arqazidlər
arqon
OBASTAN VİKİ
Arqo
Arqo – müəyyən təbəqənin şərti dilidir. Bu dildən hamı tərəfindən qəbul edilmiş əxlaq və mənəviyyatı, yaxud qanunları tez-tez inkar edən müəyyən sosial qruplar arasında istifadə olunur. Arqo bəzən cəmiyyətdə, mühitdə rast gəlinən nihilizmlə mübarizədə real həyatın təmsilçisi kimi nüfuzlu mövqedən istifadə edir. Jarqonla qarşılıqlı təsirdə olaraq onun leksik ehtiyatından daim bəhrələnir. Bu dil vasitəsilə müəyyən peşə, alət, vərdişlərin adlandırılması ilə bağlı çoxlu sayda sözlər yaranmışdır. Üzüyola danışıq tərzi Arqoda başlıca məqsədə çevrilir. Xüsusi leksikası ilə ümumxalq dilindən fərqli olur. Müxtəlif arqolardan ədəbi dilə keçmiş söz və ifadələr (arqotizm) ümumi nitqdə işlənir.
Arqo (film, 2012)
Arqo (ing. Argo) — 2012-ci ildə ABŞ-də ekranlaşdırılmış siyasi triller. Filmin rejissoru Ben Afflekdir. Filmin ssenarisi Toni Mendezin "The Master of Disguise" və Coşua Biermenin "Wired" jurnalında çıxmış "The Great Escape" məqaləsindən götürülmüşdür. Filmdə əsas rolda Ben Afflek, Mendez rolunu canlandırır, ondan əlavə isə Alan Arkin, Brayan Krenston və Con Qudmen də filmdə yer alıblar. Filmin prodüserləri Ben Afflek, Qrant Heslov və Corc Klunidir. Film 85-ci Akademiya Mükafatı üzrə yeddi nominasiya alıb və üçündə laureat olub. Bu laureatların arasında Ən yaxşı film də var. Bundan əlavə beş Qızıl Qlobus mükafatına da nominasiya olmuş və bunlardan ikisini qazanmışdır. == Filmin xülasəsi == 4 noyabr 1979-cu ildə İran aktivistləri İran İslam İnqilabı zamanı ABŞ prezidenti Cimmi Karterin Şaha sığınacaq verdiyinə görə İrandakı ABŞ səfirliyinə hücum edirlər.
"Arqo" əməliyyatı (film, 2012)

