Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Angry Birds
Angry Birds (azərb. Qəzəbli Quşlar‎) — mərkəzi Finlandiyada yerləşən Rovio Mobile tərəfindən mobil cihazlar üçün təkmilləşdirilən oyun. 2009-cu ilin dekabr ayında Apple iOS üçün təkmilləşdirilən oyun daha sonra digər platformalarada uyğunlaşdırıldı. Məsələn Facebookda oynanıla bilər, internet saytlardan demoları yüklənilə bilər və Google Chrome istifadəçilərinə xüsusi, veb mağazasından Chrome-a əlavə edilə bilər. Oyun, yaşıl donuzların quşların yumurtalarını oğurlamasıyla başlayır. Buna qəzəblənən quşlar donuzları yox etməyə çalışırlar. == Oyunun məqsədi == Oyunda məqsəd sahib olduğunuz quşları quşatanla çəkib-atmaqla donuzları öldürməkdir. Rio versiyasında isə həbs olunmuş quşları sərbəst buraxmaq və ya meymunları öldürməkdir. Bəzi hissələrdə gizli qızıl yumurtalar vardır. Yumurtaları toplayaraq yeni hissələr açıla bilər.
Angry Birds Transformers
Angry Birds Transformers — Angry Birds seriyasının onuncu oyunu. Angry Birds və Transformers dünyaları arasında bir keçiddir. Oyun 15 oktyabr 2014-cü ildə buraxılıb. Həmin ilin oktyabrın 30-da oyun Android platformasında buraxılıb.
Angry Birds kinoda
Angry Birds kinoda (ing. Angry Birds Movie) — 2016-cı il istehsalı kompüter animasiyalı ABŞ-Finlandiya filmi. Animasiya filmi Rovio Entertainment istehsalı "Angry Birds" videooyunu əsasında çəkilmişdir. Filmin rejissorları Kley Keytis və Ferqal Reyli, prodüserləri Con Koen və Katrin Uinder, ssenaristi Con Vittidir. Filmin istehsalında Sony Pictures Imageworks də iştirak etmişdir. Filmdəki əsas rolları Ceyson Sudeykis, Coş Qed, Denni Makbrayd, Mayya Rudolf, Keyt Makkinnon, Toni Heyl, Kiqan-Maykl Key, Bill Heyder, Piter Dinkleyc eləcə də Youtube-də uğur qazanmış Smosh səsləndirir. == Məzmun == Dörd Qəzəbli quş (Red, Çak, Bomb və Matilda) kiçik bir cənnətdə yaşayırlar. Lakin bir gün yaşadıqları yerə Donuzların gəldiyini öyrənirlər. Buna görə də Donuzların məkrli planlarını öyrənmək üçün birlikdə işə başlayırlar. == Rollarda == == İstehsal == Finlandiya videooyun istehsalçısı Rovio Entertainment Vankuverdə Sony Pictures Imageworks ilə Angry Birds haqqında tammetrajlı animasiya filmi hazırlayacağını açıqlamışdır.
Anqra Manyu
Əhrimən və ya Anqra Manyu — Zərdüştilikdə şər tanrısı, şər və zülmət mənbəyi. Avestada Anhra-Manyu, qədim İran dilində Ahra-Manyu, şər başlanğıcının ifadəçisi və ya rəmzi. "Avesta"da və qədim fars kitabələrində qeyd olunan Anhra Manyu hərfi mənada "pisniyyətli və ya xəbis ruh" deməkdir. Anqra Manyu zərdüştlikdə şər, zülmət və ölüm tanrısı, Hörmüzdün əkiz qardaşı və rəqibidir. Anqra Manyu bütün pis şeyləri yaratmışdır: cadugərlik, xəstəliklər, qocalıq, ölüm, zəhərli sürünənlər və həşəratlar; ilk insan Qaya Martanı (orta əsr eposunda Kəyumərs) məhv etmişdir. Ona tabe olan tanrıları — divlərin vasitəsilə fəaliyyət göstərirdi. Mitraizmin bəzi cərəyanlarında Anqra Manyu baş allah hesab olunurdu. Orta əsrlərdə Anqra Manyu Ahriman (Ahreman, Əhrimən) adlanırdı.
Andrey
Andrey — yunan kişi adı. Həvari Andrey — İsanın on iki həvarisindən biri. Andrey Fedçuk — Ukraynalı boksçu. Andrey Kuptsov — məşqçi Andrey Markov — professor, akademik, Rusiya riyaziyyatçısı. Andrey Stepanov — Estoniya futbolçusu, Andrey Vlasov — SSRİ generalı.
