angenommen
angeregt
OBASTAN VİKİ
Angers
Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Angersak
Angersak — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Aştarak rayonunda kənd, türk mənşəli toponim. Angersak kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Aştarak rayonunun mərkəzindən 6–7 km şimal-qərbdə yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Ənqurik formasında, Qafqazın 5 verstlik xəritəsində Angersak kimi qeyd edilmişdir. Yerli əhali kəndə Ənirsək deyirdi. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1873-cü ildə 133 nəfər, 1886-cı ildə 140 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 209 nəfər, 1914-cü ildə 221 nəfər, 1916-cı ildə 188 nəfər, 1919-cu ildə 202 nəfər yaşamışdır. 1920-ci ildə kəndin sakinləri erməni soyqırımına məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1925–1959-cu ilə kimi yezdi-kürdlər yaşamışdır. 1959-cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir Toponim türk və monqol dillərində "xəndək, səngər", "çatlamış yer", "dərə, dar dərə, vadi", "uzaq sahil" mənalarında işlənən anqar sözündən və türk dilində "dağın ətəyi, dağın dibi", "çay ağzı, mənsəb", "uzunsov əyri, dayaz dərə", "arxın başlanğıcı" mənasında işlənən saqa//saxa sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Capsella angermannica
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.

Значение слова в других словарях