amhoralar 2021
amidaz
OBASTAN VİKİ
Amid
Amid (Soyuqbulaq) — İranın Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. Amid Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Həsənli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Heydərov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Amid İsmayılov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi. Amid Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. Amid Salayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Amid (Soyuqbulaq)
Amid (fars. اميد‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (52 ailə).
Amid Heydərov
Amid Rəbbil oğlu Heydərov (20 may 1988, Lerik – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Heydərov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Amid Həsənli
Amid Məmmədov
Amid Salayev
Amid döyüşü
Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. == Tarixi == II Şapurun Romanın Şərq sərhədlərinə doğru yürüşə hazırlaşdığı vaxt Şərqi Roma İmperatoru II Konstantin general Sabinianı Şərqdəki Roma ordularının komandanı təyin edir. II Şapur Romaya qarşı hərbi səfərə 359-cu ildə başladı. Onun bu yürüşdə müttəfiqləri isə xionidlər, gelanilər, seqestanilər və albanlar idi. Alban döyüşçülərinin başında qədim Azərbaycan dövləti olan Albaniya hökmdarı Urnayr idi. Sasani ordusu Amid şəhərinə kimi heç bir müqavimətə rast gəlmədi. Səbəbi isə o idi ki, amid şəhərinə qədərki bütün Roma şəhərləri sasanilərə təslim olmuşdu. Şəhərlərdəki Roma legionları isə Amid şəhərinə doğru qaçırdılar. Çünki, II Şapurun yürüşündən əvvəl İmperator II Konstansi tərəfindən divarları möhkəmləndirlən Amid şəhəri Sasanilərə təslim olmamışdı. Şəhəri mühasirəyə alan II Şapur əvvəlcə şəhərdəki Roma qarnizonuna könüllü şəkildə təslim olmalarını təklif etdi.
Amid İsmayılov
Amid Əliyev
Amid döyüşü (1409)
Amid döyüşü — 1409-cu ildə Qaraqoyunlular ilə Ağqoyunlular arasında baş vermiş döyüş. == Zəmin == Qara Yusif 1409-cu ilin yazında Muş bölgəsinə gəldi. Məhəmməd-i Devati , Uzun Şəmsəddinin oğlu Əmir Seyyidi və Cəlaləddin Xəlifə kimi mühüm əmirlər tapıldı. Bu arada Qara Yuluq Osman bəy Mardini yenidən mühasirəyə aldı. Amma son günlər xeyli zəifləyən Mardin Artuqlu bəyliyi Ağqoyunlularla baş-başa qalır. Onlar qüdrətli türkmən bəyi Qara Yusifdən kömək istədilər. Bunlar Məlik İsanın ölümündən sonra taxta çıxan Məlik Saleh idi. Məlik Salehin xəbərçisi,böyük süvari qoşunu ilə gələn Qara Osman gəlir. Qara Yusif Mardinə tələsməsəydi qala onun əlinə keçəcəkdi. == Döyüş == Qara Yusifin gəldiyi xəbərini alan Qara Osman mühasirəni qaldırıb türkmən düşməni ilə qarşılaşmaq üçün Amid şəhərinə gəldi.
Amidou Mir
Amidou Mir (1 yanvar 1995) — Fransalı peşəkar kişi BMX velosipedçisi. Amidou Mir Fransanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Amidou Mir 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.452 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu.
Amida (Mesopotamiya)
Amida (yun. Ἄμιδα, süry. ܐܡܝܕ, kürd. Amed) — Mesopotamiyada, hazırda Türkiyənin Diyarbəkir şəhərinin yerləşdiyi yerdə yerləşən qədim şəhər. Şəhər Dəclə çayının sağ sahilində yerləşirdi. Divarları uca və əhəmiyyətli idi, köhnə tikililərin təkrar emal edilmiş daşlarından tikilmişdir. == Adı == "Amida" adının mənşəyi naməlumdur. Buna baxmayaraq, güman edilir ki, bu ad daha qədim aysorca "Amedi" adından gəlir. Ərəbcə "Amid" adından da istifadə edilir. Şəhər kürdcə "Amed" və süryanicə "ܐܡܝܕ" (Amid) adlanır.
Amidli Akaki
Akaki (lat. Acacius; IV əsr – 425, Amida (Mesopotamiya)) — 400–425-ci illərdə Amida yepiskopu. Müqəddəslər sıralarında bir müqəddəs kimi hörmətlə qarşılanır. Pravoslav Kilsəsində mərasim günü 9 aprel (Yuli təqviminə görə), Katolik Kilsəsində 9 apreldir. 419-cu ildə imperator II Feodosinin göstərişi ilə o, İran xristianlarına səfir göndərilmişdir. Onun səfəri zamanı Selevkiya-Ktesifonda kilsə məclisi çağırılmışdır, bu iclasda İran kilsəsi Birinci Ekumenik Şuranın və bir sıra yerli şuraların qərarlarını qəbul etmişdir. Akaki qayıdandan sonra ruhanilərin razılığı ilə Bizans əsgərlərinin azad etmək istəmədiyi, lakin qidalandıra bilmədiyi 7,000 İran əsiri fidyə almaq üçün 422-ci ildə müqəddəs gəmiləri kilsəyə satmışdır.

Значение слова в других словарях