Andryu
Andryus rayonu (ing. Andrews county) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 13 004 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi artaraq 13 645 nəfər olmuşdur. Rayonun mərkəzi Andryus şəhəridir. Andryus Rayonu Texasın 46 "quru" rayonlarından biridir, yəni burada da digər rayonlar kimi "quru qanun" fəaliyyət göstərir. == Tarixçəsi == Andryus rayonu 1876-cı ildə Texas qanunvericiliyinin 15 nömrəli fərmanı ilə yaradılmışdır. Bu rayon 1835-ci ildə Texas müstəqillik müharibəsində həlak olmuş ilk şəxs – Riçard Andreyevin (ing. Richard Andreev) şərəfinə adlandırılmışdır. 1890-cı ilə qədər rayon ərazisində əsasən rançonun sahibi, hərbi işçilər və hindilər (Anasazi, Apaçi və Komançi) yaşamışlar.
Angers
Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Angol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Anhoy
Anhoy (палл. Аньхуэй, Аньхуй, çin. 安徽; пиньинь Ānhuī) — Çinin şərqində əyalət. == Tarixi == Anxoy əyalətində qədim qəsəbə tikililəri kompleksi. Xuanşan dağı ətəyində yerləşən Anxay əyalətinin İ qəzasındakı qədim məskən kompleksi ənənəvi Xoy memarlıq məktəbi üslubunda tikilmişdir. Min və Tsin dövründə tikilmiş çoxlu sayda qədim yaşayış evləri və qəbilə məbədləri bizim vaxtlara qədər yaxşı qalmışdır. Min sülaləsi dövründə 29, Tsin zamanında isə 3611 tikili yaradılmışdır. Xoy məktəbi memarlıq üslubu burada hər şeydə gözə dəyir: zərif qravürlər və kirəmit üzərində naxışlarda, ev və məbədlərin ağac sütunları və daş divarlarında, orijinal və təmtəraqlı interyerdə. Bu qəsəbə və tikililər təkcə turistləri deyil, tarix və mədəniyyəti öyrənən alimləri də cəlb edir. Onlar turistik baxımdan nadir diqqətəlayiq yerlərdir və böyük tarixi əhəmiyyətə malikdir.
Antey
Antey (yun. Ανταίος, qədim yun.Antios) — qədim yunan mifologiyasında nəhəng, Liviya hökmdarı, Poseydon (dəniz allahı) və Geyanın (Yer ilahəsi) oğlu. Yerdən qüvvət alan Antey yenilməz idi. Bunu bilən Herakl Anteyin ayağını yerdən üzərək onu havada boğmuşdur. == Xarici keçidlər == Vikianbarda Antey ilə əlaqəli mediafayllar var.
Anura
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. == Maraqlı məlumatlar == • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Andre
Andre — ad. Andre Malro — fransız yazıçısı, mədəniyyətşünası. Andre Mişo — XVIII əsrin ikinci yarısında fransız səyyahı və botaniki. Andre Morua — Fransa yazıçısı. Andre Silva (futbolçu) — Portuqaliyalı futbolçu. Andre-Jak Qarneren — fransız ixtiraçı və aviator.
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır.
Andr.
Qabor Andreanski (mac. Andreánszky Gábor; 1 avqust 1895 – 20 noyabr 1967, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Qabor Andreanski toxumlu bitkilər və fosillər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi takson === Voltziales == Əsərləri == Plantae ia Africa Boreali lectae II—III. Pécs: Dunántúl. 1937—1941. Az éghajlat megváltozásának hatása a növényzetre. Budapest: Stephaneum. 1939. Adatok Tunisz és Kelet-Algéria növényföldrajzához. Budapest: Bethlen Gábor.
Anri
Anri — fransız adı, soyadı. Anri Dünan — dünya şöhrətli isveçrəli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı, Anri Fayol — fransız menecment nəzəriyyəçisi, ali inzibati idarəetmə üzrə mütəxəssis Anri Puankare — fransız riyaziyyatçısı, fizik, filosof və elm nəzəriyyəçisi. Anri Vallon — fransız psixoloqu. Anri Berqson — fransız filosof, XX əsrin ən görkəmli filosofu Anri Alekan — fransız kinooperatoru. Anri Dyuem — Anri Hoppenot — Anri Jakolən — Anri Le Sidane — Anri Lui Le Şatelye — Tyerri Anri — Fransa futbolçusu. Digər Antuan Anri Bekkerel — tanınmış Fransa fiziki Aleksandr Anri Qabriel de Kassini — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi Pol Anri Holbax — fransız materialist filosofu, ateist.
