Anhidrit
Anhidrit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
== Növ müxtəliflikləri ==
Bariumlu anhidrit.
== Xassələri ==
Rəng – rəngsiz, ağ, mavi, bənövşəyi, bozumtul, qırmızımtıl; Mineralın cizgisinin rəngi – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,9-3,0; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – üç bir-birinə qarşılıqlı perpendikulyar istiqamətdə: {010} üzrə mükəmməl; {100} və {001} üzrə orta; Sınıqlar – qeyri-hamardan tikanlıyadək; Başqa xassələr – rütubətli havada, atmosfer təzyiqində tədricən hidratlaşır və həcmi 30% artmaqla gipsə keçir; Morfologiya – kristallar; qalın lövhəvari, prizmatik; İkiləşmə: {001} üzrə nadir rast gəlir; Mineral aqreqatları: sıx, dənəvər, çubuqvari, bəzən lövhəşəkilli, lifli kütlələr, gips və kalsit üzrə psevdomorfozalar.
== Mənşəyi və yayılması ==
Anhidritin nəhəng yığınları tipik kimyəvi əmələgəlmələr olub, çökmə süxur qatlarında yerləşir və 42°C-dən yüksək temperaturda dəniz və göl sularının buxarlanması hesabına kristallaşır. Nisbətən aşağı temperaturlarda bu sulardan gips çökür. Anhidritin laylar və nazik laycıqlar şəklində olan əhəmiyyətli kütlələri duz daşıyan süxur qatlarında yerləşir. Hidrotermal mənşəli anhidrit damar əmələgəlmələri kimi, adətən kolçedan, mis-molibden, qızıl filizi yataqlarında və b. filiz minerallarını müşayiət edir. Mineralın vulkanitlərdə də tapıntıları məlumdur.