aprel
apressin
OBASTAN VİKİ
Aprel
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.r XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
May
May lat. Majus — Qriqorian təqviminin beşinci ayı . Adını qədim Roma tanrısı Mayyadan götürüb. 31 günü var. "May" sözü bəşəriyyətə Bizans İmperiyasından keçib. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faokugotnup və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. 1 may — Yaz və əmək bayramı 17 may — Beynəlxalq elektrorabitə günü 18 may — Beynəlxalq muzeylər günü 21 may — Beynəlxalq kosmos günü 31 may — Beynəlxalq tütünsüz həyat günü 9 may — Qələbə Günü 28 may — Respublika günü.
10 aprel
10 aprel — Qriqorian təqvimində ilin 100-cü günü. (uzun ildə 101-ci) Bu tarixdə ilin sonuna 265 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 mart tarixinə uyğun gəlir. 1815 — Tambora vulkanı iyulun 15-dək davam edən üç aylıq püskürməyə başlayıb. Püskürmə nəticəsində 71.000 nəfər həlak olmuşdur. 1970 — Pol Makkartni şəxsi və peşəkar səbəblərə görə The Beatles-dan ayrıldığını elan edib. 1994 — Nigeriya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2010 — Polşa Hərbi Hava Qüvvələrinə məxsus Tu-154M təyyarəsi Rusiyanın Smolensk yaxınlığında qəzaya uğramışdır. 2020 — Yəməndə ilk dəfə COVID-19 qeydə alınıb. 1922 — Suraxanı neft mədənlərində yanğın baş vermişdir.
11 aprel
11 aprel — Qriqorian təqvimində ilin 101-ci günü. (uzun ildə 102-ci) Bu tarixdə ilin sonuna 264 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 mart tarixinə uyğun gəlir. 1961 — Yerusəlimdə Adolf Eyxmanın məhkəməsi başlayıb. 1979 — Uqanda diktatoru İdi Amin devrilib. 2006 — İran prezidenti Mahmud Əhmədinejad İranın uranı uğurla zənginləşdirdiyi iddia edib. 2011 — Minsk metrosunda terror aktı törədilib. 2018 — Azərbaycanda Prezident seçkiləri keçirilib.
12 aprel
12 aprel — Qriqorian təqvimində ilin 102-ci günü. (uzun ildə 103-cü) Bu tarixdə ilin sonuna 263 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 mart tarixinə uyğun gəlir. 240 — I Şapur atası I Ərdəşirlə Sasanilər imperiyasının şəriki olub. 1803 — Rusiya ilə Car-Balakən camaatlığı arasında "Andlı öhdəlik" sazişi bağlanmışdır 1961 — Kosmik yarış: Sovet kosmonavtı Yuri Qaqarin kosmosa səyahət edən və Vostok 1-də ilk ekipajlı orbital uçuşu həyata keçirən ilk insan oldu. 2020 — San-Tome və Prinsipidə ilk dəfə COVID-19 qeydə alınıb. 2021 — Bakıda Hərbi Qənimətlər Parkının açılışı olmuşdur.
13 aprel
13 aprel — Qriqorian təqvimində ilin 103-cü günü. (uzun ildə 104-cü) Bu tarixdə ilin sonuna 262 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 mart tarixinə uyğun gəlir. 1870 — Nyu-Yorkda Metropoliten muzeyi təsis alınıb.
14 aprel
14 aprel — Qriqorian təqvimində ilin 104-cü günü. (uzun ildə 105-ci) Bu tarixdə ilin sonuna 261 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 aprel tarixinə uyğun gəlir. 1912 — Britaniya sərnişin layneri RMS Titanic Şimali Atlantikada saat 23:40-də (15 aprel səhəri batır) aysberqə çırpılıb. 1986 — İndiyə qədər qeydə alınmış ən ağır dolu (1 kiloqram) Banqladeşin Qopalqanc bölgəsinə yağaraq 92 nəfərin ölümünə səbəb olub. 1988 — İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının mərasimində Sovet İttifaqı qoşunlarını Əfqanıstandan çıxarmağa söz verən saziş imzaladı. 2003 — İnsan genomu layihəsi insan genomunun 99%-nin 99,99%-lik dəqiqliklə ardıcıllığı ilə tamamlanıb.