Euphorbia angrae
Euphorbia angrae (lat. Euphorbia angrae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Həvari Andrey
Andrey (q.yun. Ἀνδρέας Andréas) — İsanın on iki həvarisindən biri. Simonun qardaşı, Cəliləli balıqçı. X şəklindəki çarmıxda ölmüşdür. Şotlandiya və Rusiyanın baş əzizi. 30 noyabr Əziz Andrey günüdür.
Lez-Andre
Lez-Andre (fr. Les Adrets) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38002. Kommunanın 2012-ci il üçün əhalisi 938 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 21 km şimal-şərqdə yerləşir.
Morbid Angel
Morbid Angel — 1984-cü ildə Floridada yaranmış death metal qrupu. Morbid Angel 1984-cü ildə Floridada yaranmış death metal qrupudur. Qrupun 1989-cu ildə hazırladığı Altars of Madness adlı albomu Böyük Britaniyanın Terrorizer musiqi jurnalının "Top 40 ən böyük death metal albomu" siyahısında ilk sırada yer almışdır. Decibel jurnalı isə "ən yaxşı death metal gitaristi" siyahısında Trey Azagthoth'u birinci sıraya layiq görmüşdür. Morbid Angel ABŞ'da albomları ən çox satan üçüncü (445.000, Cannibal Corpse və Deicide'dan sonra) death metal qrupudur. Qrupun üçüncü albomu "Covenant" 127.000 satış ilə bütün dövrlərin ən çox satan death metal albomu olmuşdur. Qrupun orijinal musiqi bəstələri Satanizm, akkultizm və Anti-Xristian mövzusu üzərində qurulmuşdur. 1991-ci ildə alman jurnalı Rock Hard-ın keçirdiyi sorğuda, qrupun "Altars of Madness" albomu bütün dövrlərin ən yaxşı metal albomları siyahısında 12-ci yeri tutmuşdur.
Silvain Andre
Silvain Andre (14 oktyabr 1992) — Fransalı peşəkar kişi BMX velosipedçisi. Silvain Andre Fransanı beynəlxalq yarışlarda təmsil edir. Silvain Andre 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.917 saniyəlik nəticəsi ilə 11-ci yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 32.004 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu.
Skey Andre
Skey Andre (31 mart 1962) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. Skey Andre Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Andre Onana
Andre Onana (2 aprel 1996[…], Mərkzəz regionu[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunaytedin kamerunlu qapıçısı. == Klub karyerası == === İnter === 1 iyul 2022-ci ildə İnter Onana ilə 5 illik müqavilə imzaladığını açıqladı. "İnter"də ilk matçına 7 sentyabr 2022-ci ildə keçirilən "İnter"–"Bayern Münhen" matçında çıxıb. Matça start heyətdə başlayan Onana 90 dəqiqə meydanda qalıb.Matç "Bayern Münhen"in 0–2 hesablı qələbəsi ilə başa çatıb.
Andrey Arnautov
Andrey Arnautov (ukr. Арнаутов Андрій; 27 avqust 1967, Rostov-na-Donu) — Amerika və Ukrayna caz ifaçısı, bəstəkar, musiqi prodüseri; Ukraynanın ən məşhur caz musiqiçilərindən biri. == Bioqrafiya == Andrey Arnautov 27 avqust 1967-ci ildə Rostov-na-Donuda anadan olub. 1983-cü ildə Rostov İncəsənət Məktəbinin caz, bas gitara və kontrabas şöbəsinə daxil olub. 1986-cı ildə üçüncü kursun sonunda Qnesins adına Moskva Musiqi Kollecinə köçürülür və orada kontrabas sinfində təhsilini davam etdirir. Moskvada oxuyarkən o, özünün “Tranzit” qrupunu qurur, onunla müxtəlif caz festivallarında çıxış edir. SSRİ ərazisində müxtəlif cem-seanslarında iştirak edən hələ kifayət qədər gənc Andrey Arnautovun Pat Metheni, Dizzi Qillespi və Paul Horn kimi caz əfsanələri ilə eyni səhnədə olmaq şansı var idi. 1990-cı ildə Andrey Arnautov ABŞ-a köçür. Orada dünyanın ən nüfuzlu təhsil ocaqlarından birinə - Berkli Musiqi Kollecinə (Boston, ABŞ) daxil olaraq təqaüd alır. Berklidə oxuyarkən Andrey ara-sıra trubaçı Roy Harqrov, vibrafonçu Viktor Mendoza ilə birgə ifa edir.
