Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moonia
Moonia (lat. Moonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Moonia ecliptoides (F.Muell.) Benth.
Rudnıy
Rudnıy (qaz. Рудный) — Qazaxıstanın Kostanay vilayətində yerləşən Tobol çayı üzərində şəhər. 1957-ci ildə dəmir filizi yatağının inkişafı və Sokolovsko-Sarbay mədən və emal zavodunun tikintisi ilə əlaqədar olaraq əsası qoyulmuşdur. == Adı == Son adın 1955-ci ildə Ogonyok jurnalının on dördüncü sayı ilə qurulduğuna inanılır: Hər hansı bir yaşayış məntəqəsinin adının altında nə olduğunu söyləmək çətindir: daha tez -tez bunun üçün çox xarakterik olan bir şeydir; daha az artıq şans müdaxilə edir. Şəhərimizdə hər ikisi var. Sokolovrudstroy trestinin ilk baş mühəndisi VI Bureş, bu barədə necə danışır: "Gələcək şəhərin yerində tikilməyə başlayan kənd, biz inşaatçılar, Rudny adlı". Və bütün sənədlərə yazmağa başladılar. Kombinatovskie yoldaşları, təkbaşına, "Rudnoqorsk" adlandırdılar və sənədlərində də bu şəkildə təyin etdilər. 1955 -ci ilin birinci yarısında, zavodun adı olan tikilməkdə olan müəssisənin direktoru - NF Sandrigailo və güvənli rəhbərimiz Y.M. Qimmelfard, zavodun inşası üçün təxminən dörd ay Moskvada və Alma -Atada keçirdilər. və şəhər.
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Luka Modriç
Luka Modriç (9 sentyabr 1985[…], Zadar) — Xorvatiya milli futbol komandasının və Real Madridin yarımmüdafiəçi. == Həyatı == Luka Modriç 9 sentyabr 1985-ci ildə Xorvatiyada doğulub . Real Madridə 2012 -ci ildə Tottenhem Hotspurdan 35 miliyona 5 illik müqavilə bağlanıb . Bu il Real Madrid FK ilə müqaviləni uzatmasa gələn ildən yenidən Tottenhem Hotspur Fitbol kulubunda oynayacaq . Modriç 1 metr 74 santimetr boya malikdir . Real Madriddə 19 nömrə altında çıxış edir . == Kariyerası == === Dinamo Zaqreb === Kulub Karyerasına Xorvatiyanın Dinamo Zaqreb Futbol Kulubunda 2007-ci ildə ildə başlayıb . Və burada 94 oyuna çıxraq 23 ədəd qol vurmuşdur . === Totenhem Hausbur === 2008-ci ildə Tottenhem Hotspur kulubu ilə o , 2 illik müqavilə imzalyır .Burada 127 oyuna çıxaraq 13 qol vurur. === Real Madrid === 2012-ci il 27 Avqust tarixində İsbaniyanın Real Madrid kulubu onu Tottenhem Hotspurdan 35 miliyona transver edir müqavilə 5 illik idi .
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir.Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014).Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir. Minskdə isə - tennis kortu, idman salonu və gözəllik salonu olan idman mərkəzi fəaliyyət göstərir. 1994-cü ilin mayında, 16 yaşında, Maksim Devis Kubokunun seçmə mərhələlərində Belarusiya yığması üçün debüt etdi.
Mondey Merotohun
Mondey Merotohun (2 noyabr 1977) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mondey Merotohun Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Mondey Merotohun Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
İrina Madziy
İrina Madziy (ukr. Ирина Богданівна Мадзій; 12 mart 1970, Qostanay vilayəti – 11 aprel 2021, Borşçiv[d], Ternopil vilayəti) — Ukrayna jurnalisti. == Həyatı == İrina Madziy 12 mart 1970-ci ildə Qostanay vilayətində anadan olmuşdur. İvan Franko adına Lvov Milli Universitetinin jurnalistika fakültəsini bitirib. 2007-ci ildən 2021-ci ildə vəfat edənə qədər Ukrayna Jurnalistlər Birliyinin üzvü idi.11 aprel 2021-ci ildə Ukraynanın Borşçiv şəhərində vəfat etdi.
