3.2010 Интервью Мандакини на сайте "Индийские песни. Ru".
Mümtaz (aktrisa)
Mümtaz (Hindcə: मुमताज़ Ərəbcə: ممتاز) (31 iyul 1947, Bombey, Britaniya Hindistanı) — Hindistan aktrisası. == Həyatı == Mümtaz 31 iyul 1947-ci ildə Hindistanın Mumbay şəhərində doğulub. 1961–1963-cü illərdə 6 filmə çəkilmişdi.
Nanda (aktrisa)
Nanda (ing: Nanda, 8 yanvar 1939, Kolhapur, Britaniya Hindistanı – 25 mart 2014, Mumbay) – hindistanlı aktrisadır. Az qala 40 illik karyerası ərzində hindi və marathi dillərində 70-ə yaxın filmə çəkilib. Ən yaxşı ikinci plan aktrisası nominasiyasında “Filmfare” mükafatı laureatı olub. Nanda 8 yanvar 1939-cu ildə Kolhapur şəhərində marathi dilində danışan ailədə anadan olub. Atası tanınmış aktyor və rejissor Vinayak Damodar Karnataki (Master Vinayak) anası aktrisa Minaşki olub. Nanda səkkiz yaşında olanda atasını itirib. Ailənin dolanması üçün uşaq yaşlarından kinoya çəkilib. Karyerasının əvvəlində Bebi Nanda adı altında “Mandir” (1948) və “Jagriti” (1954) filmlərində rol alıb. İlk böyük rolunu 1956-cı ildə əmisinin “Toofan Aur Deeya” adlı filmində oynayıb. Daha çox “Toz içində çiçək” (1959) və “Qara bazar” filmlərində oynadığı ikinci plan rolları ilə yaddaşlarda qalıb.
Alma (müğənni)
Alma — gülçiçəklilər fəsiləsindən bitki cinsi. Alma (meyvə) — meyvəçilikdə əsas yerlərdən birini tutan meyvə. Alma (qəzet) — 2006-cı ildə yaradılmış həftəlik ictimai-siyasi qəzet. Alma (fransız müğənni) — müğənni. Mədəni alma — alma ağacı cinsinə aid bitki növü Çəhrayı alma — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü. == Həmçinin bax == Alma mater — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Alma dolması — almadan hazırlanan dolma. Alma-Ata — Qazaxıstanın ən böyük şəhəri. Alma turşusu və ya oksikəhrəba turşusu — ikiəsaslı oksiturşu. Alma şirəsi, Alma kvası, Alma kompotu, Alma şərbəti – Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Anitta (müğənni)
Larissa de Masedo Maçado (port. Larissa de Macedo Machado; 30 mart 1993, Rio-de-Janeyro) — əsasən Anitta səhnə adı ilə tanınan Braziliya müğənnisi, bəstəkarı, aktrisası, rəqqasəsi, televiziya aparıcısı və iş qadını.
Araş (müğənni)
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir.10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür. Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.
Arəş (müğənni)
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir.10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür. Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.
