ARABULUCU
ARALIK
OBASTAN VİKİ
Araçadzor (Ağdərə)
Dovşanlı (əvvəlki adı: Araçadzor) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dovşanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Araçadzor kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aracadzor kəndi Dovşanlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. === Tarixi abidələri === Dovşanlı kurqanları (e.ə. XI–IX əsrlərə aid 9 kurqan) kəndin yaxınlığında yerləşir. == Toponimikası == Bəzi mənbələrdə Ayıdərəsi adı ilə də yad olunur.
Araçadzor (Qafan)
Araçadzor - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.