Calophyllum mooni
Calophyllum mooni (lat. Calophyllum mooni) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Con Money
John William Money (8 iyul 1921 – 7 iyul 2006[…]), Yeni Zelandiya psixoloqu, seksoloqu və cinsi identiklik və cinsiyyət fərqliliyi mövzusunda araşdırma aparan mütəxəssisdir. Əsərləri bir çox dillərə tərcümə edilib nəşr etdirən Money, ömrü boyu bir çox mükafat və elmi adlara layiq görülmüşdür. Son akademik araşdırmalarda David Reimeri intihara vadar edən gender təyinetmə təcrübəsi bir çox cəhətdən tənqid edilmişdi.
John Money
John William Money (8 iyul 1921 – 7 iyul 2006[…]), Yeni Zelandiya psixoloqu, seksoloqu və cinsi identiklik və cinsiyyət fərqliliyi mövzusunda araşdırma aparan mütəxəssisdir. Əsərləri bir çox dillərə tərcümə edilib nəşr etdirən Money, ömrü boyu bir çox mükafat və elmi adlara layiq görülmüşdür. Son akademik araşdırmalarda David Reimeri intihara vadar edən gender təyinetmə təcrübəsi bir çox cəhətdən tənqid edilmişdi.
Mednı adası
Мednı adası — Komandor adalarının tərkibinə daxil olan sahəsinə ikinci adadır. Berinq adası ilə Admiral Kuzneçov boğazı ilə ayrılır. Berinq dənizi ərazisində yerləşir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarı Aleut rayonu ərazisində yerləşir. == Coğrafiya == Adanın sahəsi 186 km², uzunluğu 56 km, eni 5–7 km təşkil edir. Ən hündür nöqtəsi 640 metrdir. Sakit okean sahilləri az girintili-çıxıntılıdır. Berinq dənizi sahillərində isə isə çoxlu sayda buxta vardır. Buxtaları:Korabelnaya, Pesçaya və Jırovaya. Berinq dənizi istiqamətində Bıstraya (5 km) və Ozyornaya (6 km) çayları axır.
Microsoft Money
Microsoft Money — proqram, şəxsi büdcənizi planlaşdırma və düzgün xərcləməyə yardım edir. Windows əməliyyat sistemində işləyir. Windows Mobile üçün də versiyasida var. Microsoft Money Plus son versiyadır, 2007-ci ilin avqustunda buraxılmışdı. 4 növü var: Essentials, Deluxe, Premium и Home & Business. Proqram buraxılışı 10 iyun 2009-cu ildə dayandırıldı.
Modin burnu
Modin (birm. Mawtin Zun, ing. Cape Negrais) — Myanma ərazisdində yerləşən burun. Ölkənin cənub-qərb qutqracağını təşkil edir. İnzibati cəhətdən İravadi dairəsi, Panteyn rayonu ərazisinə daxildir. Burun Benqal körfəzi ilə Andaman dənizi arasında təbii sərhəd rolunu oynayır. Hindistanın Andaman və Nikobar adaları ərazisindən 193 km aralıda yerləşir. Buradan Rakhayn silsiləsi başlayır. Burunda eyni adlı şəhər yerləşir (ing. Mawdin).
Monik (personaj)
Monik (ing. Monique) - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. == Xarakteristika == Kim Possiblın ən yaxşı qız dostudur. Demək olar ki, Monik personajına bütün seriyalarda rast gəlmək olar. İlk seriyada Monik Kim Possibl ilə görüşən zaman gözləri nisbətən balaca idi. Lakin sonrakı mövsümlərdə Monikin gözləri əvvəlki seriyalardakı gözlərinə nisbətən daha böyük və aydın idi. Kim Possibl, adətən, boş vaxtlarını Moniklə keçirir. Monik isə ona önəmli tövsiyələr verir. Monikin tövsiyələri Kim Possibla məktəbdə və şəxsi həyatında böyük rol oynayır. Monik "Banan Klubu"nda paltar dizayneri vəzifəsində çalışır.