Asya (müğənni)
Asya — türk müğənni. Musiqiyə meyli ibtidai məktəb illərində başlayan orta məktəb illərində Türk Xalq musiqisi xoruna davam edən Tülay Keçialan,Əskişəhər / Əhməd Qanadlı Liseyində oxuyarkən Milliyyət Qəzeti Liseylər Arası Musiqi Yarışmasında Türk Xalq musiqisi filialında solist olaraq birinci seçilmişdir. Liseydən məzun olduqdan sonra musiqi həyatına Bodrumda başlayan və daha sonra Ankarada davam edən Tülay Keçialan, Nilüfer prodüserliyində hazırladığı ilk albomuna qədər səhnə adı olaraq Tülay Saygın adını istifadə etmişdir. == Albomları == Asya (1994) (1994) Asya (1996) (1996) Günahsız (1999) Dönməm yolumdan (2002) Eşqdir məni gözəl edən (2007) == Digər işləri == Eurovision Mahnı Yarışması Türkiyə Finallarında Selmi Andak Bəstələri (1975 - 1995) , (TRT/2003) , Asiya bu albomda "Zamanda Gəzinti" adlı mahnını şərh etmişdir. Beynəlxalq Mükafatlı Selmi Andak Mahnıları, (Sakman Musiqi/2003) , Asiya bu albomda "Dinlə" adlı mahnını şərh etmişdir. Summer In Turkey, (Sony Musiqi Türkiyə/2003) , Asiya bu albomda "Boşver Həyat Qısa (Remix) " adlı mahnını şərh etmişdir. == Nəşr olunmayan işləri == Qışqır Sevda dağlarına Səhv kimdə (remiks) == Mükafatları == Milliyyət Qəzeti Liseylər Arası Musiqi Yarışması Türk Xalq musiqisi budağında birincilik; 1992 Quşadası Qızıl Göyərçin Mahnı Yarışmasında birincilik.
Avrora (müğənni)
Avrora Aksnes (15 iyun 1996, Stavanqer[d]) — Aurora kimi tanınan Norveçli müğənni, mahnı-müəllifi və musiqi prodüseri. Altı yaşında ilk mahnılarını yazmağı və rəqs etməyi öyrənməyə başlayıb. Onun bəzi mahnıları internetə yükləndikdən və Norveçdə məşhurlaşdıqdan sonra o, 2014-cü ildə Petroleum Records, Decca və Glassnote Records ilə səsyazma müqaviləsi imzaladı. Avrora debüt mini albomu olan "Running with the Wolves" (2015) ilə tanındı, albom "Runaway" hitini ehtiva edirdi.
BamBam (müğənni)
Kunpimook Bhuvakul (tay กันต์พิมุกต์ ภูวกุล ;2 may 1997, Banqkok) səhnə adı ilə BamBam(kor. 뱀뱀;tay แบมแบม) ,taylandlı repçi,müğənni, mahnı müəllifi və Cənubi Koreya-lı oğlan qrupu Got7 -nin üzvüdür. == Bioqrafiya == BamBam 2 may 1997-ci ildə Banqkok,Taylandda doğulmuşdur.Ailəsi anası və üç qardaşından ibarətdir. Atası 3 yaşında ikən dünyasını dəyişmişdir. BamBam, Koreya mədəniyyəti ilə maraqlanırmış və Rain fanatı olaraq anası ilə qrupun bir neçə konsertlərinə getmiş və buna görə müğənni olmaq arzusunda olmuşdur. Ondan ilhamlanaraq, 10 yaşında rəqs etməyə və oxumağı öyrənməyə başladı. O Blackpink üzvü Lisa ilə "We Zaa Cool" rəqs qrupunun bir hissəsi oldu. 2007-ci ildə Tayland Rain Cover Dance Yarışmasında birincilik qazandı və 2010-cu ildə Tayland LG Entertainer Competition -da ikinci oldu. 13 yaşında Taylandda JYP World Tour Audition -dan keçdi və stajyer olmaq üçün Cənubi Koreya-ya köçdü. 9 Aprel 2018-ci ildə, BamBam hərbi xidmətə getmək üçün Taylanda qayıtdı, bölgəsində könüllü və qırmızı vərəqə toplama kvotasına görə xidmətdən azad edildi.
Blanş (müğənni)
Elli Delvo (fr. Ellie Delvaux; d. 10 iyun 1999, Brüssel, Belçika) və ya səhnə adı ilə Blanş (fr. Blanche) — Belçika müğənnisi və bəstəkarı. O, Belçikanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Elli Delvo 10 iyun 1999-cu ildə Belçikanın paytaxt şəhəri olan Brüsseldə anadan olmuşdur. Elli milliyətcə yəhudidir və fransız, idiş, ivrit və ingilis dillərində sərbəst danışa bilir. O kiçik yaşlarında musiqi ilə maraqlanmış və daha sonra musiqili teatrlarda keçirilən dərslərdə iştirak etmişdir. Elli 16 yaşında ikən Belçikanın The Voice səs yarışmasında iştirak etmişdir. == Musiqi karyerası == === 2016: The Voice Belgique === 2016-cı ilin yanvar ayında Blanş Belçikanın The Voice səs yarışmasının beşinci mövsümündə dinləmələrdə iştirak etmişdir.
