ALWAYS

adv həmişə, daim, hər vaxt / zaman, müdam; not ~ həmişə yox, hər zaman / vaxt yox; The sun always rises in the east Günəş hər zaman şərqdən çıxır

ALVINE
AM
OBASTAN VİKİ
Always (bez)
Always — Procter & Gamble şirkətinə daxil olan, 1983-cü ildə yaradılmış qadın baxımı və müdafiəsi üçün bezlər istehsal edən marka. Always dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla satılır. Buna misal olaraq Yaponiya, Hindistan, Çin, Cənubi Koreya, Tayvan, Filippin, Tayland, İndoneziya və Avstraliyada Whisper, İtaliyada Lines Türkiyə də isə Orkid adı altında satılır. Digər adlarına misal kimi isə İspaniya və Portuqaliyada istifaəd edilən Evax və Ausonia adlarını göstərmək olar. Procter & Gamble Always markasını dünya səviyyəli marka olması yolunda ciddi addımlar ataraq, qadın sağlamlığı və təmizliyi sahəsində də keçirdiyi layihə və tədbirlərlə tez-tez gündəmə gəlir.
Always (mahnı)
"Always" (Azərbaycanca: Həmişə) 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Aysel Teymurzadənin ifa etdiyi mahnıdır. Mahnının bəstəkarı və sözlərinin müəllifi tanınmış İran və İsveç ifaçısı Arəşdir. Mahnıda solo tar partiyasını tanınmiş tarzən,əməkdar artist Sahib Paşazadə ifa edib. == Seçim == İngilis dilində yazılan "Always" fevralın 5-ində təklif olunmuş 30 mahnı arasında İctimai TV tərəfindən seçilmişdir. == Münasibətlər == "Always" mahnısı və müğənnilərinə tənqidi fikirlər də mövcuddur. Bəstəkar Eldar Mansurovun fikrincə, həm mahnı, həm müğənnilərlə bağlı seçim səhvdir: "Mən Araşı və Ayseli tanımıram. Ehtimal ki, Aysel zəif müğənni olduğu üçün Araşı ona qoşublar ki, daha uğurlu olsun. Amma sonra Araş öz yoluna davam edəcək. Ancaq bununla kimi aldatmaq istəyirlər" Onun fikrincə, "Always" mahnısında milli elementlər yoxdur.Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti Firəngiz Əlizadə mahnını kəskin tənqid edib: "Eurovision" müsabiqəsində Azərbaycanı təmsil etməsi üçün seçilən mahnı Avropa qəlibləri, standartları ilə yazılıb. Çox fantaziya işlətmədən bu, Avropada artıq dəfələrlə səslənən mahnıların bir ortalama nümunəsidir.
Always (Əzizə Mustafazadə)
Always — Əzizə Mustafazadənin 1993-cü ildə çıxan ikinci studiya albomu. Alboma görə o, 1994-cü ildə Sony şirkətinin "Echo" mükafatına və "Phono Academy Award" ilə mükafatlandırılmışdır.Əzizə Mustafazadə albomdakı "Vagif" mahnısını caz–muğam üslubunun yaradıcısı olan atası Vaqif Mustafazadəyə, "Crying Earth" mahnısı isə 25 – 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı faciəsində həlak olanlara həsr etmişdir.
дерза́ть ежедне́вный истлева́ть методи́ческий нама́заться напе́чься обвало́вываться пересе́чься самообразова́тельный сра́внивание турби́нщик фразеологи́зм демарка́ция кручи́на лесоразрабо́тки подложи́ть barbital forefield grinding-in jubilantly stenton tempting unanticipated wolf whistle подёнщик