15 aprel
15 aprel — Qriqorian təqvimində ilin 105-ci günü. (uzun ildə 106-cı) Bu tarixdə ilin sonuna 260 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 aprel tarixinə uyğun gəlir. 1989 — Hu Yaobanqın ölümündən sonra, Çində Tyananmen meydanı etirazları başlayıb. 2019 — Fransadakı Paris Notr-Dam kilsəsi güclü yanğın nəticəsində ciddi ziyan görüb. 1989 — Mingəçevir trolleybusu təsis edilib. 1992 — Azərbaycan və Fələstin arasında diplomatik əlaqələr qurulmuşdur. 2016 — Bakıda Gənclik Mall ticarət mərkəzinin açılışı olub.
16 aprel
16 aprel — Qriqorian təqvimində ilin 106-cı günü. (uzun ildə 107-ci) Bu tarixdə ilin sonuna 259 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 aprel tarixinə uyğun gəlir. 1917 — Rusiya inqilabı: Vladimir Lenin İsveçrədəki sürgündən Rusiyanın Petroqrad şəhərinə qayıdıb. 2003 — Maykl Cordan Milli Basketbol Assosiasiyasında sonuncu oyununu keçirib. 1992 — Azərbaycan və Monqolustan arasında diplomatik əlaqələr qurulmuşdur. 2004 — Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələr qurulmuşdur.
17 aprel
17 aprel — Qriqorian təqvimində ilin 107-ci günü. (uzun ildə 108-ci) Bu tarixdə ilin sonuna 258 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 aprel tarixinə uyğun gəlir. 1961 — Donuzlar Körfəzi əməliyyatı: CIA tərəfindən maliyyələşdirilən və təlim keçmiş bir qrup kubalı sürgün Fidel Kastronu devirmək məqsədilə Kubadakı Donuzlar körfəzinə enmişdir. 2017 — "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
18 aprel
18 aprel — Qriqorian təqvimində ilin 108-ci günü. (uzun ildə 109-cu) Bu tarixdə ilin sonuna 257 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 aprel tarixinə uyğun gəlir. 1506 — Müqəddəs Pyotr bazilikasının təməl daşı qoyulub. 2018 — Svazilend kralı III Msvati ölkəsinin adının Esvatini olaraq dəyişəcəyini açıqladı. 1940 — Bəstəkar Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin premyerası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur.
19 aprel
19 aprel — Qriqorian təqvimində ilin 109-cu günü. (uzun ildə 110-cu) Bu tarixdə ilin sonuna 256 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 aprel tarixinə uyğun gəlir. 1770 — Mariya Antuanetta və Fransa kralı XVI Lüdovikin etibarnamə ilə nikahı olub. 1971 — İlk kosmik stansiya olan Salyut 1-in orbitə buraxılışı. 2002 — Azərbaycan və San-Marino arasında diplomatik əlaqələr qurulmuşdur. 2014 — Şəmkir Beynəlxalq Şahmat Turnirinin açılışı olmuşdur. 2016 — Bakıda Avtovağzal və Memar Əcəmi-2 metrostansiyasının açılışı olmuşdur.
1 aprel
1 aprel — Qriqorian təqvimində ilin 91-ci günü. (uzun ildə 92-ci) Bu tarixdə ilin sonuna 274 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 mart tarixinə uyğun gəlir. 527 — Konstantinopoldakı Ayasofiya kilsəsində I Yustinian və Teodoranın tacqoyma mərasimi keçirilmişdir. 1911 — Bakıda nəşr edilən qəzetlərin idarəxanaların polis və jandarma tərəfindən axtarış edilərək bir çox Azərbaycan jurnalisti həbs edilib. 1939 — İspaniya vətəndaş müharibəsi: İspaniya generallisimusu Fransisko Franko respublikaçı qüvvələrin sonuncusu təslim olunduğunu və İspaniya vətəndaş müharibəsinin başa çatdığını elan edib. 1948 — Farer adaları Danimarkadan muxtariyyət alıb. 1953 — Paraqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1977 — Apple şirkəti Stiv Cobs və Stiv Voznyak tərəfindən təsis edilib. 2001 Niderlandda eynicinslilərin nikahı qanuni olmuşdur.
20 aprel
20 aprel — Qriqorian təqvimində ilin 110-cu günü. (uzun ildə 111-ci) Bu tarixdə ilin sonuna 255 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 aprel tarixinə uyğun gəlir. 1902 — Pyer və Mariya Küri radiumu kəşf edib. 2004 — Azərbaycan, Eritreya və Paraqvay arasında diplomatik əlaqələr qurulmuşdur. 2015 — Bakı Su İdmanı Sarayının açılışı olmuşdur.