Bülbül (müğənni)
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir.
Cenni (müğənni)
Kim Cenni (16 yanvar 1996, Gangnam) — Cənubi Koreyalı müğənni,aktrisa və reper. 2016-cı ildə YG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in əsas repçisi və aparıcı vokalıdır. Cənubi Koreyada doğulub böyüyən Cenni 2010-cu ildə Cənubi Koreyaya qayıtmazdan əvvəl səkkiz yaşında beş il Yeni Zelandiyada təhsil alıb. 2018-ci ilin noyabrında, Cenni "Solo" sinqlı ilə solo sənətçi kimi çıxış etdi. Mahnı həm Gaon Digital Chart-da, həm də Billboard-un Dünya Rəqəmsal Mahnılar cədvəlində birinci yeri tutaraq, yerli və beynəlxalq səviyyədə kommersiya uğuru qazandı. == Həyatı == === İlk İllər === Kim Jennie 16 yanvar 1996-cı ildə Cənubi Koreya-nın Seul şəhərində anadan olub. Səkkiz yaşında olarkən ailəsi ilə birlikdə Avstraliya və Yeni Zelandiya-ya səyahətə getdi. Yeni Zelandiyada olarkən anası ondan bu yerin xoşuna gəldiyini və qalmaq istədiyini soruşdu, Jennie "hə" cavabını verdi. Bir il sonra Yeni Zelandiya-nın Auckland şəhərindəki (Waikowhai) Vaikovai Orta məktəbinə oxumağa göndərildi. 2006-cı ildə "English, Change To Survive" MBC sənədli filmində rol aldı.
Cessi (müğənni)
Cessika Ho (ing. Jessica Ho; (doğum adı kor. 호현주),(ing. Ho Hyun-joo); 17 dekabr 1988, Nyu-York, Nyu-York ştatı), səhnə adı ilə Cessi (ing. Jessi) Cənubi Koreyada yaşayan Koreyalı-Amerikalı reper, müğənni və mahnı müəllifidir. Nyu Yorkda anadan olub və 15 yaşında Cənubi Koreyaya köçüb. == Karyera == === 2005–2014: Erkən karyera və Lucky J === Cessi 2005-ci ildə "Get Up" tək albomu ilə debüt etdi. 2006-cı ildə "Uptown" hip-hop qrupu onu orijinal vokalist Yun Mirae-ni əvəz edərək, ""Testimony albomunda təqdim etdi. 2009. Sərbəst buraxıldıqdan sonra musiqiyə ara verdi və ABŞ-yə qayıtmaq üçün Koreyanı tərk etdi.
Cher (müğənni)
Cher (ing. Cher; 20 may 1946[…], El-Sentro[d], Kaliforniya) — erməni əsilli ABŞ müğənnisi, prodüseri və aktrisası. Əsl adı "Şerilin Sarkisyan Lapyer Bono Ollmen (ing. Cherilyn Sarkisian LaPiere Bono Allman) kimi səslənir. == Həyatı == Şerilin Sarkisyan 20 may 1946-cı ildə Kaliforniya ştatında anadan olmuşdur. Anası ABŞ aktrisası, müğənnisi və modeli Corciniya Holt, atası isə erməni əsilli Con (Karapet) Sarkisyan sürücü idi. İlk dəfə Şerilin musiqi karyerasına 17 yaşdan başlamışdır. 1965-ci ildə ifaçı Sonni Bono lə tanış olur və «I Got You Babe» adlı mahnısı ilə populyarlıq qazanır. Həmin illərdən başlayaraq filmlərə çəkilmiş və Qızı Qlobus, Oskar kimi mükafatlara layiq görülmüşdür. Şerilin Sonnidən ayrıldıqdan sonra Qreq Ollmenlə ailə həyatı qurmuş və ondan 1976-cı ildə Ellayc Blu Ollmen adlı övladı dünyaya gəlmişdi.
