Angersak

Angersakİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Aştarak rayonunda kənd, türk mənşəli toponim.

Angersak kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Aştarak rayonunun mərkəzindən 6–7 km şimal-qərbdə yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Ənqurik formasında, Qafqazın 5 verstlik xəritəsində Angersak kimi qeyd edilmişdir. Yerli əhali kəndə Ənirsək deyirdi. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1873-cü ildə 133 nəfər, 1886-cı ildə 140 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 209 nəfər, 1914-cü ildə 221 nəfər, 1916-cı ildə 188 nəfər, 1919-cu ildə 202 nəfər yaşamışdır. 1920-ci ildə kəndin sakinləri erməni soyqırımına məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1925–1959-cu ilə kimi yezdi-kürdlər yaşamışdır. 1959-cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir

Toponim türk və monqol dillərində "xəndək, səngər", "çatlamış yer", "dərə, dar dərə, vadi", "uzaq sahil" mənalarında işlənən anqar sözündən və türk dilində "dağın ətəyi, dağın dibi", "çay ağzı, mənsəb", "uzunsov əyri, dayaz dərə", "arxın başlanğıcı" mənasında işlənən saqa//saxa sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

  • İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı,2002
  • İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, 184 səh.
  • Мурзаев Э. М. Словарь народных географических терминов, М., "Мысль", 1984, 653 с.