Arqon
Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element. O, nəcib qazdır, 1894-cü ildə havadan ingilis fiziki Con Vilyam Rele (1842-1919) və şotland kimyaçısı Vilyam Ramzay tərəfindən ayrılmışdır. O, heç bir maddə ilə reaksiyaya girmir və buna görə də bu adı almışdır, yunanca argos - “fəaliyyətsiz”. Bu adı kimyaçı X.C.Madan təklif etmişdir. O, 1894-cü ilin avqustun 13-də Oksfordda Britaniya elmə dəstək assosiasiyasının iclasına sədrlik edirdi və həmin iclasda Reley və Ramzay yeni qazın kəşfi haqqında məlumat verirdi. 1904-cü ildə Vilyam Ramzay arqon və digər təsirsiz qazları kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatına layiq görülüb, fizik Con Vilyam Strett (lord Reley) həmin ildə mahiyyətcə eyni kəşfə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.
Arqonavtlar
Arqonavtlar (q.yun. Ἀργοναύται, Αργώ-dan yaranmış gəmi adı və ναύτης — dənizçi) — Qədim yunan mifologiyasında Arqo gəmisində Kolxidaya üz tutan gəzinti iştirakçıları.
Arqos
Arqos (q.yun. Ἄργος, yun. Άργος, translit. Árgos) — Yunanıstanın cənub-şərqində şəhər. Qədim yunan şəhərlərindən biri olub, Mora yarımadasındadır. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 24.700 nəfər yaşyır.
Apis (Arqos padşahı)
Apis (q.yun. Ἄπις) — qədim yunan mifologiyasındakı personaj, Fonorey və Teledikanın oğlu, Arqosun üçüncü padşahı. Peloponnes Apiya onun adınadır. Apiya padşahı (və ya Sikion padşahı) olmuşdur. Arqos versiyasına görə, o, Telxion və Telxinin sui-qəsdinə məruz qalmışdır. Uşaqsız idi. O, tanrılar arasında sayıldı və Serapis adını almışdır. Başqa bir versiyaya görə, o, gəmilərlə Misirə getmiş və Serapis olmuşdur. Arkadiya versiyasına görə, o, təsadüfən Etol tərəfindən öldürülmüşdür. Sikion versiyasına görə, Apis Sikionun dördüncü padşahı, Telxinin oğlu və Telksonun atasıdır.
Arqos (Zevsin oğlu)
Arqos ( q.yun. Ἄργος ) — qədim yunan mifologiyasında Arqos şəhərinin eponimi, Zevs və Niobanın oğlu. Fonoreydən sonra padşah olmuşdur. O, Peloponnesdə şəhər salmış, şəhərin adını isə Arqos qoymuşdur. Başqa bir versiyaya görə, Arqosun dördüncü padşahı Apisin oğludur. O, Liviyadan buğda gətirib Arqolisdə səpmişdir. Onun məzarı Arqosdadır.
Evrition (arqonavt)
Evrition ( q.yun. Εὐρυτίων ) — qədim yunan mifologiyasındakı personaj, arqonavt. Bir versiyaya görə, Evrition İr və Demonassanın oğlu idi, onların nəsli Lokrida Opuntundan gəlirdi.
Forbant (Arqos padşahı)
Forbant ( q.yun. Φόρβας ) — qədim yunan mifologiyasında Arqos padşahı, Arqosun oğlu və Triopun atası. Başqa bir versiyada o, Krias və Arqosun altıncı kralı Melantomikanın oğludur.
Triop (Arqos padşahı)
Triop (q.yun. Τρίωψ) — qədim yunan mifologiyasındakı personaj, Arqosun padşahı. Forbantın oğludir, İas və Agenorun atasıdır. Diodorun yazılarına görə, ellinlərlə birlikdə gələrək Rodosda məskunlaşmışdır. Onunla gələn köçkünlər də Simada məskunlaşdılar.
Agenor (Arqos padşahı)
Agenor ( q.yun. Ἀγήνωρ) — qədim yunan mifologiyasında personaj, Arqos padşahı. Bir şəcərəyə görə, Ekbas ( Arqosun oğlu) və Evrisabın övladı idi. O, Arqos Panoptun atası idi. Başqa bir şəcərəyə görə, Agenor Triopun oğlu və Krotopun atasıdır.
Arqolida
Arqolida və ya Arqolis (yun. Αργολίδα, q.yun. Ἀργολίς) — Yunanıstanda, Peloponnes yarımadasının şimal-şərqində nom. Nomun paytaxtı Nafplion şəhəridir. Qədim dövrlərdə Arqolida mərkəzi Arqos şəhərində yerləşən bir region idi. Arqolidanın ərazisi Arqos, Mikena, Tirinfin yerləşdiyi geniş vadidən və Egey dənizinə güclü şəkildə uzanan Akte yarımadasından ibarətdir. Bu yarımadanın şimal-şərqində Saronikos körfəzi yerləşir, sahillərində Trizin və Epidavr şəhərləri yerləşirdi. Yarımadanın cənub-qərbində Arqolikos körfəzi var.
Arqolis

Arqos Panopt
Arqos Panopt ( q.yun. Ἄργος, lat. Argus) — qədim yunan mifologiyasında personaj. O, çox sayda gözü olan bir nəhəng idi. Biri yarı yuxulu, digəri oyaq olan çoxlu gözləri onu ideal bir qəyyuma çevirmişdi. Hera inəyə çevrilmiş Zevsin sevimlisi olan İonu qorumaq tapşırığını ona vermişdi. Zevs oğlu Hermesə məşuqəsini azad etməyi tapşırmışdı. Böyük çətinliklə Hermes Arqosu yuxuya verə bilmiş, bundan sonra çox gözlü nəhəngi öldürmüşdü. Ölümündən sonra Hera ya Arqosu tovuz quşuna çevirmiş, ya da gözlərini tovuz quşunun quyruğuna qoymuşdur.
İas (Arqos padşahı)
İas (q.yun. Ἰάσος) — qədim yunan mifologiyasında personaj, Arqosun səkkizinci padşahı, Arqos və Evadnenin oğlu. Başqa bir versiyaya görə, Tripun oğlu vəİonun atası idi. Onun adından sonra Arqos şəhəri "İaslı" adlanır.

Значение слова в других словарях