Andrey Kotska
Andrey Andreyeviç Kotska (ukr. Андрій Андрійович Коцка; 23 may 1911, Ujqorod – 3 sentyabr 1987, Ujqorod) — Ukrayna-sovet rəssamı. Ukrayna SSR əməkdar incəsənət xadimi (1971), Ukrayna SSR xalq artisti (1982). == Həyatı == Andrey Andreyeviç Kotska 23 may 1911-ci ildə Avstriya-Macarıstan dövlətinin bir hissəsi olan Ujqorod şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1931-ci ildə Ujqorodda ictimai rəsm məktəbini bitirmişdir. Kotska Adalbert Erdeli və İosif Bokşayın şagirdi olmuşdur. O, təhsilini Roma Rəssamlıq Akademiyasının monumental rəssamlıq şöbəsində davam etdirmiş, buranı 1942-ci ildə bitirmişdir. Kotska 1946-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 1977-ci ildən SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin üzvü və Ukrayna SSR Rəssamlar İttifaqı İdarə Heyətinin Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Kotska 1932-ci ildən rəsm sərgilərində iştirak etmişdir.
Andre Rusimov
Andre Rene Rusimov (19 may 1946; Coulommiers, Seine-et-Marne, Fransa - 28 yanvar 1992; Paris, Fransa) – (ring adı André the Giant), fransız peşəkar güləşçi və aktyor idi. "Dünyanın səkkizinci möcüzəsi" kimi tanınan Rusimov, hormonlarının həddindən artıq böyüməsinin səbəb olduğu nəhəng ölçüsü ilə tanınırdı. == Həyatı == André René Roussimoff 19 may 1946-cı ildə Seine-et-Marne, Coulommiers şəhərində immiqrantlar Boris Roussimoff (1907-1993) və Mariann Roussimoff Stoeff'in (1910-1997) oğlu olaraq anadan olub. Atası bolqar, anası isə polyak idi. O, katolik olaraq böyüdü. Onun iki böyük bacısı və iki kiçik bacısı var idi. Doğulanda Andre 13 funt (6 kq) ağırlığında idi; uşaq ikən o, nəhənglik əlamətlərini nümayiş etdirirdi və qeyri-adi dərəcədə uzun əlləri ilə "digər uşaqlardan daha uzun yaxşı baş" kimi qeyd olunurdu. 1970-ci illərdə televiziya müsahibəsində Roussimoff anasının 5 fut 2 düym (157 sm), atasının isə 6 fut 2 düym (188 sm) boyunda olduğunu söyləmişdi. 12 yaşı olanda Russimoff 191 sm (6 fut 3 düym) idi. Rusimovun boyu 220 sm-i keçib ki, bu da böyümə hormonunun həddindən artıq olması nəticəsində yaranan gigantizmin nəticəsi olub və sonradan akromeqaliyaya gətirib çıxarıb.
Andre Ryo
Andre Leon Mari Nikolas Ryo (nid. André Léon Marie Nicolas Rieu; 1 oktyabr 1949[…], Maastrixt) — Niderland dirijoru və skripkaçı, mətbuatda İohann Ştrausun şərəfinə Vals kralı adlandırılmışdır. == Bioqrafiya == O, Lyejdə, sonra Maastrixtdə təhsil alıb və 1977-ci ildə Brüssel Konservatoriyasını bitirib; Ryonun müəllimləri arasında, xüsusən də Andre Gertler və German Krebbels var idi O, atasının rəhbərliyi altında Limburq Simfonik Orkestrində ikinci skripkada ifa etmişdir. Bir neçə musiqiçidən ibarət Maastrixt Salon Orkestrini quran Ryo onlarla birlikdə Hollandiya qocalar evlərində Vyana valslarını ifa etmişdir. 1987-ci ildə Ryonun rəhbərliyi altında əvvəlcə 12 ifaçının daxil olduğu İohan Ştraus Orkestri yarandı. 1992-ci ildə orkestr ilk diski olan "Milad bayramınız mübarək" (ing. Merry Christmas) buraxıldı; 1994-cü ildə Dmitri Şostakoviçin estrada orkestri üçün süitadan İkinci Valsın yazılması Ryo və onun yeni qrupunu bütün Hollandiyada məşhurlaşdırdı və ikinci albomu olan Strauss and Company (ing. Strauß & Co.), təxminən bir il milli Top100-dən ayrılmadı. Şostakoviçin valsının səs yazısı Stenli Kubrikin " Geniş bağlanmış gözlərlə" filminin musiqi partiturasında istifadə edilib. Sonradan Ryo və onun orkestri bütün dünyada geniş qastrol səfərlərində olmuş, ildə yeddi albom (studiya və konsert) buraxmış və orkestrin tərkibini 50–55 musiqiçiyə çatdırmışdır.