Damla (müğənni)
Damla (doğum adı: Məsumə Qərib qızı Məmmədova 4 fevral 1988, Sumqayıt) — azərbaycanlı müğənni, aktrisa.
Doğuş (müğənni)
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. == Həyatı == Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Dreyk (müğənni)
Obri Dreyk Qrem (24 oktyabr 1986, Toronto, Kanada) — Kanadalı aktyor, müğənni. Repçi kimi "Dreyk" səhnə adından istifadə edir. 2009-cu ildə Lil Ueynin "Young Money Entertainment" adlı səsyazma şirkəti ilə müqavilə imzalamışdır. Dreykin ilk albomu "Thank Me Later", ikinci albomu isə "Take Care"-dir. İkinci albom 2013 Qremmi mükafatında "Ən Yaxşı Rep Albomu" mükafatını qazanmışdır. == Diskoqrafiya == Thank Me Later (2010) Take Care (2011) Nothing Was the Same (2013) Views (2016) == Konsert turları == Away from Home Tour (2010) Club Paradise Tour (2012) Would You like a Tour?
Elissa (müğənni)
Elissa (əsl adı İlisar Zəkəriyya Xuri; ərəb. إليسار زكريّا خوري‎, ALA-LC transkripsiyası: Ilīsār Zakariyyā Khūrī; 27 oktyabr 1972, Deyr əl-Əhmər[d], Bəəlbək-əl-Hirmil mühafəzəsi) — Livan müğənnisi. == Kariyeri == Kariyerinə 1998-ci ildə çıxardığı "Baddi Doub" ilk albomundan sonra qısa zamanda Ərəb musiqi dünyasının ən güclü səslərindən biri olan müğənni, albomlarından birində mahnılarının yarısını Türk dilində mahnıların aranjmanlarından ibarət idi. 2000-ci ildə Çelik Erişcinin "Unutamam" mahnısına Fransızca və İspanca vokallar oxumuşdur. Ayrıca Livan adına Pepsi reklamında oynayan ilk Livanlı qadın sənətçi olmuşdur. "Ahla Dounya" albomu ilə 31 avqust 2005-ci ildə Hollywooddakı Kodak Teatrında Orta Şərq və Şimali Afrikanın 2005-ci ilin "Ən yaxşı Ərəb müğənnisi" və "Ən Çox Satış Ödülü"nü almışdır. Son olaraq Ceb Məmi ilə birlikdə "Kont Fi Sertak" adlı mahnınıı səsləndirmiş, mahnı qısa zamanda geniş ilgi görmüşdür. Elissa bir çox Türk sənətçiyə də mahnılar vermişdir.
Emin (müğənni)
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Azərbaycanın xalq artisti (2018). == Həyatı == Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. === Sahibkarlıq fəaliyyəti === Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) === Musiqi karyerası === Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Gülşən (müğənni)
Gülşən (29 may 1976, Çapa[d]) — Türkiyəli müğənni, bəstəkar.
Hadisə (müğənni)
Hadisə Açıqgöz (22 oktyabr 1985, Mol[d], Flamand regionu[d]) — Belçikada doğulmuş, həm Belçika, həm Türkiyə vətəndaşı olan müğənni və televiziya aparıcısı. Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınmışdır. == Həyatı == Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi, anası isə qumuq kökənlidir . Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər. === Sweat === Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi.
мечта́ться по-митинго́вому разнорабо́чий стрелово́й таксацио́нный фикси́рование масти́тый натурали́стский наце́ливаться преуспева́ющий пры́щик сто́ечка сучка́стый муфель coûte que coûte excusatory haemolysis heteropterous mine-layer pogrom slobber technopolitan thermojunction сопрано экспромт