21 aprel
21 aprel — Qriqorian təqvimində ilin 111-ci günü. (uzun ildə 112-ci) Bu tarixdə ilin sonuna 254 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 aprel tarixinə uyğun gəlir. Qaraqoyunlular və Teymurilər arasında Sərdrud döyüşü baş vermişdir. 1934 — Ness gölü bədheybətini əks etdirdiyi iddia edilən ən məşhur fotoşəkil olan "Cərrahın Fotoşəkili" (1994-cü ildə onun saxta olduğu ortaya çıxdı) Daily Mail-də dərc olunub.
22 aprel
22 aprel — Qriqorian təqvimində ilin 112-ci günü. (uzun ildə 113-cü) Bu tarixdə ilin sonuna 253 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 9 aprel tarixinə uyğun gəlir. 1370 — Fransa kralı V Çarlzın əmrinə əsasən Bastiliya qalasının inşasına başlanılıb. 1500 — Pedro Alvarez Kabral Braziliyaya səyahət etmiş və oranı kəşf etmişdir. 1519 — İspan konkistador Ernan Kortes Verakruz, Meksikada yeni yaşayış yeri salır. 1906 — Afinada 1906 növbədənkənar yay Olimpiya oyunları keçirilib. 1970 Yer Günü ilk dəfə olaraq qeyd edilib. Türkiyə qəzeti fəaliyyətə başlayıb. 1977 — Optik lif ilk olaraq canlı telefon trafikini daşımaq üçün istifadə olunub.
23 aprel
23 aprel — Qriqorian təqvimində ilin 113-cü günü. (uzun ildə 114-cü) Bu tarixdə ilin sonuna 252 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 10 aprel tarixinə uyğun gəlir. 2005 — İlk Youtube videosu "Me at the zoo" saytın həmtəsisçisi Cavid Kərim tərəfindən yüklənib. 2020 — Komor adalarında ilk dəfə COVID-19 qeydə alınıb. 1993 — Azərbaycan kontr-admiralı Eduard Hüseynov Bakıda yaşadığı binanın girişində qətlə yetirilib. 2002 — Bakıda Miniatür Kitab Muzeyi açılıb. 2005 — "Hesabat" jurnalı ilk dəfə nəşr olunub.
24 aprel
24 aprel — Qriqorian təqvimində ilin 114-cü günü. (uzun ildə 115-ci) Bu tarixdə ilin sonuna 251 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 11 aprel tarixinə uyğun gəlir. 1915 — İstanbulda 250 erməni ziyalısı və icma lideri həbs olunub. 1966 — Binə hava limanından havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğramışdır. 2008 — Azərbaycan və Monteneqro arasında diplomatik əlaqələr qurulmuşdur.
25 aprel
25 aprel — Qriqorian təqvimində ilin 115-ci günü. (uzun ildə 116-cı) Bu tarixdə ilin sonuna 250 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 12 aprel tarixinə uyğun gəlir. 1859 — İngilis və fransız mühəndisləri Süveyş kanalının təməlini qoyublar. 1996 — Azərbaycan və Peru arasında diplomatik əlaqələr qurulmuşdur. 2008 — Milli Məclisin qəbul etdiyi qərarla Əli Bayramlı şəhərinin adı Şirvan, Xanlar şəhərinin adı isə Göygöl olub.
3 aprel
3 aprel — Qriqorian təqvimində ilin 93-cü günü. (uzun ildə 94-cü) Bu tarixdə ilin sonuna 272 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 21 mart tarixinə uyğun gəlir. 1885 — Qotlib Daymler mühərrik dizaynını patentləşdirib. 1867 - İmperator Meyci taxta çıxdı. 1948 — Soyuq müharibə: ABŞ prezidenti Harri Truman 16 ölkəyə 5 milyard dollarlıq yardım icazəsi verən Marşal planını imzalayıb. 1996 — "Unabomber" kimi şübhəli bilinən Ted Kaçinski ABŞ-nin Montana ştatındakı kabinəsində tutulub. 2017 — Rusiyanın Sankt-Peterburq şəhər metrosunda terror aktı törədilib.