Monir Vəkili
Monir Vəkili (fars. منیر وکیلی‎, 19 dekabr 1923, Təbriz – 28 fevral 1983)— Azərbaycan əsilli iranlı müğənni. O, soprano səsə malik olmuşdur və İran xalq musiqisini İranda və xaricdəki səhnələrdə tanıdan ilk müğənni hesab edilir. == Həyatı == Monir Vəkili 19 dekabr 1923-cü ildə Təbrizdə anadan olmuşdur. Onun ailəsi musiqipərəst idi. Atası hələ kiçik yaşlarda Monirdə opera musiqisinə maraq yaratmış və onu xaricə təhsil alması üçün cəsarətləndirmişdi. O Parisdə konservatoriyada musiqi, Bostonda Yeni İngiltərə Konservatoriyasında isə opera təhsili almışdır (1960–61). Monir Vəkili Əbdül Məcid Məcidli ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 qızı dünyaya gəlmişdir. Sənətçi 1983-cü ildə Belçikada avtomobil qəzasında vəfat etmişdir. == Fəaliyyəti == Monir Vəkili Rudaki səhnəsində bir çox rollarda çıxış etmişdir.
Rodni Uilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. == Həyatı == Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Rodni Vilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. == Həyatı == Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Vodnı adası
Vodnı adası — ada Rostov vilayəti ərazisində yerləşən Manıç-Qudila gölünün daxilində yerləşən ada. == Coğrafiyası == Ada aypara formasına malikdir. Ada 12 km uzunluğa və 4 km enə malikdir. Burada yaşayış yoxdur. Adada kiçik kərpiç tikili vardır. Bu tikilini Rostov qoruğunun əməkdaşları tərəfindən inşa edilmişdir. Adada ağaclara demək olar ki, rast gəlinmir. Ancaq ada boyunca at kəllə və sümüklərinə rast gəlinir. Ada 1948-ci ildə meydana gəlmişdir. 1936-ci ildə Kuban və Erolık çaylarının birləşdirilməsindən sonra geniş əkin sahəsi suyun altında qalmışdı.
Demyan Bednıy adaları
Demyan Bednıy adaları — Şimal Torpağının qərb hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə 8 ada və ən azı beş adacıq daxildir. Onlar cənub-şərqdən şimal qərbə doğru 10 km məsafədə uzanır. Qrupun şərq nöqtəsini təşkil edən ada Komsomoles adasından Posadoçnaya çayının mənsəbindən 5 km şimalda yerləşir. Tərkibi (qərbdən şərqə): Kolobok — oval formaya malik və şimalında kiçik körfəzi olan ada. Ada 650 m uzunluğa malikdir. Şimal — elədə böyük olmayan qayadan ibatət olan ada. 800 metr uzunluğa malikdir.
Rudnıy Sənaye İnstitutu
Rudnıy Sənaye İnstitutu (qaz. Рудный индустриалдық институты) — Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin şimal bölgəsindəki mədən sənayesi, enerji və tikinti sənayesi üçün mühəndis kadrları üçün bir təlim mərkəzidir. İnstitutun strukturunda 3 fakültə və 6 kafedra var. Orta hesabla tələbə sayı 1243 nəfərdir (1 iyun 2018-ci il tarixinə). Əvvəlcə fakültə Qazaxıstan Politexnik İnstitutunda yaradılmışdır. 1964-cü il institutun filialı oldu. 1978 Rudny Sənaye İnstitutu olaraq quruldu. İnstitut elektromexanika, iqtisadiyyat və informasiya sistemləri, mədənçilik və inşaat fakültələrində 14 fərqli sahə üzrə mühəndis hazırlayır. 21 kafedra vardır.
