ANOD

физ.
I
сущ. анод (положительный электрод источника тока)
II
прил. анодный. Anod batareyası анодная батарея, anod yükü анодная нагрузка, anod konturu анодный контур, anod gərginliyi анодное напряжение, anod müqaviməti анодное сопротивление, anod toru анодная сетка, anod torpaqlaması анодное заземление, anod xarakteristikası анодная характеристика, anod potensialı анодный потенциал, anod cərəyanı анодный ток
ANNOTASİYALI
ANOFELES
OBASTAN VİKİ
Anod
[[İmage:Zinc anode.png|thumb|Sink anodu]] Anod (yunanca ἄνοδος — yuxarıya hərəkət) cərəyan mənbəyinin müsbət qütbü və ya qurğunun elektrodu olub, cərəyan şəbəkəsinin müsbət qütbünə birləşdirilir. İş zamanı anodun potensialı katoda nisbətən müsbət olur. Elektroliz prosesində də anod müsbət mənbə olur və onun üzərində oksigenləşmə baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir.
Anodonta
Anodonta — şirin sularda yaşayan molyusk növü. Azərbaycanda xalq arasında (Salyan və Neftçala rayonlarında) Çaqqanağ adlandırılır. == Həyat tərzi və quruluşu == Anadonta göllərin və çayların dibində yaşayan su heyvanıdır. Bədən iki tay çanaq içində yerləşir. Çanaqlar bədənin bel tərəfinə ön və arxa hissədə yerləşən iki güclü əzələ vasitəsilə bir-birinə bağlanır. Uzunluğu 10 sm-ə qədərdir. Su dibində yarıya qədər quma batmış vəziyyətdə oturaq həyat tərzi keçirir. Çanağının daxili qatı müxtəlif rənglərlə bərq vuran parlaq sədəflə örtülmüşdür. Bu cinsə 50 növ daxildir. Azərbaycanda isə cəmi üç növü yayılıb.
Balıq anodontu
Balıq anodontu (lat. Anodonta piscinalis) — Anodonta cinsinə aid növ. Şirinsulu göl və çaylarda yayılır. == Xariçi görünüşü == Çanağları iri, oval, dairəvi və zəif şişkin olub, nazik divarlıdır. Çanaqları müxtəlif rəngə çalır. Təpəciyi az şişkin və dairəvidir. Çanağın üzərində zəif dalğalı qırışları olur. Çanağın uzunluğu 109, hündürlüyü 65, şişkinliyi 37 mm-ə qədər olur. Növ çox dəyişkənlidir. Dəyişkənlik həm ölçüsündə, həm də çanağın qalınlığında hiss olunur.
Lənkəran anodontu
Lənkəran anodontu (lat. Anodonta lenkoranensis) — Anodonta cinsinə aid növ. Cinsin Qafqazda 5 növ və 2 yarım növü, Azərbaycanda isə 2 növü və 1 yarım növü yayılmışdır. Sayı azalmaqda olan endemik növdür, antropogen təsirlərə həssasdır. == Qısa təsviri == Yumurtaya bənzəyir. Bədən hissəsi nisbətən şişkindir. İki canağa malik olur. Çanağın uzunluğu 140, hündürlüyü 70, şişkinliyi isə 60 mm-ə qədərdir. Çanaq iri, qalın divarlı və sərtdir. Qismən sıxılıb girdələnmiş ön kənar üst kənarla, əsas növ üçün xarakter olan küt bucaq əmələ gətirmir.
Mentha pulegium f. anodonta
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Qafqaz anodontu
Qafqaz anodontu (lat. Anodonta cyrea) — Anodonta cinsinə aid növ. Başı yoxdur. Bədəni gövdə və ayaqlardan ibarətdir. İki çanaqdan ibarət olurlar. Gövdənin ön hissəsində ağız, arxa ucunda isə anal dəliyi yerləşir. Ayaq qarın tərəfdədir. Bədən mantiya pərdəsilə örtülüdür. Orta hissədə heyvanın qəlsəmələri yerləşir. Zəif hərəkətlidir.

Значение слова в других словарях