4 aprel
4 aprel — Qriqorian təqvimində ilin 94-cü günü. (uzun ildə 95-ci) Bu tarixdə ilin sonuna 271 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 22 mart tarixinə uyğun gəlir. 1147 — Tarixi qeydlərdə ilk dəfə Moskvanın adı iki şahzadənin görüş yeri kimi qeyd olunub. 1949 — Soyuq müharibə: On iki ölkə Şimali Atlantika Müqaviləsi Təşkilatını yaradan Şimali Atlantika müqaviləsini imzalayıb. 1959 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1969 — Denton Kuli ilk müvəqqəti süni ürəyi implantasiya edib. 1975 — Microsoft şirkəti Bill Qeyts və Pol Allen tərəfindən Nyu-Meksiko ştatının Albukerke şəhərində təsis edilib. 1992 — Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr qurulmuşdur.
5 aprel
5 aprel — Qriqorian təqvimində ilin 95-ci günü. (uzun ildə 96-cı) Bu tarixdə ilin sonuna 270 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 23 mart tarixinə uyğun gəlir. 1998 — Yaponiyada dünyanın ən uzun körpüsü olan Akaşi Kaikyo körpüsünün açılışı olmuşdur. 2020 — Cənubi Sudanda ilk dəfə COVID-19 qeydə alınıb. 1993 — Azərbaycan və Malayziya arasında diplomatik əlaqələr qurulmuşdur. 2004 — Azərbaycan və Çad arasında diplomatik əlaqələr qurulmuşdur.
6 aprel
6 aprel — Qriqorian təqvimində ilin 96-cı günü. (uzun ildə 97-ci) Bu tarixdə ilin sonuna 269 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 24 mart tarixinə uyğun gəlir. 1453 — II Mehmed Konstantinopolu mühasirəyə alır. Şəhər mayın 29-na tam alınır və Konstantinopolun adı dəyişdirilərək İstanbul adlandırılır. 1896 — I Yay Olimpiya Oyunları Afinada keçirilib. 1994 — Ruanda soyqırımı Ruanda prezidenti Cuvenal Habyarimana və Burundi prezidenti Kiprien Ntaryamiranın olduğu təyyarənin vurulması ilə başlayıb. 2009 — İtaliyanın Akvila şəhərində zəlzələ baş vermişdir. 1995 — Azərbaycan və Panama arasında diplomatik əlaqələr qurulmuşdur. 1483 — Rafael Santi, İtaliya boyakarı 1773 — Ceyms Mill, Şotlandiya iqtisadçısı 1812 — Aleksandr Herzen, Rusiya yazıçısı 1820 — Nadar, Fransa fotoqrafı 1870 — Georgi Mazniaşvili, Gürcüstan generalı 1888 — Dan Anderson, İsveç yazıçısı 1928 — Ceyms Uotson, ABŞ bioloqu 1939 — Tofiq İsmayılov, Azərbaycan kinorejissoru 1953 — Kazım Abdullayev, Azərbaycan aktyoru 1964 — David Vudord, ABŞ dirijoru 1974 — Karla Peterson, Argentina aktrisası 1980 — Marqarita Simonyan, Rusiya jurnalisti 1986 — Aqil Məlikov, Azərbaycan hərbçisi, Vətən müharibəsi iştirakçısı.
7 aprel
7 aprel — Qriqorian təqvimində ilin 97-ci günü. (uzun ildə 98-ci) Bu tarixdə ilin sonuna 268 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 25 mart tarixinə uyğun gəlir. 1831 — II Pedro Braziliyanın imperatoru olub. 1948 — Ümumdünya Səhiyyə Təşkilatı təsis olunub. 1969 — İnternetin simvolik doğum tarixi: IETF sənədlər seriyasının nəşri. 2017 — İsveçin paytaxtı Stokholm şəhərində terror aktı törədilib. 2020 — COVID-19 koronavirus pandemiyası: Çin Uhanda karantini ləğv edib. 1906 — "Molla Nəsrəddin" jurnalı ilk dəfə nəşr olunub. 1992 Azərbaycan və İsrail arasında diplomatik əlaqələr qurulmuşdur.
8 aprel
8 aprel — Qriqorian təqvimində ilin 98-ci günü. (uzun ildə 99-cu) Bu tarixdə ilin sonuna 267 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 26 mart tarixinə uyğun gəlir. 1271 — Suriyada sultan I Baybars Krak de Şevalye qəsrini fəth edib.