APELLYASİYA

(latın appellatio - müraciət) Məhkəmə hökmündən şikayətvermə formalardan biri; - 1) birinci Məhkəmə instansiyasının qərarının (hökmünün) qanuni qüv85 vəyə minməsindən öncə, həmin qərardan yuxarı Məhkəmə instansiyasına şikayət vermək hüququ; 2) yuxarı səlahiyyətli Məhkəmə orqanı (A. Məhkəməsi). A. qaydasında yuxarı Məhkəmə (cinayət və ya mülki) işdə olan və əlavə təqdim edilən sübutları yenidən tədqiq edərək, aşağı instansiya Məhkəməsinin çıxardığı qərarın mahiyyətini yoxlayır və bunun əsasında şikayət edilən qərarı ya təsdiq edir və ya onu ləğv edərək yeni qərar çıxardır. A. qaydasında qəbul olunan qərardan kassasiya şikayəti edilə bilər.
APATRİDLƏR
ARXAİZM
OBASTAN VİKİ
Apellyasiya
Apelyasiya (lat. apellatio – müraciət, şikayət) — 1) məhkəmənin qərarından yuxarı mərhələyə şikayət etmə; 2) qəbul edilmiş qərarların, qətnamələrin zərər vurduğu şəxslər və ya onları ədalətsiz, qanunsuz hesab edən şəxslər tərəfindən həmin qərar və qətnamələrdən şikayət verilməsi. Apelyasiya qərarı qəbul etmiş instansiyaya nəzərən yuxarı instansiyaya verilir; 3) hüquqda cinayət işində və mülki işlərdə məhkəmənin qanuni quvvəyə minməmiş qərarlarından yuxarı instansiyaya şikayət vermə qaydası (forması); 4) işə yenidən baxılması məqsədilə məhkəmənin həm cinayət işləri, həm də mülki işlər üzrə qərarından daha yüksək məhkəmə instansiyasına edilən müraciət. Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Apellyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".

Значение слова в других словарях