Monty Hall problemi
Monti Hall problemi — Amerika istehsalı olan "Let's Make a Deal" (azərb. "Gəlin razılaşaq"‎) adlı və daha sonra aparıcın şərəfinə "Monty Hall" (azərb. "Monti Hall"‎) adlandırılmış oyun şousunda irəli sürülən ehtimal problemi formasında beyin yoran tapmacadır. Bu problem 1975-ci ildə Stiv Selvin tərəfindən "The American Statistician" (azərb. "Amerikalı Statist"‎) jurnalına göndərdiyi məktubda izah (həll) edilmişdir. Bu, 1990-cı ildə "Parade" jurnalındakı Meriln vos Savantın "Ask Marilyn" (azərb. "Merilndan soruş"‎) bölməsində sitat kimi verilmiş oxucu məktubundan götürülmüş bir sual kimi məşhurlaşmışdır: Vos Savantın cavabına görə iştirakçı öz seçimini dəyişərək digər qapını seçməlidir. Standart fərziyyələrə əsasən seçimini dəyişən iştirakçıların maşın qazanma şansı 2/3 olarkən öz əvvəlki seçimlərində sabit qalan iştirakçıların bu uduşu qazanma şansı yalnızca 1/3-dir. Təqdim olunmuş ehtimallar aparıcı və iştirakçının qapıları necə seçəcəyinə əsaslanan xüsusi fərziyyələrdən asılıdır. Burada (bu standart şərtlər altında) həlledici məqam iştirakçının ən başda 1 nömrəli qapını seçdiyi zamanla müqayisədə indi 2 və 3 nömrəli qapılar haqqında daha çox məlumat vardır: aparıcının məqsədli şəkildə edilmiş hərəkəti iştirakçının seçmədiyi qapıya əlavə dəyər əlavə edir, lakin iştirakçının ən başda seçdiyi qapının dəyərini dəyişmir.
İslam Monir Suliman
İslam Monir Suliman (17 dekabr 1990) — Sudanlı cüdoçu. İslam Monir Suliman Sudanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İslam Monir Suliman birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində ABŞ-nin nümayəndəsi Kolton Braun ilə üz-üzə gəldi. Həmin görüşdə İslam Monir Suliman rəqibinə 0:100 hesabı ilə uduzdu.
Moni Mark
Moni Mark — Belçika müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Belçikanı "Le plus beau jour de ma vie" mahnısı ilə təmsil etmişdir.
Narendra Modi
Narendra Damodardas Modi (17 sentyabr 1950[…], Vadnaqar[d], Hindistan) — Hindistanın 16-cı baş naziri (26 may 2014-cü ildən). == Siyasəti == Norendra Modi radikal-millətçi baxışlara çox erkən yaşlardan yiyələnib. 17 yaşında evdən çıxaraq dərviş kimi Hindistanı sərasər dolaşmış və səyahətdən geri dönən kimi doğma Qucarat ştatının paytaxtı Əhmədabadda hundu millətçi təşkilatının üzvü olmuşdur. Anti-müsəlman bəyanatları səsləndirən Narendra Modinin 2002-ci ildə doğulduğu Qucaratda baş vermiş qırğında mindən çox müsəlman öldürülməsində rolunun olması ilə bağlı Hindistan Ali Məhkəməsi onun təqsirsiz olduğunu bəyan etsə də, qırğının əks-sədası xaricdə də eşidildi və ABŞ-də Narendra Modinin gəlişinə qadağa qoyuldu. == Maraqlı faklar == Narendra Modi 2015-ci ilin iyununda "təsadüfən" "Google" versiyasında 10 ən təhlükəli cinayətkar siyahısına düşmüş və "Google" sonradan bu səhvə görə üzr istəməli olmuşdu. Narendra Modi sosial şəbəkələrdə fəal iştirak edir. Baş nazirin 2018-ci ilin may ayına olan məlumata əsasən, "Twitter"də 43 milyon oxucusu var. Bu dünya siyatəçiıəri arasında Barak Obama (103 milyon) və Donald Trampdan (52 milyon) sonra üçüncü nəticədir. Vegetriandır, asudə vaxtlarında isə qucarat dilində şeirlər yazır.