Anqad
Anqad (31 mart 1504 – 28 mart 1552, Amritsar) — Siqhlərin ikinci qurusudur. (31 mart 1504-28 mart 1552) Quru Nanakın tələbəsi olmuşdur. Qurmuhi əlifba sının yaradıcısıdır.
Anqara
Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay. == Adın etimologiyası == Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır. == Ümumi mməlumat == Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir.
Anqob
Anqob (fr. enqobe) – dekorativ keramika örtüyü. Saxsı məmulatların rəngini, yaxud səthinin kələ-kötürlüyünü örtmək və bədii tərtibatını zənginləşdirmək üçün istifadə edilir. Ağ və rəngli növləri var. Anqobla qabın həm daxili, həm də xarici səthini örtmək olur. Antik dövrdə dekorativ sənətdə geniş yayılmışdı. Anqob fasadların üzlənməsi üçün məmulatlar və rəngli kərpic istehsalında tətbiq olunur. Adətən səthə çilənir, sonra isə məmulat kürədə bişirilir (yandırılır). Anqobun üzərinə şəffaf mina qatı, müxtəlif naxışlar və s. çəkilə bilər.
Anqol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Anqren
Əngren (özb. Angren, Ангрен) — Özbəkistanın Daşkənd vilayətində şəhər. == Tarixi == Toponim ahəngəran sözündən olub, “dəmirçilər” mənasını daşıyır. Qədim Ahəngəran vadisində və eyni adlı çayın kənarında yerləşir. Şəhər 1942-ci ildə yaranıb. == Coğrafiyası == == Əhalisi == Şəhərin əhalisi 175,4 min nəfərdir (2014). == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. Donald J. Orth. Dictionary of Alaska Place Names.
Anql
Anql — tayfa.
Anqo
Şanyü Anqo (v. 94) — Hunların XXX şanyüsü. Şanyü Anqo taxta gələndə bir çoxu ona müxalifət edirdi. Ona çoxu hörmət etmirdi və taxtın Tunduşinin olmasını daha çox istəyirdi. Anqo şimaldan gələn hunları ətrafına yığıb Tunduşini öldürmək qərarına gəldi. Çinə də bu barədə müraciət etdi. Müharibədə Tunduşiyə məğlub olan Anqo dayısı Quduxu tərəfindən öldürüldü.
Enqr
Jan Ogüst Dominik Enqr (fr. Jean Auguste Dominique Ingres; 29 avqust 1780[…], Montoban[d][…] – 14 yanvar 1867[…], Paris[…]) — fransız rəssamı. XIX əsr Avropa akademizminin görkəmli nümayəndələrindən biri. == Həyatı == Fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr 1780-ci ilin avqustun 29-da Fransada anadan olub. Onun atası bir çox uğurlu peşəyə sahib olub: daşyonma, miniatür rəssam, heykəltaraş, dekorativ bənna və bir də həvəskar musiqiçi. İlk rəsm və musiqi təhsilini atasından alan gənc Enqri özünün ilk tanınmış rəsm əsərini 1789-cu ildə antik tökmə gipslə yaratmışdır. 1786-cı ildə o, yerli məktəbdə təhsilini davam etdirmiş, lakin 1791-ci ildə Fransa İnqilabının baş verməsi təhsilinə son qoymuş və məktəb bağlanmışdır. Təhsilinın yarımçıq qalması Enqri üçün həmişə təhlükə mənbəyi olaraq qalmışdır. 1791-ci ildə atası Joseph Enqri oğlunu Tuluza şəhərinə aparır. Tuluzda onu Royale de Peinture Akademiyasının heykəltaraş və memarlıq sinfinə qəbul etdirir.