Armatur (tikinti)
Armatur ― dəmr-beton tiklilərdə betonla birləşərək dartılmada yaranan gərginliyi, həmçinin sıxılmış zonalarda betonu bərkitmək üçün tətbiq olunan, bir neçə metal elementin birləşməsidir.
Armaturun elementləri sərt (yayılmış ikitavrlar, şveller, bucaqlar) və elastiki (hamar və perodik profilin ayrı-ayrı içlikləri, həmçinin qaynaqlanmış və ya hörülmüş torlar və karkaslar) olanlara bölünürlər. Armatur içliklər poaddan (armatur poladı), kompozitlərdən və s. hazırlana bilir.
== Təsnifatı ==
Armaturlar bir çox göstəricilərinə görə sinifləşdirilirlər: təyinatıa görə, konstruksiyasına görə, tətbiq sahəsinə görə, materialın növünə görə.
=== Təyinatına görə ===
Təyinatına görə armaturları bölürlər:
işçi armaturalar (en kəsiyi hesablanır, əsas yükün götürülüməsinə xidmət edir,
konstruktiv (en kəsiyi armatural örtülmənin ən kiçik faizinə əsasən tapılır, sıxılma və genişlənmə, həmçinin temperaturdan yaranan *deformasiyaları öz üzərinə götürür),
yığım (işçi zonaları birləşdirmək üçün tətbiq olunurlar),
lövbər
=== Konstruksiyasına görə ===
Armaturlar konstruksiyasına görə bölünürlər:
eninə olan armaturlar- dayaq yaxınlığında cəmlənən gərginlikdın yarana biləcək maili çatların qarşısını almağa xidmət edir və betonu ensiz zonalarda əlaqələndirir.
uzununa olan armaturlar - konstruksiyalarda dartılmada yaranan gərginliyi qəbul edir və şaquli çatların yaranmasının qarşısını alır.
=== Tətbiq sahəsinə görə ===
Tətbiq sahəsinə görə aşağıdakı armatur növləri mövcuddurlar:
əyiləbilən armaturlar,
sərt armaturlar.
Əyiləbilən armaturlar dəmir-beton konstruksiyalarında yalnız işçi element kimi istifadə edilr.
== Armaturun betonla birləşməsi ==
Armaturun betonla birləşməsi üç əsas amillə təmin edilir:
Betona armaturun mexaniki birləşməsi sayəsində betonun əzilməyə və kəsilməyə müqaviməti artr.